Skip to content
29.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Nazirlik imtahandan kəsildi – müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Nazirlik imtahandan kəsildi – müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar

admin 29.07.2026
1785330670_whatsapp-mage-2026-07-29-at-16_50_34

Bu il Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin sertifikatlaşdırma imtahanlarının ciddi etirazlar doğurması təşkilatçıları geri çəkilməyə məcbur qoydu. Bununla da Nazirlik, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu yarıtmaz fəaliyyətlərini etiraf etmiş oldular. Başqa sözlə, imtahan edənlər özləri imtahandan kəsildilər.

Məlumata görə sertifikatlaşdırmada iştirak edən müəllimlərin Nazirlik, MÜTDA və Təhsil İnstitutu qarşısındakı etirazlarından sonra daha üst dövlət instansiyalarından təhsil başbilənlərinə ciddi danlaq gəlib. Müəllimlərin haqlı narazılığının qulaqardına vurulmasının sosial-siyasi cəhətdən böyük yanlış olduğu naşı idarəçi-rəhbərlərin diqqətinə qəti şəkildə çatdırılıb. Təhsil başbilənləri də bundan sonra əl-ayağa düşüb, bəzi fənlər üzrə hər müəllimin nəticəsinə 1-2 bal artırıblar. Dolayısı ilə sualların tərtib olunmasındakı səhvlərini etiraf ediblər.

Ancaq səhvlər nədən ibarətdir, hansı parametrlər üzrə səhvə yol veriblər? Bunu izah etməyi, üzr istəməyi belə lazım bilməyiblər. Buna idarəçilik və pedaqoji mədəniyyət lazımdır. Görünən odur ki, bu da kökündən yoxdur.

Digər məntiqi və hüquqi suallar da açıq qalır:

İstərdik ki, aidiyyatı qurumlar suallarımızı cavablandırsınlar.

1) Hər ixtisas üzrə səhv suallara dair etirazlar və müəllimlərin videosübutları, çıxışları, müraciətləri olduğu halda niyə ancaq bəzi fənlər üzrə ballar artırılır?

2)Bu yanaşma bütün narazı müəllimləri etiraza səsləmək kimi dəyərləndirilə bilərmi?

3)Hər fənn üzrə bir neçə səhv sualların salınması müəllimlərin imtahan vaxtının ciddi şəkildə israf olunmasına səbəb olduğu üçün onların Nazirliyin səhvləri səbəbindən ümumilikdə nə qədər vaxt və bal itkisi ilə üzləşdiklərini qiymətləndirən müstəqil komissiyanın yaradılmasını düşünürsünüzmü?

4)Səhvlər hansı səbəblərdən baş verib? Təxribatdır, təcrübəsizlikdir, məsuliyyətsizlikdir, yoxsa bilgisizlik?

5) Səhvlərə yol verən məsul şəxslərin və əməkdaşların cəzalandırılması halları oldumu? Olubsa niyə məlumat verilmir?

6)Sertifikatlaşdırma imtahanlarının DİM-ə verilməsi tələbləri var. Bununla bağlı mövqeyiniz nədən ibarətdir?

7)Yaratdığınız vəziyyətə, müəllimlərə vurulmuş mənəvi-psixoloqu zərərə görə üzr istəməyi, kompensasiya ödəməyi düşünürsünüzmü?

8) Balını artırdığınız müəllimlər ancaq apellyasiya şikayəti verənlərdən ibarətdir? Yoxsa bütün müəllimlərin balı artırılıb? (Təhsil İnstitutunun məlumatında ancaq apellyasiya nəticələrindən söhbət gedir)

9)Səhv suallarınızın elmi-pedaqoji izahını verməyi düşünürsünüzmü? Əks halda sanki etirazlara görə texniki olaraq bal artırılması baş verib.

10)Sertifikatlaşdırma imtahanlarını ümumilikdə nə qədər dövlət vəsaiti xərclənib?

11) Sertifikatlaşdırma imtahanlarının təşkilinə cəlb olunmuş şirkətlər hansı meyarlar əsasında seçilib? Bunun üçün tender keçirilibmi? Həmin şirkətlərə nə qədər pul verilib?

12) Hələlik aşkar olunmuş bu qədər səhvlərdən sonra sertifikatlaşdırma imtahanlarına rəhbərlik edən şəxslərin vəzifələrindən kənarlaşdırılması gözlənilirmi?

P.S. İnanmaq istərdik ki, qanunvericiliyə uyğun olaraq Elm və Təhsil Nazirliyindən on minlərlə müəllimi düşündürən suallara səhv olmayan cavablar ala biləcəyik. (BnTv.az)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri – VİDEO
Next: İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

OXŞAR MÖVZULAR

1785322985_screenshot-2026-07-29-150122
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir – 122 min manat ayrıldı

admin 29.07.2026
1785324396_screenshot-2026-07-29-152417
  • CƏMİYYƏT

“E-manat“ın sahibinin dövlətə borcu yaranıb – Küllü miqdarda

admin 29.07.2026
1785331941_screenshot-2026-07-29-173043
  • CƏMİYYƏT

Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri – VİDEO

admin 29.07.2026

XƏBƏR LENTİ

Bakı-Şamaxı yolunda yük maşını aşdı – VİDEO b6d7d318ba38dda6d739c904efebae28
  • HADİSƏ
  • VİDEO

Bakı-Şamaxı yolunda yük maşını aşdı – VİDEO

admin 29.07.2026
Bakı-Şamaxı-İsmayıllı yolunda qəza baş verib. İdarəetmədən çıxan yük avtomobili aşıb. Hadisə nəticəsində yolun hər iki istiqamətinə daş...
DAVAMI Read more about Bakı-Şamaxı yolunda yük maşını aşdı – VİDEO
Tanınmış cərraha 9 il həbs verildi – “Opera Hotel”də tutulubmuş elsen
  • ARAŞDIRMA

Tanınmış cərraha 9 il həbs verildi – “Opera Hotel”də tutulubmuş

admin 29.07.2026
Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan “Kəpəz Hospital”ın cərrahı Elşən Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb....
DAVAMI Read more about Tanınmış cərraha 9 il həbs verildi – “Opera Hotel”də tutulubmuş
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxunub 6a69f95bafe0f6a69f95bafe1017853300116a69f95bafe0d6a69f95bafe0e
  • ARAŞDIRMA

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxunub

admin 29.07.2026
Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən...
DAVAMI Read more about Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxunub
Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib 1785322559_screenshot-2026-07-29-145352
  • ARAŞDIRMA

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

admin 29.07.2026
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)...
DAVAMI Read more about Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir – 122 min manat ayrıldı 1785322985_screenshot-2026-07-29-150122
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir – 122 min manat ayrıldı

admin 29.07.2026
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən keçirilən tender müsabiqəsinin...
DAVAMI Read more about Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir – 122 min manat ayrıldı

Bütün yazılar

b6d7d318ba38dda6d739c904efebae28
  • HADİSƏ
  • VİDEO

Bakı-Şamaxı yolunda yük maşını aşdı – VİDEO

admin 29.07.2026
elsen
  • ARAŞDIRMA

Tanınmış cərraha 9 il həbs verildi – “Opera Hotel”də tutulubmuş

admin 29.07.2026
6a69f95bafe0f6a69f95bafe1017853300116a69f95bafe0d6a69f95bafe0e
  • ARAŞDIRMA

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxunub

admin 29.07.2026
1785322559_screenshot-2026-07-29-145352
  • ARAŞDIRMA

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

admin 29.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.