Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 5 min nəfər işdən azad ediləcək? – Hamı gözləyir
  • CƏMİYYƏT

5 min nəfər işdən azad ediləcək? – Hamı gözləyir

admin 31.10.2024
1730302434_1
“Bağçalarda işləyən pedaqoji və tərbiyəçi-müəllim heyətindən təxminən 5 min nəfərin ixtisaslarında bu sahə ilə uyğunsuzluqları var”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib. Onun sözlərinə görə, onlar arasında keçirilən diaqnostik qiymətləndirmənin nəticəsi təhlil edilir:

“Yekunla bağlı ictimaiyyətə yaxın vaxtlarda əlavə məlumat veriləcək”. Onun sözlərinə görə, bu gün ölkədə 100 mindən çox uşaq ənənəvi bağçalarda təhsil alır:

“Məktəbəqədər təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu istiqamətdə tədbirlər həyata keçirilir. Son iki ildə mərkəzləşmiş qaydada bağçalara təyin olunan tərbiyəçi müəllimlərin sayı 677 nəfərdir.

Yeni təyin olunan bağça müdirlərinin sayı isə 79 nəfərdir”. Qeyd edək ki, bağçada çalışan pedaqoji və tərbiyəçi-müəllim heyətinin ixtisasının çalışdığı sahəyə uyğun olması vacib amildir. Bu problemin həlli istiqamətində mühüm addımlar atılmalıdır.

Hazırda bu sahədə çalışan və ixtisasında uyğunsuzluq olan 5 min nəfərin taleyi necə olacaq?

Təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, bağçalarda çalışan təxminən 5 min nəfər tərbiyəçi və pedaqoji heyətin ixtisaslarının bağça sahəsi ilə uyğun gəlməməsi ciddi problemdir və bu, bağçalardakı təhsil və tərbiyənin keyfiyyətinə birbaşa təsir göstərir:

“Belə bir uyğunsuzluq bağça təhsilinin səmərəliliyini azalda və uşaqların düzgün inkişafını təhlükə altına ala bilər. Xüsusilə, uşaq yaşlarında verilən təhsil gələcək akademik, eləcə də sosial həyata əhəmiyyətli təsir göstərir və bağçalarda ixtisaslaşmış, təcrübəli kadrların işləməsi bu məqsədə nail olmaq üçün əsas şərtdir.

İxtisas uyğunsuzluğuna malik olan bu heyətin aqibəti ilə bağlı müxtəlif yanaşmalar mümkündür. Bu şəxslərin bağçalarda müvəqqəti olaraq çalışmaq imkanları olsa da, onların peşəkar inkişafının təmin olunması üçün xüsusi təlim və kurslara cəlb edilmələri zəruridir. Azərbaycanda artıq bəzi ixtisasartırma kursları var, lakin bu cür proqramların daha geniş şəkildə həyata keçirilməsi və uyğun olmayan ixtisasların bağça tələblərinə uyğunlaşdırılması bu problemi qismən də olsa həll edə bilər”.

Digər tərəfdən, dünya təcrübəsi göstərir ki, uşaqlarla işləyən tərbiyəçilər üçün xüsusi təlimlər və sertifikatlaşdırma sistemləri vacibdir:

“Məsələn, Finlandiya və Danimarka kimi ölkələrdə bağça təhsili ilə məşğul olan bütün işçilər uşaq inkişafı və təhsili sahəsində müəyyən dərəcədə ixtisaslaşma tələb edən ciddi hazırlıqdan keçirlər.

Onlar müntəzəm olaraq bilik və bacarıqlarının yenilənməsi üçün xüsusi təlimlərdən keçirlər, bu da onların işə uyğunluğunu təmin edir, keyfiyyəti yüksəldir. Azərbaycan üçün də belə sertifikatlaşdırma və ixtisasartırma təlimləri müsbət nəticə verə bilər.

Əgər bu şəxslər müvəqqəti olaraq çalışmaqda davam edəcəklərsə, bağçalarda çalışan və ixtisas uyğunsuzluğu olan işçilərin uşaq təhsili, psixologiyası ilə bağlı mütəmadi olaraq peşəkar inkişaf proqramlarına cəlb olunması vacibdir. Bu, yalnız işçilərin ixtisas səviyyəsini artırmaz, həm də uşaqların keyfiyyətli təlim və tərbiyə almasına zəmin yaradar”.

Ekspertin fikrincə, alternativ isə yeni ixtisaslı kadrların yetişdirilməsi və bağçalarda işə qəbul edilərək ixtisas uyğunluğunun tam təmin olunmasıdır:

“Belə bir yanaşma həm işçi heyətinin peşəkarlığını artırar, həm də bağçalarda təhsil və tərbiyənin keyfiyyətini təmin edərək gələcək nəslin inkişafına mühüm töhfə verə bilər”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Baba Tağıyev şirkətində aparılan yoxlamaya mane olub? – İLGİNC…
Next: Mərkəzi Bankın iki regional və bir şəhər bölməsi bağlanır

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.