Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Dillər Universitetində satışda VƏZİFƏLƏR VAR… – İLGİNC İDDİA
  • CƏMİYYƏT

Dillər Universitetində satışda VƏZİFƏLƏR VAR… – İLGİNC İDDİA

admin 24.10.2024
1729695880_1729678112_0001

“Azəbaycan Dillər Universitetinin rektoru, Nobel mükafatına namizədliyə namizəd olmuş Kamal Abdullayevin Azərbaycan dilində yazdığı elmi və bədii əsərlərin dilinin necə bərbad olması barədə yazanlar çox olub. Mən də bu barədə bir neçə dəfə yazmışam. Əslində, onun dili və əsərləri haqqında çox yazmaq olar və irəlidə, yəqin ki, yenə yazacağam”.

“DİA-AZ” bildirir ki, bu açıqlama ilə xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib.
O daha sonra bunları əlavə edib: “Lakin ədalət naminə demək lazımdır ki, akademik Kamal Abdullayev mütəxəssisi olduğu Azərbaycan dilindən müəyyən məsələləri bilir. Məsələn, o, feilin əmr və vacib formalarını yaxşı mənimsəmişdir. Rektor kimi o, əlbəttə, əmr formasını bilməli idi. Feilin “-malı / – məli” şəkilçisi ilə düzələn vacib formasını bilməsi isə, görünür, onun despotik təbiəti ilə bağlıdır.
Hazırda Universitetdə iki prorektor, iki dekan və bir neçə kafedra müdiri vəzifələri rəsmi qaydada tutulmamışdır, çünki hərraca çıxarılmış bu vəzifələri tutmaq üçün tələb olunan məbləği (prorektor – 200 000 AZN, dekan – 100 000 AZN və kafedra müdiri – 50 000 AZN) verən yoxdur. Səbəbi də məlumdur: hər kəs rektorun sonunun yaxınlaşmaqda olduğunu hiss edir və heç kim pulunu havaya sovurmaq istəmir. Bu boş vəzifələrdən biri də İngilis-alman dilləri (keçmiş Təhsil-1) fakültəsinin dekanı vəzifəsidir. Hələlik bu vəzifə müvəqqəti icra edilir. Bu günlərdə həmin fakültənin dekanlığından (yəqin ki, elə o biri dekanlıqlardan da) kafedralara, kafedralardan isə müəllimlərə Kamal Abdullayevin feilin vacib formasında verdiyi bir tapşırıq göndərilib: oktyabrın 30-da Akademik Milli Dram Teatrında (Lənkəran Dövlət Dram Teatrı) Kamal Abdullanın əsəri əsasında hazırlanmış “Casus” tamaşasında hər kafedradan azı 20 nəfər iştirak ETMƏLİDİR. Bileti onlara göndərilmiş linklə hamı elektron qaydada ALMALIDIR (https://iticket.az/events/theatre/the-spy-1/131131). Parterə biletin qiyməti 12 manatdır. Ayrıca tapşırıq verilib ki, tamaşada mütləq anşlaq OLMALIDIR, yəni bileti alıb tamaşaya gəlməmək olmaz.
Əziz müəllimlər, Kamal Abdullayevin əli onsuz da sizin cibinizdədəir. Bileti xoşluqla özünüz alın, almasanız, maaşınıza qurulan fırıldaqla o pul sizdən mütləq çıxılacaq, üstəlik də daimi nəzarət altına düşəcəksiniz. Pulu olmayanlar kredit götürsün, yaxud borc alsın.
Tamaşaya gedərkən hər kəs özü ilə gül dəstəsi də GÖTÜRMƏLİDİR. Unutmayın.
Sizə xoş tamaşa arzulayıram…”

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Azərkontrakt”da Ləğvetmə Komissiyası yaradılır
Next: Göyüşov və oğlu haqda yeni məlumatlar: – Milyonluq layihələr, qaranlıq tenderlər, xaricə daşınan sərvət…

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.