Skip to content
20.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki “qələbəsidiir”-ŞİKAYƏTÇİ
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki “qələbəsidiir”-ŞİKAYƏTÇİ

admin 20.08.2026
1787219711_screenshot-2026-08-20-135033

Redaksiyanın elektron ünvanına Şahsuvar Vidadi oğlu Əhədov tərəfindən şikayət məktubu daxil olmuşdur. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik.
Yazıb sizə bildirirəm ki, 30.05.2024-cü il tarixində Gündüz Akif oğlu Gözəlovdan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, ev-mənzil 100, bina 1-də sahəsi 208.9 kvm sahəsi olan mənzil almışam. 03.07.2024-cü ildə anamın adına 3 saylı ASAN xidmətdə çıxarış (kupça) verilib. Ailəm ilə birlikdə mənzilimizdə yaşayırdıq. 19.06.2025-ci il tarixində təsadüf nəticəsində evimin üzərində həbs olduğunu öyrəndim. Bu məsələ ilə bağlı dərhal Xətai Rayon Məhkəməsinə müraciət etdim. Hakim Aygün Həsənova təcili olaraq mənzilimizin üzərinə qoyulan həbs qərarını ləğv etdi. Hadisədən bir ay keçdikdən sonra bizə məlumat verildi ki, Eldar Məhərrəm oğlu Rəhimov Bakı şəhəri, Xətai rayonu məhkəməsinə mənzilimizə verilmiş çıxarışın ləğvi ilə bağlı iddia ərizəsi ilə müraciət edib.
Cavabdehlər kimi isə Gündüz Akif oğlu Gözəlov (mənzili aldığımız şəxs) və anam Mələk Əziz qızı Əhədova göstərilmişdir. Xatırladım ki, iddiaçı iddiasında göstərilir ki, cavabdeh şəxs kimi göstərilən Gündüz Akif oğlu Gözəlovun(mənzili aldığımız şəxs) iddiaçıya 2025-ci ilədək 70 000 manat ödənilməmiş təqribi borcu qalıb. Həmçinin iddiaçı qeyd edir ki, Gündüz Akif oğlu Gözəlov borcunu ödəmir. Biz isə vicdanlı alıcı olaraq mənzilin pulunu tam ödəməyimizə baxmayaraq, yuxarıda qeyd etdiyim tərəflərin borc mübahisəsinin qurbanına çevrilmişik. Xatırladım ki, mənzili aldığımız vaxt mənzilin əvvəlki sahibi Gündüz Akif oğlu Gözəlova qanunvericiliyin tələbinə uyğun olaraq tələb olunan vergi və rüsumları ödəmək şərti ilə 50 saylı notariusda alqı-satqı etmiş, rüsumların və ödənişlərin qəbzlərini əldə etmişik. Qeyd edim ki, 08.01.2026-cı ildə Gündüz Akif oğlu Gözəlov iddiaçı Eldar Məhərrəm oğlu Rəhimova olan borcunu tam ödəmişdir. Borcun ödənməsi Ədliyyə Nazirliyi Xətai Rayon İcra Şöbəsinin rəisi cənab Abbas Nəsibovun verdiyi möhürlü və imzalı sənədlə öz təsdiqini tapmışdır. İşə baxan hakim Əminə Abbasova borcun tam şəkildə ödənməsinə baxmayaraq, həmçinin işlə bağlı aidiyyatı qurumlara göndərilən sorğunun nəticələrini gözləmədən təcili olaraq ədalətsiz formada mənzilimizə verilən çıxarışı bir qərarla ləğv etdi.
Şübhə edirəm ki, bu qohumluq əlaqəsi işin tam obyektiv araşdırılmasının aparılmasına mane olub

Sonradan öyrəndim ki, sən demə, iddiaçı Eldar Rəhimovun oğlu Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının sədri Elmar Eldaroğlu Rəhimovdur. Bununla da məsələ mənə tam aydın oldu.
Şübhə edirəm ki, bu qohumluq əlaqəsi işin tam obyektiv araşdırmanın aparılmasına mane olub.
Hesab edirəm ki, Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki qələbəsidiir.
Xatırladım ki, bu işə baxan əvvəlki hakim hüquq və dövlətçiliyi əsas götürərək ədalətsiz qərar çıxarmamaq üçün özü-özünə etiraz edib işdən imtina etmişdi. Sonrakı hakim Əminə Abbasova isə mənə aidiyyatı olmayan mübahisəli tərəfin iddiasını təmin edərək çıxarışı ləğv etdi.
Diqqətinizə çatdırım ki, hakimin qərarı elan etməsindən 19 gün keçməsinə baxmayaraq, qərar sistemə yüklənməyib.
Bir də təkrar üçün qeyd edirəm ki, notariat qaydasında alqı-satqı müqaviləsi bağlamışam. Ödənişi bank vasitəsilə etmiş və dövlət reyestrindən verilmiş rəsmi çıxarış (kupça) əsasında mənzil əldə edən vicdanlı alıcıyam. Sadə bir vətəndaş olaraq dövlətin rəsmi möhürünə, qanuni sənədinə güvənib mülkiyyət sahibi olmuşam. Tanımadığım adamların borc mübahisəsinin qurbanıyam. Buna baxmayaraq, həyatımda heç vaxt tanımadığım iki şəxsin məhkəmə mübahisəsinə heç bir təqsirim olmadan üçüncü şəxs qismində cəlb olunmuşam. Halbuki əlimdə Ədliyyə müşaviri Abbas Nəsibov tərəfindən imzalanmış və möhürlənmiş, mənzili mənə satan şəxsin borcunun tam ödənildiyini təsdiq edən rəsmi sənəd mövcuddur.

Bütün bunlara baxmayaraq, Xətai Rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın qəbul etdiyi qərarla mənim dövlət qeydiyyatına alınmış mülkiyyət hüququm ləğv edilib!
Dövlət reyestrindən verilmiş çıxarış, həm bank ödəniş sənədləri, həmçinin borcun tam ödənilməsini təsdiq edən rəsmi sənəd mövcud olduğu halda, mənə məxsus mənzilin əlimdən alınması qərarı qanunsuzdur və anlaşılan deyil.
Azərbaycan Respublikası Konstitusiyasında “Mülkiyyət toxunulmazlığı barədə ayrıca qanunlar var. Bu mənada bilirik ki, dövlət vətəndaşın hüquqlarının təminatçısıdır. Prezident İlham Əliyev hər çıxışında açıq şəkildə bəyan edir və bildirir ki, məmur özbaşınalığı ilə bağlı hər bir siqnal ciddi araşdırılacaq. Həmçinin dövlət başçısı məhkəmə-hüquq sistemindən şəffaflığı və vətəndaş məmnunluğunu tələb etdiyi halda, Xətai Rayon Məhkəməsinin bu qərarı və 19 günlük prosessual qanunsuzluğu ölkədə aparılan islahatların ruhuna zərbə vurur.
Hörmətli redaksiya, mənə aidiyyatı olmayan məhkəmə mübahisələrinin bizim mənzilimiz üzərində gerçəkləşdirilən ədalətsiz qərarı barədə yazdığım şikayəti mənsub olduğumuz media vasitəsi ilə ictimailəşdirilməsinə köməklik göstərməyinizi, həmçinin üzərimizdə qurulan haqsız və ədalətsiz məhkəmə mübahisələrinin dayandırılmasını tədbir görülməsi üçün Məhkəmə-Hüquq Şurasından və aidiyyəti dövlət orqanlarından bu özbaşınalığa son qoyulmasını xahiş edirəm!
Mən, Mələk Əziz qızı Əhədovnın oğlu olaraq mənə verdiyi etibarnamə əsasında bu şikayət ərizəsini yazmışam.
Qeyd: KİV haqqında qanunun tələblərinə və peşə davranış qaydalarına uyğun olaraq qarşı tərəflə dəfələrlə əlaqə saxlasaq da, təəssüflər olusn ki, bu zənglərimiz uğursuzluqla nəticələndi.(Arazxeber.az)
Redaksiya olaraq materailda adı hallananların mövqeyini dərc etməyə hazırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: AFFA Səbuhi Abdullazadəni 5 oyun cəzalandırdı

OXŞAR MÖVZULAR

1787213556_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • İQTİSADİYYAT

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

admin 20.08.2026
xosqedem
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Qalmaqallı kollec direktoru işdən çıxarıldı

admin 20.08.2026
1787202544_screenshot-2026-08-20-090646
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək

admin 20.08.2026

XƏBƏR LENTİ

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki “qələbəsidiir”-ŞİKAYƏTÇİ 1787219711_screenshot-2026-08-20-135033
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki “qələbəsidiir”-ŞİKAYƏTÇİ

admin 20.08.2026
Redaksiyanın elektron ünvanına Şahsuvar Vidadi oğlu Əhədov tərəfindən şikayət məktubu daxil olmuşdur. Şikayətçinin məktubunu olduğu kimi dərc...
DAVAMI Read more about Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki “qələbəsidiir”-ŞİKAYƏTÇİ
AFFA Səbuhi Abdullazadəni 5 oyun cəzalandırdı affa
  • İDMAN

AFFA Səbuhi Abdullazadəni 5 oyun cəzalandırdı

admin 20.08.2026
Azərbaycan Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə...
DAVAMI Read more about AFFA Səbuhi Abdullazadəni 5 oyun cəzalandırdı
10 il həbs cəzası verilən “Beniz” azadlığa çıxmaq istəyir 7rjWpih2tLKEGNLPh73rdNHOAZBpwiEqG8QY8119_1200 (1)
  • ARAŞDIRMA

10 il həbs cəzası verilən “Beniz” azadlığa çıxmaq istəyir

admin 20.08.2026
“Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilova apellyasiya şikayəti verib. Bu barədə Oxu.Az-a tiktokerin vəkili Salman Qasımlı məlumat verib. Vəkil birinci instansiya məhkəməsinin...
DAVAMI Read more about 10 il həbs cəzası verilən “Beniz” azadlığa çıxmaq istəyir
Ərini öldürüb yaşadığı həyətdə basdıran qadının məhkəməsi oldu 1787214817_50
  • ARAŞDIRMA
  • HADİSƏ

Ərini öldürüb yaşadığı həyətdə basdıran qadının məhkəməsi oldu

admin 20.08.2026
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.   Dövlət...
DAVAMI Read more about Ərini öldürüb yaşadığı həyətdə basdıran qadının məhkəməsi oldu
MN-in Mərkəzi Hərbi Həkim komissiyasının sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb 6a86c338774636a86c3387746417872166966a86c338774616a86c33877462
  • ARAŞDIRMA

MN-in Mərkəzi Hərbi Həkim komissiyasının sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb

admin 20.08.2026
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın...
DAVAMI Read more about MN-in Mərkəzi Hərbi Həkim komissiyasının sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb

Bütün yazılar

1787219711_screenshot-2026-08-20-135033
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki “qələbəsidiir”-ŞİKAYƏTÇİ

admin 20.08.2026
affa
  • İDMAN

AFFA Səbuhi Abdullazadəni 5 oyun cəzalandırdı

admin 20.08.2026
7rjWpih2tLKEGNLPh73rdNHOAZBpwiEqG8QY8119_1200 (1)
  • ARAŞDIRMA

10 il həbs cəzası verilən “Beniz” azadlığa çıxmaq istəyir

admin 20.08.2026
1787214817_50
  • ARAŞDIRMA
  • HADİSƏ

Ərini öldürüb yaşadığı həyətdə basdıran qadının məhkəməsi oldu

admin 20.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.