Skip to content
17.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda çəkilişləri başa çatdı – FOTO
  • MƏDƏNİYYƏT

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda çəkilişləri başa çatdı – FOTO

admin 17.08.2026
ultimatum2

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir.

 

Məlumatda deyilir ki, xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasının Prezidentinin kino sahəsində müəyyən etdiyi siyasətin əsas istiqamətlərindən biridir. Dövlət başçısının 29 may 2025-ci ildə imzaladığı “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Sərəncamın məqsədlərindən biri xarici film istehsalçılarını ölkəyə cəlb etmək idi. Bunun üçün müxtəlif üsulların, o cümlədən, xarici film istehsalçılarının çəkdikləri xərclərin bir hissəsinin geri ödənilməsini nəzərdə tutan “cash rebate” mexanizminin tətbiqi nəzərdə tutulurdu.

Sərəncamdan irəli gələn məsələlərin həlli üçün aradan keçən bir il ərzində intensiv iş görülüb. Mədəniyyət Nazirliyi tərəfindən ölkədə film çəkilişlərini təşviq etmək məqsədilə yaradılan Azərbaycan Film Komissiyası ölkənin təqdim etdiyi yeni imkanları xarici film istehsalçılarına təbliğ edib. Görülən işlərin ilkin nəticələri artıq ortadadır.

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycan hissəsinin çəkilişlərinin uğurla keçməsində Mədəniyyət Nazirliyinin koordinatorluğu ilə müxtəlif dövlət orqanlarının – Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və digər qurumların – ümumilikdə 26 rəsmi təşkilatın çəkiliş heyətinə dəstək məqsədilə birgə fəaliyyəti mühüm rol oynayıb.

Çəkiliş prosesinin rahat keçməsi və uğurla başa başa çatması Azərbaycanın digər beynəlxalq film istehsalı layihələr üçün də cəlbedici məkana çevrilməsini təmin edəcək. Bu isə beynəlxalq kino sənayesinin ölkəmizə diqqətini getdikcə artıracaq.

Qlobal layihələrin ölkəmizdə icra olunması yerli kino sənayəsinin inkişafına da müsbət təsir göstərir. “Tanrının zirehi 4: Ultimatum” filminin istehsalına 200-dən çox yerli mütəxəssis, onlarla yerli şirkət cəlb olunmuşdu. Bu cür fəaliyyət yerli kino mütəxəssislərinin təcrübə toplamasını və beynəxalq əməkdaşlığı gücləndirməsini təmin edir.

Ölkədə qlobal blokbasterlərin çəkilməsi Azərbaycanın dünyada təbliği, o cümlədən, turizm imkanlarının genişləndirilməsi baxımından son dərəcə effektivdir. Film ekranlara çıxandan sonra Ceki Çanın bütün dünyada, xüsusilə cənub-şərqi Asiya ölkələrində olan on milyonlarla fanatı Azərbaycanı yeni turizm ünvanı kimi kəşf etməyə həvəslənəcək.

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycan hissəsinin çəkilişləri başa çatandan sonra Ceki Çanın prosesə dəstək vermiş dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşü keçirilib. Aktyor verilən dəstəyə görə bütün qurumlara şəxsən təşəkkürünü bildirib və xatirə hədiyyələri təqdim edib.

Medial
Medial
Medial
Medial
Medial
Medial

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı – Yeni təyinatlar
Next: Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edəcək

OXŞAR MÖVZULAR

1785740275_screenshot-2026-08-03-105315
  • MƏDƏNİYYƏT

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

admin 03.08.2026
1785495547_screenshot-2026-07-31-144842
  • MƏDƏNİYYƏT

Devin Media türk seriallarının adından necə istifadə edir? – Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur?

admin 31.07.2026
20260730_175240
  • MƏDƏNİYYƏT

Prezidentin köməkçisi: “44” bədii filmi üzərində işi yekunlaşdırdıq

admin 30.07.2026

XƏBƏR LENTİ

Gömrük sistemində ÖZBAŞINALIQ… DAVAM EDİR 1786973501_1
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Gömrük sistemində ÖZBAŞINALIQ… DAVAM EDİR

admin 17.08.2026
Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi “Meqaplus” firması (VÖEN – 2900377921) ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com açıqlanan rəsmi...
DAVAMI Read more about Gömrük sistemində ÖZBAŞINALIQ… DAVAM EDİR
Nazir dostunu həbsdən qoruya bilərmi? –“Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları 1786975681_screenshot-2026-08-17-180653
  • CƏMİYYƏT

Nazir dostunu həbsdən qoruya bilərmi? –“Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

admin 17.08.2026
Qarabağ Regional Təhsil İdarəsində baş verənlərlə bağlı səslənən iddialar artıq adi narazılıq həddini keçib. Müəllimlərin və təhsil...
DAVAMI Read more about Nazir dostunu həbsdən qoruya bilərmi? –“Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları
“Həyat yoldaşıma corab geyindirməyə vaxtım yoxdur” fe05afc1803091163803eea8251eb936
  • ŞOU-BİZNES

“Həyat yoldaşıma corab geyindirməyə vaxtım yoxdur”

admin 17.08.2026
Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin ilə münasibətlərindən danışıb. Sənətçi bu barədə “Etiraf” verilişində qonaq olarkən söz...
DAVAMI Read more about “Həyat yoldaşıma corab geyindirməyə vaxtım yoxdur”
Serxio Buskets “Barselona”ya qayıtdı original_(12)
  • İDMAN

Serxio Buskets “Barselona”ya qayıtdı

admin 17.08.2026
La Liqa nəhənglərindən “Barselona”nın sabiq yarımmüdafiəçisi Serxio Buskets Kataloniya klubuna qayıdıb. Buskets eyni zamanda UEFA-nın rəsmi məşqçi...
DAVAMI Read more about Serxio Buskets “Barselona”ya qayıtdı
PSJ Fransa Superkubokunda “Lans”a məğlub olub 3
  • İDMAN

PSJ Fransa Superkubokunda “Lans”a məğlub olub

admin 17.08.2026
“Paris Sen-Jermen” (PSJ) Fransa Superkuboku uğrunda keçirilən qarşılaşmada “Lans”a 0:1 hesabı ilə məğlub olub. Matçın yeganə qolunu...
DAVAMI Read more about PSJ Fransa Superkubokunda “Lans”a məğlub olub

Bütün yazılar

1786973501_1
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Gömrük sistemində ÖZBAŞINALIQ… DAVAM EDİR

admin 17.08.2026
1786975681_screenshot-2026-08-17-180653
  • CƏMİYYƏT

Nazir dostunu həbsdən qoruya bilərmi? –“Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

admin 17.08.2026
fe05afc1803091163803eea8251eb936
  • ŞOU-BİZNES

“Həyat yoldaşıma corab geyindirməyə vaxtım yoxdur”

admin 17.08.2026
original_(12)
  • İDMAN

Serxio Buskets “Barselona”ya qayıtdı

admin 17.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.