Skip to content
24.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu göndərdi
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu göndərdi

admin 24.08.2026
ilham_eliyev_zelenski

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

 

“Hörmətli cənab Prezident,

Əlamətdar ildönümü – Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Zəngin ənənələrə malik Azərbaycan-Ukrayna dostluq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Siyasi dialoqumuz, yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq strateji tərəfdaşlığımızın mühüm cəhətlərindəndir. Enerji sahəsində uzun illərdən bəri davam edən səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.

Bu ilin aprelində Azərbaycana həyata keçirdiyiniz işgüzar səfərin nəticələrini, Sizinlə görüşümüzü yüksək qiymətləndirirəm. Şübhəsiz ki, müntəzəm görüşlər və təmaslarımız, ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyimiz dövlətlərarası əlaqələrimizin möhkəmlənməsini şərtləndirən əsas amillərdəndir.

Ali səviyyədə fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Biz dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik.

İnanıram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Ukrayna dostluq əlaqələrinin gücləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi – VİDEO
Next: Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub – YENİLƏNDİ/FOTOLAR

OXŞAR MÖVZULAR

1787556474_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər

admin 24.08.2026
12
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub – YENİLƏNDİ/FOTOLAR

admin 24.08.2026
1787400637_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi – VİDEO

admin 24.08.2026

XƏBƏR LENTİ

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib 1787558431_screenshot-2026-08-24-115911
  • CƏMİYYƏT

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

admin 24.08.2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. 7 vaqondan ibarət, çəkisi 242 ton olan propan...
DAVAMI Read more about Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirməsinin qarşısı alındı fe652a80-f204-4ec0-9e56-d29ca493438a
  • ARAŞDIRMA

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirməsinin qarşısı alındı

admin 24.08.2026
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 105 qram narkotik...
DAVAMI Read more about İrandan Azərbaycana külli miqdarda narkotikin keçirməsinin qarşısı alındı
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü – Sakinlər narahatdır – VİDEO 1787549424_abserrr
  • CƏMİYYƏT

“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü – Sakinlər narahatdır – VİDEO

admin 24.08.2026
Xırdalan şəhərində, Heydər Əliyev prospektində yerləşən “Abşeron City” Yaşayış Kompleksinin zirzəmi divarı gecə saatlarında sökülüb. Bu isə...
DAVAMI Read more about “Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü – Sakinlər narahatdır – VİDEO
Masazırda şəhidin adını daşıyan küçədə qanunsuz tikinti – aidiyyəti qurumlar hara baxır? VİDEO 1787401537_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Masazırda şəhidin adını daşıyan küçədə qanunsuz tikinti – aidiyyəti qurumlar hara baxır? VİDEO

admin 24.08.2026
Masazır qəsəbəsində İkinci Qarabağ müharibəsi şəhidi Əsəd Həsənovun adını daşıyan küçədə hasara alınmış ərazidə yeni çoxmərtəbəli yaşayış...
DAVAMI Read more about Masazırda şəhidin adını daşıyan küçədə qanunsuz tikinti – aidiyyəti qurumlar hara baxır? VİDEO
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər 1787556474_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər

admin 24.08.2026
Rəqabət Məcəlləsi Haqqında Qanuna görə belə halllar tək mənbə üsulu ilə işləmək hesab edilir və qəti qadağandır…...
DAVAMI Read more about Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər

Bütün yazılar

1787558431_screenshot-2026-08-24-115911
  • CƏMİYYƏT

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

admin 24.08.2026
fe652a80-f204-4ec0-9e56-d29ca493438a
  • ARAŞDIRMA

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirməsinin qarşısı alındı

admin 24.08.2026
1787549424_abserrr
  • CƏMİYYƏT

“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü – Sakinlər narahatdır – VİDEO

admin 24.08.2026
1787401537_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Masazırda şəhidin adını daşıyan küçədə qanunsuz tikinti – aidiyyəti qurumlar hara baxır? VİDEO

admin 24.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.