Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • COP29 ərəfəsində bütün dövlətlər “çiynini yükün altına” verməlidir
  • İQTİSADİYYAT

COP29 ərəfəsində bütün dövlətlər “çiynini yükün altına” verməlidir

admin 29.10.2024
xlg9l6ABMycvSW4Eqq958iUGSUKgBXp43d1mTdOP_1200

Əgər yoxsul ölkələr emissiyaları azaltmaq, iqlim böhranının təsirlərinə uyğunlaşmaq və aldıqları hər hansı iqlim maliyyəsini hesablamaq üçün cəhdlərini isbat edə bilsələr, inkişaf etmiş ölkələrin iqlim maliyyəsini onlardan əsirgəmək üçün daha az bəhanələri olacaq və COP29-a dəvət almış ölkələrin hər biri “çiynini yükün altına” verəcək.

Bunu “Report”a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

İqtisadçının sözlərinə görə, COP29 yaşıl enerji sahəsində həm potensial alıcı, həm də maliyyə məsələsində partnyorların cəlb olunması və Azərbaycanın yaşıl enerji sahəsində investisiya layihələrinin formalaşdırılmasında mühüm rol oynayacaq:

“Sözügedən partnyorlar olmadan bu layihələrin həyata keçirilməsi mümkünsüzdür. Partnyorların cəlb olunması təkcə maliyyə mənbəyi demək deyil. Böyük ölkələrlə münasibətlərin formalaşması layihənin davamlılığına şərait yaradır, onun beynəlxalq statusunu möhkəmləndirməklə yanaşı, satıcı və alıcı bazarını formalaşdırır. Yəni kiçik ölkənin özü özünü maliyyələşdirməsi layihənin təhlükəsizliyinin təmini baxımından da çətinlik yaradır. Çünki bütün pulu bir ölkə qoyacaqsa, riskləri də o daşıyacaq”.

Ekspert bildirib ki, layihənin qazanclı olması üçün onun davamlı, uzunmüddətli, etibarlı və təhlükəsiz şəkildə irəliləməsi vacibdir:

“COP29 kimi böyük layihələrə nə qədər çox beynəlxalq oyunçu dəvət olunsa, onların beynəlxalq dəstəyi də təmin edilmiş olur. Həmin dövlətlərlə əlaqələri gücləndirdikdə beynəlxalq qurumlarla münasibətlər də yaxşılaşır. Bu zaman həmin layihə beynəlxalq əhəmiyyətli layihəyə çevrilir. Buna görə mütləq şəkildə maliyyə dəstəyi olmalıdır. Əgər olmasa, belə böyük tədbirlərin həyata keçirilməsi həddən artıq risklidir. Hamının bir növ “çiynini yükün altına” verməsi vacibdir”.

X.Kərimli yaşıl gündəliyin tətbiqi habelə maliyyə dəstəyi və texnoloji transferlərin reallaşması sayəsində ölkə iqtisadiyyatında yeni iş yerlərinin yaranmasına səbəb olacaq həcmdə yerli mütəxəssislərin, bu sahə üzrə təhsil müəssisələrinin, ixtisasların və bölmələrin formalaşmasına zəmin yaradacağını qeyd edib:

“Azərbaycanın ənənəvi neft-qaz sahəsində yetərincə bilik və təcrübəsi var. Azərbaycana bu kontekstdə texnoloji transferin reallaşması mümkün görünür. Texnoloji transfer reallaşdıqdan sonra alternativ enerji sahəsində yüksəktexnologiyalı avadanlıqların Azərbaycanda təmiri və saxlanılması prosesi o qədər də asan məsələ deyil. Çünki həmin avadanlığın Azərbaycana gətirilməsinin mənfi və müsbət tərəfləri haqqında ətraflı düşünmək lazımdır. O cümlədən, həmin avadanlıqların xarici şirkətlərlə birgə istehsalı üçün imkanların mümkünlüyünü də müzakirə etmək lazımdır. Azərbaycanın imzaladığı müqavilələr və memorandumlar bu sahədə yetərincə işlər görüldüyünü göstərir”.

İqtisadçı enerjinin istehsalı ilə yanaşı, satışının da vacib olduğunu deyib:

“Hazırda Azərbaycanda enerji satışı üçün əsas iki kanal var. Birincisi Qara dənizin dibi ilə kabel vasitəsilə Avropaya çatdırılma, ikincisi isə Zəngəzur dəhlizi vasitəsilə istehsal edilmiş enerjini Naxçıvandan Türkiyəyə, oradan da xaricə ixrac etməkdir. Hazırda Qara dənizin dibi ilə enerji ixracını həyata keçirməyə çalışırıq. Bu məsələyə partnyorlar cəlb edilir. Lakin unutmaq olmaz ki, satış bazarları olmasa, enerji istehsalının kəskin artırılmasının da mənası yoxdur”.

X.Kərimli COP29-da yaşıl enerjinin təşviqi prosesində müxtəlif həcmli biznes subyektləri üçün yeni qazanc sahələrinin yaranmasına, həmçinin xərclərin optimallaşdırılmasına da müsbət təsirin olacağını vurğulayıb:

“Ümumiyyətlə, dövlət fərdi və biznes təsərrüfatlarında yaşıl enerjini elektrik şəbəkələrinə satmaq hüququ formalaşdırmaq üçün bu sahədə qanunvericiliyi təkmilləşdirməlidir. Vətəndaşlar və biznesmenlər bu prosesə təşviq olunmalıdır. Məsələn, vətəndaş evinin üstünə günəş paneli qoyubsa, özünə lazım olan enerjini akkumulyasiya etdikdən sonra qalan həcmi şəbəkəyə sata bilməlidir. Düşünürəm ki, bu cür qanunvericilik təşəbbüsləri yaradılsa, bu sahədə vətəndaşlar və biznesmenlər iştirak edə bilərlər”.

COP29-un gündəliyində də qeyd olunduğu kimi, iqlim məqsədlərinə çatmaq üçün ticarətin yaşıllaşdırılması ilə yanaşı, ekoloji malların və aşağı karbonlu texnologiyaların təşviqi ilə birlikdə iqlim maliyyəsi kollektiv şəkildə genişləndirilməlidir. Bu, dayanıqlı iş yerləri yarada və Qlobal Cənub ölkələrinin uzunmüddətli iqlim məqsədlərinin həyata keçirilməsi üçün lazım olan investisiya və texnologiyalara çıxışını təmin edə bilər.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Tovuza COP29 YETİŞMƏYİB: Yanıqlı meşəsinin ÜRƏKYANDIRAN HALI… – FOTO, VİDEO
Next: BƏLƏDİYYƏ SƏDRİ DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR – 3700 manat pul aldı, başqasının torpağını göstərib “sənin yerindir” dedi, sonra isə… / Video

OXŞAR MÖVZULAR

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
media-InShot_20260716_100244406-kcrhit
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti artdı

admin 16.07.2026
1784094654_screenshot-2026-07-15-094843
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.