Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verildi
  • İQTİSADİYYAT

COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verildi

admin 24.10.2024
1704699821188742252_1200x630

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi nəzərə alınaraq rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib.

Soztv.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Qeyd edilib ki, COP29 zamanı nəqliyyat məsələlərinin idarə edilməsini ziyarətçilər üçün asanlaşdırılmasına xidmət edən bu onlayn resurs əlverişli mövqelərdə yerləşən nəqliyyat qovşaqları, eləcə də tədbir və qonaqlama məkanları ilə bağlı əsas məlumatları ehtiva edir.

Nəqliyyat qovşaqları şəbəkəsi şəhərin əlverişli ərazilərini əhatə etməklə yanaşı, bir sıra marşrutları, eləcə də nəqliyyat sxemlərini özündə birləşdirir. Qovşaqlar nümayəndə heyəti və ziyarətçilərin yaşayış yerlərindən Bakı Olimpiya Stadionuna getmələri, habelə marşrut avtobusları, metro xətləri / metro stansiyaları və taksilər də daxil olmaqla, bir sıra multimodal nəqliyyat vasitələrindən asan istifadə imkanını təmin edir.

Yeni istifadəyə verilmiş və COP29 veb-saytında yerləşdirilmiş rəqəmsal nəqliyyat xəritəsi istifadəçilərə əsas nəqliyyat qovşaqlarının mövqelərini göstərmək üçün nəzərdə tutulub. Bu nəqliyyat qovşaqları COP29 müddətində nümayəndə heyətlərinin gediş-gəlişini optimallaşdırmaq və asanlaşdırmaq məqsədilə hazırlanıb və nəqliyyat qovşaqları, tədbir məkanı, o cümlədən qonaqlama məntəqələri arasında nəqliyyat hərəkətlərini effektiv şəkildə özündə birləşdirir.

İstifadəsi rahat olan bu elektron resurs COP29-un nəqliyyat qovşaqları şəbəkəsi, müvafiq marşrut avtobusu xətləri və aeroekspres avtobuslar ilə sərnişindaşıma xidmətləri ilə yanaşı, Bakı Olimpiya Stadionu, o cümlədən Mavi və Yaşıl zonalar, Heydər Əliyev Beynəlxalq Aeroportu, əsas hotellər və yaşayış kompleksləri arasında istiqamətləndirməni təmin edir. Bura parklanma yerləri və avtobus dayanacaqları, eləcə də minmə və enmə nöqtələri haqqında məlumatlar da daxildir. İstifadəçilər rəqəmsal nəqliyyat xəritəsində müvafiq sahələri qeyd edərək təyinat nöqtələri arasında nəqliyyatla və ya piyada hərəkət üçün ən uyğun marşrutları seçə bilərlər.

Rəqəmsal nəqliyyat xəritəsi COP29 Azərbaycan Əməliyyat Şirkətinin konfrans zamanı ziyarətçi axınını effektiv şəkildə idarə etmək üçün həyata keçirdiyi bir sıra tədbirlərdən biridir və COP29 müddətində həm qonaqlar, həm də şəhər sakinləri üçün rahat və komfortlu hərəkəti təmin edir. Sərnişindaşıma xidmətlərinin etibarlı şəkildə icrasını təmin etmək üçün həyata keçirilən digər tədbirlərə ekspres ictimai avtobuslar, konfrans üçün ayrılmış xüsusi marşrut avtobusları və hava limanına/hava limanından transfer xidmətləri də daxil olmaqla, yüzlərlə taksinin və 400-ə yaxın avtobusun istifadəyə verilməsi daxildir.

Bütün bunlarla yanaşı, Azərbaycan hökuməti 11-22 noyabr tarixlərində keçiriləcək konfrans zamanı akkreditə olunmuş iştirakçılara şəhər və aeroport avtobuslarından, eləcə də ictimai nəqliyyatdan ödənişsiz istifadə imkanı təqdim edir. Nümayəndə heyətləri üçün ödənişsiz marşrut avtobusu xidmətləri ilə yanaşı, ictimai nəqliyyatdan da pulsuz istifadə imkanı UNFCCC tələblərində nəzərdə tutulmasa da, tədbirə ev sahibliyi edən Azərbaycanın üstün səylərini bir daha nümayiş etdirir və COP29 zamanı nümayəndə heyətlərinin Bakıda bir neçə nəqliyyat növündən ödənişsiz istifadə etmələrinə şərait yaradır. Marşrut avtobusu xidmətləri və ictimai nəqliyyatdan (metropoliten, qatarlar və müntəzəm avtobuslar) ödənişsiz istifadə etmək üçün nümayəndələr UNFCCC-nin akkreditasiya və ya təsdiq məktubunu təqdim etməlidirlər. Konfransın nəqliyyat xidmətlərindən istifadə ilə bağlı bütün məlumatlar COP29-un rəsmi veb-saytında yerləşdirilib.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Haber Global”da Ankaradakı terror nəticəsində yaralanan şəxslər barədə süjet yayımlanıb
Next: Eldar Mahmudovla bağlı SENSASİON XƏBƏR – Özü susur, amma…

OXŞAR MÖVZULAR

1780485865_screenshot-2026-06-03-152256
  • İQTİSADİYYAT

Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək

admin 03.06.2026
1780335325_1
  • İQTİSADİYYAT
  • ÖLKƏ

ƏT, YAĞ VƏ ÇÖRƏK BAHALAŞA BİLƏR? – Ekspertdən vacib AÇIQLAMA

admin 02.06.2026
1780373147_1
  • İQTİSADİYYAT
  • ÖLKƏ

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

admin 02.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.