Skip to content
30.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Toyuq ətinin qiyməti bəllidir, bəs 3 manatlıq kolbasa nədən hazırlanır? – Ekspert DANIŞDI
  • ARAŞDIRMA

Toyuq ətinin qiyməti bəllidir, bəs 3 manatlıq kolbasa nədən hazırlanır? – Ekspert DANIŞDI

admin 30.07.2026
1785383255_1
Bəzi market və bazarlarda kiloqramı 3-6 manata olan kolbasa və sosislər satılır. İstehlakçıları narahat edən əsas məqamlardan biri də belə məhsulların üzərində tərkibi barədə məlumatların göstərilməməsidir.

Kiloqramı 3 manata satılan kolbasanı yemək olarmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, kolbasanın tərkibi və onun haqqında istehlakçıya verilən məlumatların düzgünlüyü ciddi müzakirə mövzusudur:

“Ümumiyyətlə, kolbasanın tərkibində olan E kateqoriyalı əlavələrin, yəni qida əlavələri adlandırılan kimyəvi maddələrin hansı faiz nisbətində istifadə edilməsi barədə istehlakçılara heç bir məlumat təqdim olunmur. Məhsulun üzərində də bununla bağlı ətraflı informasiya verilmir. 3 manatlıq, 5 manatlıq məhsullara gəlincə isə, burada ciddi suallar yaranır. Ən ucuz kolbasaların əsasən toyuq ətindən hazırlandığı bildirilir. Lakin bu gün toyuq ətinin kiloqramı 5-6 manata satıldığı halda, 2 manat 50 qəpik, 3 manat və ya 4 manata satılan sosis və kolbasaların hansı ətdən hazırlanması sual doğurur. Belə çıxır ki, bu məhsulların tərkibində toyuq əti deyil, əsasən toyuğun dərisi və müxtəlif mexaniki üsullarla ayrılmış hissələri istifadə olunur. Yəni burada keyfiyyətli toyuq ətindən söhbət gedə bilməz”.

Müsahibimiz əlavə etdi ki, məhsulların tərkibinə müxtəlif kimyəvi əlavələr – rəngləndiricilər, dadlandırıcılar və E kateqoriyalı maddələr qatılır:

“Məsələn, E621 (natrium qlutamat) kimi əlavələrdən geniş istifadə olunur. Bu maddələrin həddindən artıq qəbulu insan sağlamlığı üçün ciddi problemlər yarada, yaddaş pozğunluğuna, hətta dad və iy hissinin zəifləməsinə səbəb ola bilər. Buna baxmayaraq, bu cür əlavələr kolbasa istehsalında geniş tətbiq edilir. Digər bir problem isə odur ki, adətən təhlükəli məhsul insanların qarşısına çıxdıqdan sonra tədbir görülməyə başlanılır. Problem yaranana qədər isə heç bir addım atılmır. Sanki yalnız hansısa hadisə baş verdikdən sonra müdaxilə edilir. Bu məsələdə insanların sağlamlığı ikinci planda qalır, əsas diqqət isə hansı şirkətin daha çox qazanc əldə etməsinə yönəlir”.

Ekspert vurğuladı ki, indiyədək hər hansı bir kolbasa istehsalçısının media nümayəndələri, qida ekspertləri və ya ictimaiyyət üçün “Açıq qapı” günü təşkil etdiyini xatırlamır:

“Heç kim çıxıb demir ki, “gəlin istehsal prosesimizlə tanış olun, hansı ətdən istifadə etdiyimizi, mal və ya toyuq ətinin hansı nisbətdə məhsula qatıldığını öz gözlərinizlə görün”. Təəssüf ki, belə bir şəffaflıq nümunəsi ilə rastlaşmamışıq. Hətta bunu özlərinə bir məsuliyyət kimi də qəbul etmirlər.

Bir başqa məsələ isə yararlılıq müddəti bitmiş məhsulların məhv edilməsidir. İndiyədək hər hansı bir şirkətin istifadəyə yararsız kolbasaları məhv etməsi və bunu ictimaiyyətə açıqlaması ilə bağlı fakt görməmişik. Əksinə, bəzən məhsulların üzərindəki yararlılıq müddətinin dəyişdirilərək yenidən satışa çıxarıldığı barədə iddialar səslənir. Bəzi hallarda məhsullar marketlər tərəfindən geri qaytarılır. Çünki alıcılar məhsulların markalanmasına diqqət yetirir və bir növ nəzarət funksiyasını yerinə yetirirlər. Amma həmin geri qaytarılan məhsulların necə məhv edilməsi barədə şirkətlər ictimaiyyətə heç bir məlumat vermirlər.

Əsas problemlərdən biri də markalanmamış məhsulların satılmasıdır. Kolbasa və sosislər soyuq qida zəncirinə riayət olunmaqla saxlanılmalı və satışa çıxarılmalıdır. Təəssüf ki, bu gün həmin məhsullar küçələrdə, üzərində nə yararlılıq müddəti, nə də markalanması göstərilmədən satılır. Bu satışlar əsasən avtobus dayanacaqlarında, metro çıxışlarında, bazarlarda və həftəsonu yarmarkalarında müşahidə olunur. Xüsusilə bölgələrdə bu hallara daha çox rast gəlinir. Məhsullar günün altında, meyvə yeşiklərinin üzərində nümayiş etdirilərək satışa çıxarılır. İnsanlar bunu alaraq büdcələrinə qənaət etdiklərini düşünsələr də, əslində öz sağlamlıqlarını ciddi risk altına atırlar”.

İ.Şirinov qeyd etdi ki, kolbasa, sosis və bu kimi məhsullardan istifadə ediləcəksə, onları etibarlı satış məntəqələrindən almaq daha məqsədəuyğundur:

“Hərçənd mən özüm bu məhsullardan istifadə etmirəm və yaxınlarıma da tövsiyə etmirəm. Çünki onların tərkibindəki kimyəvi maddələrin insanlarda müəyyən asılılıq yaratdığı dəfələrlə müşahidə olunub. Bunun nəticəsidir ki, bəzən uşaqlar kolbasa və sosis yeməyə alışır, hətta onlardan doymur və bu məhsullar onlarda bir növ vərdiş, hətta asılılıq formasında formalaşır”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İştirakım və xəbərim olmadan Sumqayıt ASAN xidmətdə adıma sənədlər tərtib olunub – ÜLVİ MEHDİYEVƏ MÜRACİƏT
Next: Bakıda elektromobil xaosu: “Şarj yerini zəbt edənlərə cərimə yazılsa…” – Növbə savaşı necə bitəcək?

OXŞAR MÖVZULAR

inshot_20260730_030309724_1785367127
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Hüsnü Quliyevin təyinatı ilə bağlı FAKT: Prezidentin onu işdən azad etdiyi gün…

admin 30.07.2026
d5f5ff40fa53473617a6e70870d1e2bb
  • ARAŞDIRMA
  • VİDEO

Evlərdən 29 min manatlıq oğurluq edilib – VİDEO

admin 30.07.2026
1785339931_1
  • ARAŞDIRMA

Bakıda elektromobil xaosu: “Şarj yerini zəbt edənlərə cərimə yazılsa…” – Növbə savaşı necə bitəcək?

admin 30.07.2026

XƏBƏR LENTİ

ANAMA-nın əməkdaşı vəfat etdi 1785397524_9df6cb4a-c814-49a0-8e38-cb4848b822f0
  • CƏMİYYƏT

ANAMA-nın əməkdaşı vəfat etdi

admin 30.07.2026
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı vəfat edib. “Unikal” xəbər verir ki, ANAMA-nın əməkdaşı İlkin Musayev uzun sürən...
DAVAMI Read more about ANAMA-nın əməkdaşı vəfat etdi
Oliqarx İsmayılovun oğlu məhkəmələri uduzdu, indi də vəkili hücumdadır – Fidan Abbasovaya qarşı 150 min manatlıq iddia 133af1a7c893d0180731510e96f92b0e
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Oliqarx İsmayılovun oğlu məhkəmələri uduzdu, indi də vəkili hücumdadır – Fidan Abbasovaya qarşı 150 min manatlıq iddia

admin 30.07.2026
Oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə bağlı illərdir davam edən atalığın müəyyən edilməsi...
DAVAMI Read more about Oliqarx İsmayılovun oğlu məhkəmələri uduzdu, indi də vəkili hücumdadır – Fidan Abbasovaya qarşı 150 min manatlıq iddia
Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub screenshot_2026_07_30_112211_1785396145
  • CƏMİYYƏT

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

admin 30.07.2026
Bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78,41 %-i) dolub. Bunu Dövlət...
DAVAMI Read more about Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub
Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı QW2AXcHkC6iID1CxHBoFOi5LDVRsu1L81Zy2Sx84_1200
  • İDMAN

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

admin 30.07.2026
53 kq çəki dərəcəsində mübarizə aparan Fatimə Bayramova Bakıda keçirilən U17 güləşi üzrə dünya çempionatında ilk görüşünə...
DAVAMI Read more about Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı
Hüsnü Quliyevin təyinatı ilə bağlı FAKT: Prezidentin onu işdən azad etdiyi gün… inshot_20260730_030309724_1785367127
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Hüsnü Quliyevin təyinatı ilə bağlı FAKT: Prezidentin onu işdən azad etdiyi gün…

admin 30.07.2026
Xəbər verdiyimiz kimi, Ötən ay prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini...
DAVAMI Read more about Hüsnü Quliyevin təyinatı ilə bağlı FAKT: Prezidentin onu işdən azad etdiyi gün…

Bütün yazılar

1785397524_9df6cb4a-c814-49a0-8e38-cb4848b822f0
  • CƏMİYYƏT

ANAMA-nın əməkdaşı vəfat etdi

admin 30.07.2026
133af1a7c893d0180731510e96f92b0e
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Oliqarx İsmayılovun oğlu məhkəmələri uduzdu, indi də vəkili hücumdadır – Fidan Abbasovaya qarşı 150 min manatlıq iddia

admin 30.07.2026
screenshot_2026_07_30_112211_1785396145
  • CƏMİYYƏT

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

admin 30.07.2026
QW2AXcHkC6iID1CxHBoFOi5LDVRsu1L81Zy2Sx84_1200
  • İDMAN

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

admin 30.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.