Skip to content
17.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? – TƏFƏRRÜAT
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? – TƏFƏRRÜAT

admin 17.08.2026
1786953386_screenshot_20260817_115412_com_android_chrome_chrometabbedactivity

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin sabiq direktoru, rüşvət almaqda təqsirləndirilən Cavad Səfərovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama əsasən, təqsirləndirilən şəxs Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2012-ci il tarixli əmri ilə paytaxtın Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Daha sonra o, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2014-cü il tarixli əmri ilə 2016-cı ilədək həmin məktəbin direktoru vəzifəsini icra edib.

Məlumata görə, 1964-cü il təvəllüdlü Cavad Səfərov məktəb direktoru vəzifəsini icra etdiyi dövrdə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs olub. O, məktəbdə şagirdlərin sayı az olan siniflərdən komplekt siniflərin təşkil edilməsi, ştat cədvəlinin hazırlanması, kadrların seçilməsi və işə qəbul edilməsi, habelə işçilərin əməkhaqlarının müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətlərə malik olub.

Bundan başqa, ittihamda qeyd edilir ki, təqsirləndirilən şəxs məktəbin tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılmasına, məktəbə məxsus əmlakın qorunmasına və təyinatı üzrə istifadəsinə cavabdeh şəxslərin müvafiq əmrlə təyin edilməsinə dair səlahiyyətlərə malik olub.

İttihama görə, hadisə 2015-ci ilin avqust ayının əvvəllərində baş verib. Həmin vaxt məktəbdə direktor vəzifəsini icra edən Cavad Səfərova tanışı Ruxsarə Babayeva müraciət edərək təsərrüfat işləri üzrə müdir vəzifəsinə təyin olunmasını istəyib. Təqsirləndirilən şəxs həmin qadının xeyrinə edəcəyi hərəkətə görə – onu məktəbə xadimə kimi işə qəbul etməsi, faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə şərait yaratması və xidmət üzrə ümumi himayədarlıq göstərməsi müqabilində ondan 6 000 manat rüşvət istəyib. Pul məktəbin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası ərazisində yerləşən inzibati binasındakı xidməti otaqda tələb edilib.

2015-ci ilin avqust ayının sonlarında Ruxsarə Babayeva Cavad Səfərova xidməti otağında 5 500 manat pul verib. Bundan sonra təqsirləndirilən şəxsin 2015-ci il tarixli əmri ilə Ruxsarə Babayeva həmin məktəbdə xadimə vəzifəsinə təyin edildiyi bildirilir.

İstintaqın gəldiyi nəticəyə görə, Cavad Səfərov bununla həmin şəxsin faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz şərait yaradıb və aldığı pul müqabilində ona xidmət üzrə ümumi himayədarlıq edib.

Beləliklə, cinayət işi üzrə ittiham tərəfinin mövqeyinə əsasən, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən istifadə etməklə Ruxsarə Babayevanın xadimə vəzifəsinə qəbul edilməsinə və faktiki olaraq daha yüksək səlahiyyətlərə malik işi həyata keçirməsinə şərait yaratmaq müqabilində əvvəlcə 6 000 manat tələb edib, 5 500 manat rüşvət alıb.

Məhkəmə iclasında ifadə verən Cavad Səfərov isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Ruxsarə Babayeva 2015-ci ilin oktyabrında onun yanına gələrək işsiz olduğunu və məktəbdə xadimə işləmək istədiyini deyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt məktəbdə boş ştat olub və o, qadını işə götürəcəyini bildirib, daha sonra sənədlərini alıb. O, Ruxsarə Babayevanın vəzifəsinin məktəbin təmizlik işlərini həyata keçirməkdən ibarət olduğunu deyib.

Cavad Səfərov məhkəmədə söyləyib ki, təsərrüfat işləri üzrə müdiri vəzifəsi eyni zamanda direktor müavini vəzifəsidir və həmin vəzifəyə şəxsin işə qəbul edilməsi məktəb direktorunun səlahiyyətində deyil: “Bunun üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri tələb olunur”.

Təqsirləndirilən şəxs bu səbəbdən Ruxsarə Babayevanın təsərrüfat işləri üzrə müdir vəzifəsinə təyin etmək səlahiyyətinin olmadığını bildirib. O, qadından bunun müqabilində hər hansı məbləğdə pul almadığını vurğulayıb.

Cavad Səfərov bildirib ki, Ruxsarə Babayevanın müraciəti əsasında onu yalnız texniki işçi kimi işə qəbul edib və bunun üçün ondan heç bir pul almayıb.

O, həmçinin Ruxsarə Babayevaya hər hansı məbləğdə pul qaytarmadığını da deyib.

Məhkəmədəki ifadəsində təqsirləndirilən şəxs məktəbdə anbarın açarının və mallara nəzarətin təsərrüfat müdirində olduğunu, digər şəxsin isə anbara müdaxilə etmək səlahiyyətinin olmadığını əlavə edib.

Cavad Səfərovun sözlərinə görə, xadimələr arasında iş bölgüsünü də təsərrüfat işləri üzrə direktor müavini həyata keçirib.

Hökmə əsasən, Cavad Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq direktorun cəzası şərti hesab edilməklə ona iki il sınaq müddəti təyin edilib. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, baş vermiş cinayət hadisəsinin üstündən xeyli müddət keçməsini, keçmiş məcburi köçkün olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Zaqatala İcra Hakimiyyətinin milyonluq tenderləri ŞÜBHƏ DOĞURDU – ŞOK SİYAHI
Next: İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib

OXŞAR MÖVZULAR

anar-bayramov-onlari-isden-cixardi-wk56dc_p
  • CƏMİYYƏT

TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı – Yeni təyinatlar

admin 17.08.2026
1786969697_avtobus_171_esas
  • CƏMİYYƏT

Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı – Biabırçılıq

admin 17.08.2026
1786970955_screenshot-2026-08-17-164726
  • CƏMİYYƏT

Səfalı MTK ilə bağlı növbəti qalmaqal – Bu binada sakinlər qorxu içindədir

admin 17.08.2026

XƏBƏR LENTİ

TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı – Yeni təyinatlar anar-bayramov-onlari-isden-cixardi-wk56dc_p
  • CƏMİYYƏT

TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı – Yeni təyinatlar

admin 17.08.2026
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı...
DAVAMI Read more about TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı – Yeni təyinatlar
Azərbaycanda avtomobil benzininin istehsalı artıb – CƏDVƏL 1786969206_screenshot-2026-08-17-161651
  • İQTİSADİYYAT

Azərbaycanda avtomobil benzininin istehsalı artıb – CƏDVƏL

admin 17.08.2026
 Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3463,2 milyon manat olmaqla, əvvəlki...
DAVAMI Read more about Azərbaycanda avtomobil benzininin istehsalı artıb – CƏDVƏL
Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı – Biabırçılıq 1786969697_avtobus_171_esas
  • CƏMİYYƏT

Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı – Biabırçılıq

admin 17.08.2026
Bakı şəhərində avtobus dayanacaqlarının qarşısında quraşdırılan marşrut məlumat lövhələrinin yenilənməməsi sərnişinlər və turistlər üçün ciddi problemlər yaradır. Dayanacaqda...
DAVAMI Read more about Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı – Biabırçılıq
Səfalı MTK ilə bağlı növbəti qalmaqal – Bu binada sakinlər qorxu içindədir 1786970955_screenshot-2026-08-17-164726
  • CƏMİYYƏT

Səfalı MTK ilə bağlı növbəti qalmaqal – Bu binada sakinlər qorxu içindədir

admin 17.08.2026
Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58A ünvanında, “Səfalı” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binalarının arasında yerləşən obyekt bina...
DAVAMI Read more about Səfalı MTK ilə bağlı növbəti qalmaqal – Bu binada sakinlər qorxu içindədir
Kamran Əliyev icra başçısı tərəfindən evi uçurulan polkovniki qəbul edib – ELXAN ALLAHVERDİYEV HƏBS EDİLƏ BİLƏR bineqedi-zabit
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Kamran Əliyev icra başçısı tərəfindən evi uçurulan polkovniki qəbul edib – ELXAN ALLAHVERDİYEV HƏBS EDİLƏ BİLƏR

admin 17.08.2026
Binəqədi Rayon İcra Hakimiyyətinin Azərbaycan Ordusunun zabiti, 44 Günlük Vətən müharibəsi və Aprel döyüşləri iştirakçısı polkovnik-leytenant Bəhruz...
DAVAMI Read more about Kamran Əliyev icra başçısı tərəfindən evi uçurulan polkovniki qəbul edib – ELXAN ALLAHVERDİYEV HƏBS EDİLƏ BİLƏR

Bütün yazılar

anar-bayramov-onlari-isden-cixardi-wk56dc_p
  • CƏMİYYƏT

TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı – Yeni təyinatlar

admin 17.08.2026
1786969206_screenshot-2026-08-17-161651
  • İQTİSADİYYAT

Azərbaycanda avtomobil benzininin istehsalı artıb – CƏDVƏL

admin 17.08.2026
1786969697_avtobus_171_esas
  • CƏMİYYƏT

Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı – Biabırçılıq

admin 17.08.2026
1786970955_screenshot-2026-08-17-164726
  • CƏMİYYƏT

Səfalı MTK ilə bağlı növbəti qalmaqal – Bu binada sakinlər qorxu içindədir

admin 17.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.