Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ekoloji fəalı Afşin Nəziri həs cəzasının tətbiqi üçün çağırılıb
  • DÜNYA

Ekoloji fəalı Afşin Nəziri həs cəzasının tətbiqi üçün çağırılıb

admin 17.10.2024
1729109068_1

Tehranda yaşayan azərbaycanlı ekoloji fəal Afşin Nəziri həbs cəzasının icrası üçün məhkəməyə çağırılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Afşin Nəziri Tehran vilayətinin Pardis şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 1 saylı şöbəsindən bildiriş alıb. Bildirişə əsasən, o, oktyabrın 28-də cəzanın icrası üçün həmin şöbəyə getməlidir.

Afşin Nəziri daha əvvəl Pardis Ümumi və İnqilab Məhkəməsində üç müxtəlif ittihamla ümumilikdə 4 il 9 ay həbs cəzasına məhkum edilmişdi.
Daha sonra Tehran vilayətinin apellyasiya məhkəməsi cəzanın üçdə ikisini 5 il müddətinə şərti olaraq dayandırıb. 5 il müddətində başqa ittihamdan həbs edildiyi təqdirdə dayandırılan cəzası da tətbiq ediləcək.

Afşin Nəziri Araz çayının çirklənməsi və sənaye tullantıları səbəbilə çayın rənginin dəyişməsi ilə bağlı videolar çəkərək sosial mediada paylaşdığı üçün 2023-cü ilin avqust ayında Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
Məhkəmə onu “rejimə qarşı təbliğat”, “ali dini lideri təhqir etmək” və “ölkə təhlükəsizliyini pozmaq məqsədilə qrupa üzv olmaq” ittihamları ilə cəzalandırıb. Bu ittihamlar üzrə ona müvafiq olaraq 8 ay, 16 ay və 33 ay həbs cəzası verilmişdi.

Bundan əlavə, məhkəmə həmin türk ekoloji fəalına 2 il müddətinə ölkədən çıxış qadağası qoyub və onun mobil telefonunun müsadirə edilməsinə qərar vermişdi.

İran qanunlarına görə, bir məhkəmə dosyesində müxtəlif ittihamlarla verilən cəzalar arasında ən ağır olanı icra edilir. Bu səbəbdən, Afşin Nəziri 33 ay, yəni 2 il 9 ay həbsdə olmalı idi. Lakin apellyasiya məhkəməsinin cəzanı azaldan qərarına görə, onun cəzası 1 il 10 aya endirildiyi güman edilir.

İranın Azərbaycan bölgəsində ətraf mühit fəalları, ölkənin digər hissələrində olduğu kimi, təhlükəsizlik və məhkəmə orqanlarının sərt təzyiqləri ilə üzləşirlər. Ekoloji fəallara qarşı bu yanaşma uzun müddətdir davam edir. Xüsusilə Urmiyə gölünün quruması və Araz çayının çirklənməsi kimi ciddi ekoloji problemlər qarşısında hökumətin yetərli addımlar atmaması, fəalların hakimiyyəti tənqid etməsinə səbəb olur. Nəticədə, bu fəallar hakimiyyətin ciddi təzyiqlərinə məruz qalırlar.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Yardımlıda sektor müdiri ilə müəllim əlbəyaxa oldu – Video
Next: “Mustafa Zeynalovun Kamran Bəkirovu qətlə yetirdiyini gördüm” – Modelyerin atasını öldürənlərin cinayət işi

OXŞAR MÖVZULAR

14
  • DÜNYA

Yunanıstan Rusiyaya qarşı 21-ci sanksiyalar paketini bloklayıb

admin 16.07.2026
1784181351_screenshot-2026-07-16-095518
  • DÜNYA

Casusluqda ittiham olunurdu – İrandan çıxmasına icazə verildi

admin 16.07.2026
18
  • DÜNYA

Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.