Skip to content
07.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Azərlotereya” yalnız uduşu reklam edir – Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
  • CƏMİYYƏT

“Azərlotereya” yalnız uduşu reklam edir – Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?

admin 07.08.2026
1786105728_azerlotorerya-55

“Azərlotereya” iyul ayında “Poz-Qazan” oyunları üzrə 3,29 milyondan çox uduşlu bilet qeydə alındığını və bu biletlər üzrə 15,7 milyon manatdan çox uduş ödənildiyini açıqlayıb.

Bizimesr.media bildirir ki, şirkətin yaydığı məlumatda böyük uduşlar xüsusi olaraq önə çəkilir. Belə ki, “Super Keno” oyununda Bakı sakininin 100 min manat qazandığı, “4+4” tirajlı lotereyada isə 1,9 milyon manatlıq cekpotun cəmi bir rəqəmlə qaçırıldığı bildirilir. Həmçinin 25 min, 10 min və digər məbləğlərdə uduşlar barədə məlumat verilir.

Bu cür təqdimat lotereyanın ən cəlbedici tərəfini – uduş imkanlarını ön plana çıxarır və təbii olaraq reklam xarakteri daşıyır. Lakin açıqlanan statistikada mühüm bir məqam diqqətdən kənarda qalır – iyul ayında ümumilikdə neçə bilet satılıb?

Şirkət 3,29 milyon uduşlu bilet olduğunu açıqlasa da, ümumi satılan biletlərin sayını göstərmir. Bu rəqəm olmadan uduşlu biletlərin ümumi satışdakı payını və real uduş ehtimalını müəyyənləşdirmək mümkün deyil.

Məsələn, 3,29 milyon uduşlu bilet 5 milyon bilet arasından çıxıbsa, bir statistika yaranır. Əgər ümumi satış 30-50 milyon bilet təşkil edibsə, tamamilə başqa mənzərə ortaya çıxır.

Eyni vəziyyət 15,7 milyon manatlıq uduşa da aiddir. Şirkət bu məbləğin hansı həcmdə satış fonunda ödənildiyini açıqlamır. Ümumi satış məbləği bilinmədən 15,7 milyon manatın satışlara nisbətini hesablamaq mümkün deyil.

Digər tərəfdən, “3,29 milyon uduşlu bilet” ifadəsi də uduşların strukturunu göstərmir. Bu biletlərin neçəsində yalnız biletin qiyməti geri qayıdıb, neçəsi kiçik məbləğ qazandırıb, neçəsi isə böyük uduş əldə edib – bu barədə məlumat yoxdur.

Beləliklə, açıqlanan statistika əsasən nə qədər uduş verildiyini göstərir, amma bu uduşların neçə biletin satışı hesabına formalaşdığını göstərmir.

Halbuki tam mənzərə üçün ən azı beş əsas göstərici açıqlanmalıdır: ümumi satılan bilet sayı, uduşlu biletlərin sayı, uduşsuz biletlərin sayı, ümumi satış məbləği və ödənilən uduşun satışlara nisbəti.

Bu rəqəmlər açıqlanmadığı halda 15,7 milyon manatlıq uduş və 3,29 milyon uduşlu bilet böyük göstəricilər kimi təqdim olunsa da, onların istehlakçı üçün real statistik mənasını qiymətləndirmək mümkün deyil.

Çünki lotereyada əsas sual yalnız “kim nə qədər qazandı? deyil. Əsas suallardan biri də budur Bu uduşlar neçə milyon biletin satışı hesabına formalaşıb və həmin biletlərin neçə faizi uduşlu olub?

Bizimesr.media

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Next: Xalqın cibinə girən, cibindən çıxmayan “xidmət”: Baku Electronics həqiqətləri!

OXŞAR MÖVZULAR

1786099844_screenshot-2026-08-07-144934
  • CƏMİYYƏT

SOS:KƏPƏZ HOSPİTALDA ÖLÜM HADİSƏSI-Cavab Gözləyən Suallar

admin 07.08.2026
1786103021_screenshot-2026-08-07-154156
  • CƏMİYYƏT

Xalqın cibinə girən, cibindən çıxmayan “xidmət”: Baku Electronics həqiqətləri!

admin 07.08.2026
1786110222_screenshot-2026-08-07-174203
  • CƏMİYYƏT

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

admin 07.08.2026

XƏBƏR LENTİ

Tiktoker “Melisa” hava limanında saxlanıldı dfbdcbb4146d62ac6aa8c72c379486f6
  • ARAŞDIRMA

Tiktoker “Melisa” hava limanında saxlanıldı

admin 07.08.2026
Sosial şəbəkədə nalayiq ifadələr işlədən daha bir tiktoker saxlanılıb. 25 yaşlı Melisa Əhmədova (şərti adla) tiktok sosial...
DAVAMI Read more about Tiktoker “Melisa” hava limanında saxlanıldı
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanıldı 01k391thrzwrcjwcf1qzm5r44x-medium
  • ARAŞDIRMA
  • VİDEO

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanıldı

admin 07.08.2026
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müxtəlif xarici...
DAVAMI Read more about Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanıldı
Tovuzda oğlan bibisini odun parçası ilə qətlə yetirib – RƏSMİ/FOTO tovuz-qetl
  • ARAŞDIRMA
  • HADİSƏ

Tovuzda oğlan bibisini odun parçası ilə qətlə yetirib – RƏSMİ/FOTO

admin 07.08.2026
Tovuz rayonunda silahlı insident baş verib. Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Əlimərdanlı kəndindəki fermada 1997-ci...
DAVAMI Read more about Tovuzda oğlan bibisini odun parçası ilə qətlə yetirib – RƏSMİ/FOTO
Zelenski: “Yaroslavl” neft emalı zavoduna endirilən zərbə uğurlu olub 1786105351_screenshot-2026-08-07-161608 (1)
  • DÜNYA

Zelenski: “Yaroslavl” neft emalı zavoduna endirilən zərbə uğurlu olub

admin 07.08.2026
 Ukrayna tərəfi Rusiyanın “Yaroslavl” neft emalı zavodunun məhv edilməsi əməliyyatı zamanı yaxşı nəticələr əldə edib. Bu barədə...
DAVAMI Read more about Zelenski: “Yaroslavl” neft emalı zavoduna endirilən zərbə uğurlu olub
SOS:KƏPƏZ HOSPİTALDA ÖLÜM HADİSƏSI-Cavab Gözləyən Suallar 1786099844_screenshot-2026-08-07-144934
  • CƏMİYYƏT

SOS:KƏPƏZ HOSPİTALDA ÖLÜM HADİSƏSI-Cavab Gözləyən Suallar

admin 07.08.2026
Redaksiyamıza etibarlı mənbənin verdiyi məlumata görə, ötən gün Kəpəz Hospitalda ölüm hadisəsi baş verib. Həyatını itirən Tunil...
DAVAMI Read more about SOS:KƏPƏZ HOSPİTALDA ÖLÜM HADİSƏSI-Cavab Gözləyən Suallar

Bütün yazılar

dfbdcbb4146d62ac6aa8c72c379486f6
  • ARAŞDIRMA

Tiktoker “Melisa” hava limanında saxlanıldı

admin 07.08.2026
01k391thrzwrcjwcf1qzm5r44x-medium
  • ARAŞDIRMA
  • VİDEO

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanıldı

admin 07.08.2026
tovuz-qetl
  • ARAŞDIRMA
  • HADİSƏ

Tovuzda oğlan bibisini odun parçası ilə qətlə yetirib – RƏSMİ/FOTO

admin 07.08.2026
1786105351_screenshot-2026-08-07-161608 (1)
  • DÜNYA

Zelenski: “Yaroslavl” neft emalı zavoduna endirilən zərbə uğurlu olub

admin 07.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.