Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İsa Nəcəfovun bacısı və deputatın qudasının həbsi tələb olunur: ‘Pulumuzu qaytarmır…’
  • GÜNDƏM

İsa Nəcəfovun bacısı və deputatın qudasının həbsi tələb olunur: ‘Pulumuzu qaytarmır…’

admin 24.10.2024
1729715588_1
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının keçmiş sədr müavini, kimyaçı alim Raya Nəcəfovanın həbsi tələb olunur. Oktyabrın 22-də Yasamal rayon Məhkəməsində bir qrup şəxs bundan ötrü vəsatət qaldırıb.

Bu məhkəmədə 10 aydır R.Nəcəfovanın mühakiməsi gedir. O, dələduzluq, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə kimi əməllərdə suçlanır. Ancaq özü həbsdə deyil, hökm çıxarılanadək onun haqqında həbsə alternativ qətimkan tədbiri seçilib.

64 yaşlı R.Nəcəfova 11 nəfərə qarşı dələduzluqda – işə düzəltmək və başqa vədlərlə aldadıb onların pulunu ələ keçirməkdə suçlanır. Onun həbsini tələb edənlər də zərərçəkmiş qismində tanınan şəxslərdir.

Zərərçəkmişlər öz vəsatətlərində R.Nəcəfovanın azadlıqda qalsa da, onlara dəymiş ziyanı ödəməkdən ötrü heç bir addım atmadığını vurğulayıblar: “Əksinə, azadlıqda qalmaqla şahid və zərərçəkənlərə təsir göstərir, məhkəmə prosesinin gedişinə mane olur”.

Zərərçəkmişlər cəzasızlıq ortamının R.Nəcəfovada arxayınlıq yaratdığına diqqət çəkiblər.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsinə, hələlik, ehtiyac görmədiyini deyib. Hakim Rauf Daşdəmirov da vəsatəti təmin etməyib.

Zərərçəkmişlər məhkəməyə mülki iddialarını da verərək dəymiş ziyanın ödənilməsini – alınmış pullarının qaytarılmasını tələb ediblər.

Mülki iddialar icraata götürülsə də, onların təmin olunub-olunmaması məsələsinə hökm çıxarılanda qərar veriləcək.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

R.Nəcəfova özünü təqsirli bilmir, ona qarşı ittihamların yalan olduğunu deyir. O, bəzi zərərçəkənlərdən sələmlə pul götürsə də, sonra artıqlaması ilə qaytardığını iddia edir.

R.Nəcəfova ifadəsində bildirib ki, məsələn, ondan şikayətçi olan Sevinc Qayıbovanın aldadılmasında özünün yox, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş X.Nəsirov tanışları vasitəsilə S.Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da X.Nəsirova çatıb.

“Bu adamda əminlik var ki, qardaşına, qudasına görə ona heç nə eləməyəcəklər”
Bəzi zərərçəkənlərlə telefon danışıqları, mesajlara gəlincə, təqsirləndirilən alim iddia edir ki, onların aldadılmasında özünün yox, tanışlarının günahı olub. Amma onun günahlandırdığı şəxslər, o cümlədən Xanlar Nəsirov, Ramiz Nəbiyev, Ədalət Abbasov ifadələrində bildiriblər ki, R.Nəcəfova yalan danışır. Əksinə, R.Nəcəfova bəzi adamlarla telefonla danışıb, sakitləşdirmək üçün onlardan kömək istəyib. Onlar da R.Nəcəfovanın xahişi ilə o adamlarla onun dediyi şəkildə danışıb, müxtəlif vədlər veriblər.

Zərərçəkənlər iddia edirlər ki, R.Nəcəfovanın indiyədək həbs olunmamasında onun qohumlarının rolu var. O, baş prokurorun keçmiş müavini, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovun bacısı, deputat Ülvi Quliyevinsə qudasıdır.

“Başqa məhkəmələrdə prokuror, adətən, zərərçəkənlərin mövqeyini müdafiə edir. Bu məhkəmədə isə sanki prokuror Raya Nəcəfovanın vəkilidir. 10 aydır məhkəmə gedir. 10 ayda ziyandan 10 manat ödənməyib. Məhkəmə boş yerə uzanır. Nə qədər olar? Bu adamda əminlik var ki, qardaşına, qudasına görə ona heç nə eləməyəcəklər, ona görə də belə davranır”, – zərərçəkənlər AzadlıqRadiosuna belə deyiblər.

Xatırlatma
R.Nəcəfova dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunandan bir müddət sonra – ötən il oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədr müavini vəzifəsindən çıxarılıb.

O, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçisi vəzifəsində də çalışırmış.

Təqsirləndirilən alim 2001–2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının direktoru olub./anaxeber.info/

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: ÖMÜRLÜK MƏHKUM OLAN ABDULLAH ÖCALAN SƏRBƏST BURAXILIR? – Baxçalının açıqlamalarının pərdəarxası
Next: “Kəmaləddin Heydərovla COP29-a getmək sui-qəsd kimidir… “

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.