Skip to content
17.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Kazım Abbasov Azərbaycan deputatını şantaj edir, ifşa ilə hədələyir
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Kazım Abbasov Azərbaycan deputatını şantaj edir, ifşa ilə hədələyir

admin 17.08.2026
1786888031_1
Baybay Kazımın kəraməti, geydirmə “David”in trollarının gülünc aqibəti…
Azərbaycanda, İsraildə, ümumiyyətlə Yer adlı planetdə David Seliverstov adlı adam yoxdu. Mövcud deyil. Özünü bu adla təqdim edən Kazım Elşən oğlu Abbasov adlı residivist (dələduz) var.
Baxıram, bəzi tanıdığım həmkarlarım onu müdafiəyə qalxıb, bizi yalanlayırlar.
Özünüzü yandırmayın. Həddi aşmayın. Mənim bostanıma (xəbər məkanıma) daş atmayın.
Bəlkə bilmirsiz — yazım, bilin. Bu adam David deyil! Usta yalançıdı, dələduzdu, şantajçıdı. Ölkədən qaçıb və törətdiyi əməllərə görə Azərbaycana qayıda bilmir. Kənardan bir şeylər yazır, “ifşaya filan qədər qaldı”, deyə blef atır, primitiv videoroliklərlə düşdüyü durumu öz tərəfdarlarının gözündə əsaslandırmağa, özünü əzabkeş obrazına salmağa çalışır.
İfşa şantajına gəldikdə isə…
Deputatı deyir. Onu hədələyir. Anatoliy Rafailovu. Tələb edir ki, Anatoliy müəllim ona dəstək versin. O isə telefonlarını qapadıb, bu dələduza cavab vermir. Gec qalıb, amma yenə də ən doğru addımı atır. Kazım Abbasov hətta Anatoli müəllimin oğlunu arayıb (səhv etmirəmsə, hazırda Amerikadadır), ondan tələb edib ki, Anatoliy Rafailov onu müdafiə etsin. Əks halda, ortaq əməllərini açacaq, onu ifşa edəcək, yazışmaları və səs yazılarını ortaya tökəcək.
Açıq təhdiddi.
Hardanmı bilirəm? Ən mötəbər qaynaqdan!!
Anatoliy müəllimin yaxınları mənə zəng edərək deyirlər ki, deputatın xəbəri olmayıb bu adamın yalanlarından, əməllərindən, onun David Seliverstov yox, Elşən Kazımov olmasından. Xahiş də budur ki, media deputatı bu məsələdən uzaq tutsun: “73 yaşlı, xəstə adamdır, ürəyində ciddi problemlər var, onun heç bir günahı yoxdur, hamını aldadıb, hamıya kələk gəlib. Dələduzluqla əldə etdiyi pulların 90 minini filan xanım ödəyib, çalışırlar ki, şikayətçilərin ağızlarını yumsunlar…”
Belə!
Mənim də qarşılığında yalnız bir tələbim var: Anatoliy müəllim rəsmi açıqlama versin, bunları yazılı ifadə etsin.
Bir həftə gözlədim, söz verilən müddət keçdi. Demək ki, deputat belə bir açıqlama verə bilmir. Qorxur. Şantajdan və məncə, ifşadan! Gerçəyin ortaya çıxacağından!
David Seliverstov barədə çox şeyləri bilirəm. Hazırda yanında hansı sevgilisinin olmasından, hansı məşhur ailənin qızı ilə vətəndaş nikahında yaşamasından, hansı media quruluşlarına dəstək verib, ölkənin gündəmini qarışdırmasından; indi isə o platformalar əsasında özünü müdafiə üçün cəhdlər etməsinə qədər…
Hamısı yazılacaq, hamısı deyiləcək.
Ölkədən qaçan və özünü İsraildə göstərən residivist Kazım Abbasovsa yaxın zamanda qandallı halda hazırda olduğu ölkədən Bakıya gətiriləcək. Onunla maddi, mənəvi, mətbu və hər hansı bağlılığı olan, onun dələduzluq yuvasında — ofisində barınan hər kəs də istintaqa cəlb ediləcək.
Adamın fırıldaq səviyyəsinə və istedadına isə bir daha heyran qalmaya bilmirsən. Bütün ölkəyə, siyasi-ictimai elitaya, hətta yəhudi icmalarına fırıldaq gələn, onları öz dələduzluq maşınında alətə çevirən milli Ostap Bender(əddin)dir! Neçə-neçə qadını toruna salıb, özünə aşiq etdirib, trol kimi işlədən kombinator!
Amma hər şeyin bir sonu vardır!
Sənin də sonun gəldi, Ka-zım!
Getdin, baybaya…
Rauf ARİFOĞLU

Musavat.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “David Seliverstov işi”ndə izlər Milli Məclisin deputatına aparır – Anatoli Rafaillovla əlaqələr
Next: DİN kiberdələduzluqla bağlı əməliyyat keçirdi, 8 nəfər saxlanıldı – VİDEO

OXŞAR MÖVZULAR

bineqedi-zabit
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Kamran Əliyev icra başçısı tərəfindən evi uçurulan polkovniki qəbul edib – ELXAN ALLAHVERDİYEV HƏBS EDİLƏ BİLƏR

admin 17.08.2026
6a82ea15c23a86a82ea15c23a917869645011e144ab88b91d68ac6f431307b8ae70b
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib

admin 17.08.2026
1786893189_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“David Seliverstov işi”ndə izlər Milli Məclisin deputatına aparır – Anatoli Rafaillovla əlaqələr

admin 17.08.2026

XƏBƏR LENTİ

TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı – Yeni təyinatlar anar-bayramov-onlari-isden-cixardi-wk56dc_p
  • CƏMİYYƏT

TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı – Yeni təyinatlar

admin 17.08.2026
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı...
DAVAMI Read more about TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı – Yeni təyinatlar
Azərbaycanda avtomobil benzininin istehsalı artıb – CƏDVƏL 1786969206_screenshot-2026-08-17-161651
  • İQTİSADİYYAT

Azərbaycanda avtomobil benzininin istehsalı artıb – CƏDVƏL

admin 17.08.2026
 Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3463,2 milyon manat olmaqla, əvvəlki...
DAVAMI Read more about Azərbaycanda avtomobil benzininin istehsalı artıb – CƏDVƏL
Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı – Biabırçılıq 1786969697_avtobus_171_esas
  • CƏMİYYƏT

Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı – Biabırçılıq

admin 17.08.2026
Bakı şəhərində avtobus dayanacaqlarının qarşısında quraşdırılan marşrut məlumat lövhələrinin yenilənməməsi sərnişinlər və turistlər üçün ciddi problemlər yaradır. Dayanacaqda...
DAVAMI Read more about Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı – Biabırçılıq
Səfalı MTK ilə bağlı növbəti qalmaqal – Bu binada sakinlər qorxu içindədir 1786970955_screenshot-2026-08-17-164726
  • CƏMİYYƏT

Səfalı MTK ilə bağlı növbəti qalmaqal – Bu binada sakinlər qorxu içindədir

admin 17.08.2026
Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58A ünvanında, “Səfalı” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binalarının arasında yerləşən obyekt bina...
DAVAMI Read more about Səfalı MTK ilə bağlı növbəti qalmaqal – Bu binada sakinlər qorxu içindədir
Kamran Əliyev icra başçısı tərəfindən evi uçurulan polkovniki qəbul edib – ELXAN ALLAHVERDİYEV HƏBS EDİLƏ BİLƏR bineqedi-zabit
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Kamran Əliyev icra başçısı tərəfindən evi uçurulan polkovniki qəbul edib – ELXAN ALLAHVERDİYEV HƏBS EDİLƏ BİLƏR

admin 17.08.2026
Binəqədi Rayon İcra Hakimiyyətinin Azərbaycan Ordusunun zabiti, 44 Günlük Vətən müharibəsi və Aprel döyüşləri iştirakçısı polkovnik-leytenant Bəhruz...
DAVAMI Read more about Kamran Əliyev icra başçısı tərəfindən evi uçurulan polkovniki qəbul edib – ELXAN ALLAHVERDİYEV HƏBS EDİLƏ BİLƏR

Bütün yazılar

anar-bayramov-onlari-isden-cixardi-wk56dc_p
  • CƏMİYYƏT

TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı – Yeni təyinatlar

admin 17.08.2026
1786969206_screenshot-2026-08-17-161651
  • İQTİSADİYYAT

Azərbaycanda avtomobil benzininin istehsalı artıb – CƏDVƏL

admin 17.08.2026
1786969697_avtobus_171_esas
  • CƏMİYYƏT

Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı – Biabırçılıq

admin 17.08.2026
1786970955_screenshot-2026-08-17-164726
  • CƏMİYYƏT

Səfalı MTK ilə bağlı növbəti qalmaqal – Bu binada sakinlər qorxu içindədir

admin 17.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.