Skip to content
21.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Dubayda 600 min dollarlıq qalmaqal: İranlı iş adamı Murad Həsənov və atasını ittiham edir
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda 600 min dollarlıq qalmaqal: İranlı iş adamı Murad Həsənov və atasını ittiham edir

admin 21.08.2026
1787290918_1 (1)
Dubayda avtomobil alqı-satqısı ilə məşğul olduğu bildirilən Murad Həsənov və onun atası Qurban Həsənovla bağlı iranlı iş adamının irəli sürdüyü iddialar ciddi müzakirələrə səbəb olub.

İranlı iş adamının iddiasına görə, avtomobil alqı-satqısı məqsədilə Murad Həsənova etibar etdiyi və nəticədə ümumilikdə 600 min ABŞ dolları və 6 ədəd lüks avtomobilin taleyindən xəbərsiz qaldığı bildirilir.

İş adamının sözlərinə görə, əməkdaşlığın ilk mərhələsində Murad Həsənov müxtəlif avtomobillər alaraq ona göndərib. Bu prosesdən sonra tərəflər arasında etimad yaranıb və daha böyük məbləğlərdə avtomobil alqı-satqısı həyata keçirilməyə başlanılıb.

Pul göndərildi, əlaqə kəsildi

Şikayətçinin bildirdiyinə görə, 5 iyulda növbəti avtomobillərin alınması üçün Murad Həsənova pul göndərilib. Bundan sonra Murad Həsənovun vəsaiti qəbul etmək üçün getdiyini bildirdiyi, daha sonra isə telefonlarının söndürüldüyü və onunla əlaqənin kəsildiyi iddia olunur.

Vəziyyətdən narahat olan iranlı iş adamı Murad Həsənovun atası Qurban Həsənovla əlaqə saxlayıb.

İş adamının iddiasına görə, Qurban Həsənov ona oğlunun Dubay polisi tərəfindən saxlanıldığını deyib. Bundan sonra isə Murad Həsənovun vəkil məsələsinin həlli üçün iş adamından əlavə 11 min ABŞ dolları alındığı bildirilir.

Lakin hadisələrin sonrakı gedişində bu məlumatlarla bağlı yeni suallar ortaya çıxıb.

“Dubayda həbsdədir” deyilən Murad Bakıda olub?

İranlı iş adamının sözlərinə görə, verilən məlumatlardan şübhələndikdən sonra məsələni özü araşdırmağa başlayıb.

Onun iddiasına əsasən, araşdırma zamanı Murad Həsənovun həmin vaxt Dubayda həbsdə olması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığı barədə məlumat əldə edilib. Şikayətçi Murad Həsənovun guya həbsdə olduğu müddətdə Bakıda olduğunu iddia edir.

Bundan başqa, həmin müddətdə onun müxtəlif məclislərdə və əyləncə xarakterli tədbirlərdə iştirak etdiyi barədə də məlumatların əldə edildiyi bildirilir.

Əgər bu məlumatlar təsdiqlənərsə, Murad Həsənovun Dubayda həbsdə olması barədə verilən məlumatla həmin vaxt Bakıda olması arasında ciddi ziddiyyət yaranır.

600 min dollar və 6 avtomobilin taleyi necə olub?

İş adamının iddiasına görə, o, Qurban Həsənovdan Murad Həsənovun qəbul etdiyi vəsait və avtomobillərlə bağlı açıqlama istəyib.

Qurban Həsənovun isə “pulda, mal-mülkdə gözüm yoxdur” məzmununda fikir bildirdiyi iddia olunur.

Lakin əsas sual dəyişmir:

600 min ABŞ dolları haradadır?

6 lüks avtomobilin hazırkı taleyi necədir?

Şikayətçinin təqdim etdiyi məlumatlara əsasən, avtomobillərin bir qisminin Azərbaycana gətirildiyi və müxtəlif şəxslərin adına rəsmiləşdirildiyi iddia olunur.

Məlumatlarda Qasımzadə Vilayət, Məmmədova Rəna və digər şəxslərin adları çəkilir.

Eyni zamanda Murad Həsənovun həmin vəsaitlər hesabına Bakıda villa aldığı və müxtəlif markalı lüks avtomobillərdən ibarət kolleksiya yaratdığı da iddia edilir.

Söhbət Range Rover, BMW, Mercedes, Hyundai, Kia, Toyota və digər markalardan gedir.

Bu iddiaların hüquqi baxımdan araşdırılması zamanı pul köçürmələrinin, avtomobillərin alqı-satqı və rəsmiləşdirmə sənədlərinin, eləcə də əmlakların kimlərin adına keçirilməsinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

Xarici iş adamının pul iddiası araşdırılmalıdır

Hadisənin diqqət çəkən məqamlarından biri də şikayətçinin İran vətəndaşı olmasıdır.

Xarici iş adamının Azərbaycanda yüz minlərlə dollar və bir neçə lüks avtomobillə bağlı ciddi iddialar səsləndirməsi məsələnin bütün detalları ilə araşdırılmasını zəruri edir.

Əgər ortada sadəcə kommersiya mübahisəsi varsa, bunun hüquqi müstəvidə həlli mümkündür. Yox, əgər araşdırma nəticəsində dələduzluq, mənimsəmə və ya digər qanun pozuntuları müəyyən edilərsə, həmin faktlara hüquqi qiymət verilməlidir.

Hazırda diqqət mərkəzində olan əsas məsələlər isə 600 min dolların və 6 avtomobilin taleyi, 11 min dolların hansı məqsədlə alınması və avtomobillərin kimlərin adına rəsmiləşdirilməsi ilə bağlıdır.

“Bakufakt”

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Quru sərhədləri 6 ildir bağlı olan ölkədə turizm inkişaf edə bilməz
Next: DSMF, XŞTMF NK-nın 175 saylı Qərarından xəbərsizdir?!

OXŞAR MÖVZULAR

main
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Özünü Aygün Kazımovanın prodüseri kimi təqdim edən Roland Bayramov müğənninin pulunu mənimsədi

admin 21.08.2026
1787291914green_card_uddu_rehber_vezifesinden_getdi_oe1dvq_p_1787292512
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Green Card” uddu, Yeni Klinikadakı rəhbər vəzifəsindən getdi – AÇIQLAMA

admin 21.08.2026
1787290401_1
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

DSMF, XŞTMF NK-nın 175 saylı Qərarından xəbərsizdir?!

admin 21.08.2026

XƏBƏR LENTİ

“Dostlarım zəng edib ki, sənə nə olub?” – VİDEO fad4bd7241f52204bc77ffff3fe54548
  • ŞOU-BİZNES

“Dostlarım zəng edib ki, sənə nə olub?” – VİDEO

admin 21.08.2026
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama verib. Sənətçi ailəsində keçirilən tədbirdən söz...
DAVAMI Read more about “Dostlarım zəng edib ki, sənə nə olub?” – VİDEO
Nazirlikdən valideynə verilən cavabla bağlı BŞTİ-dən AÇIQLAMA 1787295664_1
  • CƏMİYYƏT

Nazirlikdən valideynə verilən cavabla bağlı BŞTİ-dən AÇIQLAMA

admin 21.08.2026
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron xidmət platforması olan Portal.edu.az üzərindən valideynə göndərilən cavabda 143 nömrəli...
DAVAMI Read more about Nazirlikdən valideynə verilən cavabla bağlı BŞTİ-dən AÇIQLAMA
Masazırda qaranlıq küçələr və sahibsiz itlər sakinləri narahat edir – VİDEO 1787246366_1
  • CƏMİYYƏT
  • VİDEO

Masazırda qaranlıq küçələr və sahibsiz itlər sakinləri narahat edir – VİDEO

admin 21.08.2026
Abşeron rayonunun Masazır qəsəbəsi, Hakim Abbasov küçəsi, 134 ünvanında yaşayan sakinlər küçə işıqlandırmasının işləməməsindən narazıdırlar. Sakinlərin Baku...
DAVAMI Read more about Masazırda qaranlıq küçələr və sahibsiz itlər sakinləri narahat edir – VİDEO
Özünü Aygün Kazımovanın prodüseri kimi təqdim edən Roland Bayramov müğənninin pulunu mənimsədi main
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Özünü Aygün Kazımovanın prodüseri kimi təqdim edən Roland Bayramov müğənninin pulunu mənimsədi

admin 21.08.2026
Özünü cəmiyyətdə jurnalist və prodüser kimi təqdim edən Roland Bayramovun müğənni Firuzə Babayevanın etibarından sui-istifadə edərək 2...
DAVAMI Read more about Özünü Aygün Kazımovanın prodüseri kimi təqdim edən Roland Bayramov müğənninin pulunu mənimsədi
“Green Card” uddu, Yeni Klinikadakı rəhbər vəzifəsindən getdi – AÇIQLAMA 1787291914green_card_uddu_rehber_vezifesinden_getdi_oe1dvq_p_1787292512
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Green Card” uddu, Yeni Klinikadakı rəhbər vəzifəsindən getdi – AÇIQLAMA

admin 21.08.2026
Ravil Tağıyev Yeni Klinikanın İqtisadi məsələlər üzrə direktor müavini vəzifəsindən ayrılmasının səbəblərini açıqlayıb.   O, İqtisadiyyat.az-a açıqlamasında deyib...
DAVAMI Read more about “Green Card” uddu, Yeni Klinikadakı rəhbər vəzifəsindən getdi – AÇIQLAMA

Bütün yazılar

fad4bd7241f52204bc77ffff3fe54548
  • ŞOU-BİZNES

“Dostlarım zəng edib ki, sənə nə olub?” – VİDEO

admin 21.08.2026
1787295664_1
  • CƏMİYYƏT

Nazirlikdən valideynə verilən cavabla bağlı BŞTİ-dən AÇIQLAMA

admin 21.08.2026
1787246366_1
  • CƏMİYYƏT
  • VİDEO

Masazırda qaranlıq küçələr və sahibsiz itlər sakinləri narahat edir – VİDEO

admin 21.08.2026
main
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Özünü Aygün Kazımovanın prodüseri kimi təqdim edən Roland Bayramov müğənninin pulunu mənimsədi

admin 21.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.