Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Misir Mərdanov: “İşlədiyim dövrdə məktəblərdə psixoloji xidməti tam təmin edə bilmədik”
  • CƏMİYYƏT

Misir Mərdanov: “İşlədiyim dövrdə məktəblərdə psixoloji xidməti tam təmin edə bilmədik”

admin 29.10.2024
X-56-734x403

“Zənnimcə, bu işdə daha çox dediyimiz o üçlük: ailə, məktəb, psixoloji xidmət öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdır”.

Bu barədə sabiq təhsil naziri, professor Misir Mərdanov Moderator.az-a açıqlamasında deyib.

Belə ki, son aylarda məktəblərimizdə şagirdlər arasında ciddi münaqişə zəminində bir-birinə ağır bədən xəsarəti yetirmə, bıçaqlanma halları xeyli artıb.

Görəsən, belə halların artmasında məktəblərdə psixoloji xidmətin zəif təşkil olunmasının rolu nə qədərdir?

Məsələ ilə bağlı Misir Mərdanov fikirlərini bildirib:

“Mənə elə gəlir ki, son vaxtlar məktəblərimizdə şagirdlərimiz arasında belə xoşagəlməz hadisələrin artmasında valideynlərin və məktəb kollektivinin məsuliyyət məsələsi də xeyli rol oynayır. Bəli, psixoloji xidmətin də rolu var hökmən. Təəssüf ki, ölkəmizdə uzun müddət, hətta mən işlədiyim dövrdə də psixoloji xidməti bütün məktəblərdə tam təmin edə bilməmişdik. Beləliklə, son illər məktəblərdə şagirdlər arasında bir-birinə ağır bədən xəsarəti yetirmə hallarının artmasında bu 3 amilin rolu var. Bunların arasında, çox güman ki, sizin dediyiniz psixoloji xidmət daha mühüm rol oynaya bilər və oynayır”.

Professor hesab edir ki, bütövlükdə cəmiyyətdə uşaq və yeniyetmələrin təlim-tərbiyə məsələlərinə diqqət xeyli dərəcədə artırılmalıdır.

“Hesab edirəm ki, ümumiyyətlə, belə hadisələrin qarşısını almaq üçün cəmiyyətdə təlim-tərbiyə məsələlərinə diqqət çox artırılmalıdır, hökmən artırılmalıdır. Hazırkı səviyyə şəxsən məni qane etmir. Bilirsiniz, bu işləri biri-birinin üzərinə yıxmaqdansa, hər kəs öz üzərinə düşən vəzifəni layiqincə, vicdanla yerinə yetirməlidir. Zənnimcə, bu işdə daha çox dediyimiz o üçlük: ailə, məktəb, psixoloji xidmət öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdır”, – deyə sabiq nazir vurğulayıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: DSX-də COP29-la bağlı görülən işlərə dair xidməti müşavirə keçirilib
Next: “Şəxsiyyət vəsiqəsinin surətinin verilməsi qadağan olunmalıdır”

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.