Skip to content
03.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azəriqazın əsas problemi qaz itkisidir, yoxsa idarəetmə fəlsəfəsi?
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Azəriqazın əsas problemi qaz itkisidir, yoxsa idarəetmə fəlsəfəsi?

admin 03.08.2026
1785673612_1
Sahə üzrə ekspertimiz yazdı:
İyul ayında qəbul olunan təbii qazın həcmi ilə istehlakçılara satılan qaz arasında 25 faizlik fərq var. Bu, sadəcə statistik rəqəm deyil, müəssisənin öz balansında görünən faktdır.
Amma maraqlıdır ki, son iki ildə başqa bir “uğurlu göstərici” də əldə olunub: fəhlələrin sayı ✅25 faiz azaldılıb, mühəndis-texniki heyətin sayı isə ✅25 faiz artırılıb. Sanki müəssisədə yeni bir fizika qanunu kəşf olunub: qaz borulardan yoxa çıxır, ştatlar isə kabinetlərdə peyda olur.Bir tərəfdə itən ✅25 faiz qaz, digər tərəfdə artan ✅25 faiz kabinet personalı… Elə bil rəqəmlər də öz aralarında razılaşıblar: biri balansdan çıxır, o biri ştat cədvəlinə daxil olur.
Əgər məqsəd qaz itkilərini azaltmaq idisə, nəticələr niyə görünmür? Yox, əgər məqsəd koridorlarda mühəndis sıxlığını artırmaq idisə, onda etiraf etmək lazımdır ki, layihə uğurla başa çatdırılıb.
Belə çıxır ki, boruların yükü azalmayıb, amma kabinetlərin yükü xeyli artıb. Qazın hara itdiyi hələ də sual altındadır, amma yeni vəzifələrin hara yerləşdirildiyi artıq heç kimə sirr deyil.
Bəzən elə təəssürat yaranır ki, əsas mübarizə qaz itkisi ilə deyil, boş kabinetlərin qalması ilə aparılır.
İndi isə söz Azəriqazın idarəetmə aparatında son illərdə yaradılan, qaz itkilərinə nəzarət funksiyası daşıyan 40-dan çox şöbənindir.
Görək bu 25 faizlik fərqi necə izah edəcəklər.
Yeganə xahişimiz odur ki, yenə də köhnə bəhanəyə sığınmayın: “sayğaclar işləmir”. Çünki hər dəfə “sayğaclar işləmir” arqumenti səslənəndə ölkəyə külli miqdarda müxtəlif markalı yeni sayğaclar gətirilir. Bu isə təkcə problemi həll etmir, eyni zamanda dövlət büdcəsinə milyonlarla manat əlavə yük yaradır.
Əgər problem doğrudan da sayğaclardadırsa, bəs illərdir alınan yeni sayğaclar niyə eyni problemi aradan qaldırmır? Yox əgər problem sayğaclarda deyil, idarəetmədə və nəzarət mexanizmlərindədirsə, onda bunu etiraf etməyin vaxtı çoxdan çatıb.
Çünki rəqəmlər bəhanə qəbul etmir. 25 faiz fərq izah tələb edir.
Mirvari Gahramanli

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bəs əkinlər niyə susuzluqdan yanır?
Next: Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

OXŞAR MÖVZULAR

17857439534396828230
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

admin 03.08.2026
1785741488_screenshot-2026-08-03-111433
  • CƏMİYYƏT
  • VİDEO

Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi – Video

admin 03.08.2026
1785745293_screenshot-2026-08-03-122032
  • CƏMİYYƏT

“Azərsun”un sığındığı professor və mənimsənilən kapital:“Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat

admin 03.08.2026

XƏBƏR LENTİ

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib 17857439534396828230
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

admin 03.08.2026
Azərbaycan Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib.   Bildirildi ki,...
DAVAMI Read more about Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi – Video 1785741488_screenshot-2026-08-03-111433
  • CƏMİYYƏT
  • VİDEO

Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi – Video

admin 03.08.2026
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb. Siyəzən RPŞ-nin DYP bölməsi tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud...
DAVAMI Read more about Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi – Video
Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb 1785742094_screenshot-2026-08-03-112556
  • HADİSƏ

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

admin 03.08.2026
 Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat...
DAVAMI Read more about Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
İki ay əvvəl işdən çıxarılan rəisə – Cinayət işi açıldı 1785743158_screenshot-2026-08-03-114443
  • ARAŞDIRMA

İki ay əvvəl işdən çıxarılan rəisə – Cinayət işi açıldı

admin 03.08.2026
İki ay əvvəl Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunan Kamran Yusifova cinayət işi...
DAVAMI Read more about İki ay əvvəl işdən çıxarılan rəisə – Cinayət işi açıldı
“Azərsun”un sığındığı professor və mənimsənilən kapital:“Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat 1785745293_screenshot-2026-08-03-122032
  • CƏMİYYƏT

“Azərsun”un sığındığı professor və mənimsənilən kapital:“Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat

admin 03.08.2026
Başqa bir investorun vəsaiti, əməyi və sənədləşdirdiyi icazələr hesabına ərsəyə gələn “Daşlı Bulaq” bu gün aldadılan bir...
DAVAMI Read more about “Azərsun”un sığındığı professor və mənimsənilən kapital:“Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat

Bütün yazılar

17857439534396828230
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

admin 03.08.2026
1785741488_screenshot-2026-08-03-111433
  • CƏMİYYƏT
  • VİDEO

Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi – Video

admin 03.08.2026
1785742094_screenshot-2026-08-03-112556
  • HADİSƏ

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

admin 03.08.2026
1785743158_screenshot-2026-08-03-114443
  • ARAŞDIRMA

İki ay əvvəl işdən çıxarılan rəisə – Cinayət işi açıldı

admin 03.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.