Skip to content
27.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Məmməd Musayev həbsin bir addımlığında? – “Turanbank” da araşdırılacaq
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Məmməd Musayev həbsin bir addımlığında? – “Turanbank” da araşdırılacaq

admin 27.07.2026
1785093124_1
“Aqrarkredit” QSC-də (Bank Olmayan Kredit Təşkilatı) 100 milyon manatdan artıq kredit vəsaitinin mənimsənilməsi iddiası ilə bağlı aparılan əməliyyat ölkə gündəminin əsas mövzularından birinə çevrilib.

SAVASHMEDİA.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qanun pozuntusu iddiaları ilə əlaqədar əməliyyat keçirib.

Məlumata görə, bir qrup sahibkar kənd təsərrüfatının maliyyələşdirilməsi adı ilə dövlətə məxsus “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit götürüb. Araşdırma zamanı həmin vəsaitlərin təyinatı üzrə istifadə edilmədiyi, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi məqsədlərə xərcləndiyi iddia olunur.

Əməliyyat zamanı “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler” MMC-nin direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov, eləcə də Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumatlarda uzun illər “Aqrarkredit”ə rəhbərlik etmiş, hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olan Məmməd Musayev barəsində də cinayət təqibi aparıldığı iddia olunur. İstintaq materiallarına əsasən, həbs edilən şəxslərin bir hissəsinin onunla əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törətdiyi bildirilir. Qeyd olunur ki, saxlanılanlardan Tofiq Musayev onun qardaşı oğlu, Fazil Rüstəmov isə uzun illər müavini olub.

Qeyd edək ki, səhmləri tamamilə dövlətə məxsus olan “Aqrarkredit” QSC regionlarda sahibkarlığın maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsi məqsədilə fəaliyyət göstərir. Məmməd Musayev 2001-ci ildən 2025-ci ilədək quruma rəhbərlik edib.

Baş verən hadisələr fonunda iqtisadçı Əkrəm Həsənov da məsələ ilə bağlı sərt açıqlama verib. Ə.Həsənovun sözlərinə görə, Məmməd Musayev uzun müddət bank sektorunda böyük təsirə malik olub və “Turanbank”ın faktiki sahibi kimi tanınıb. İqtisadçı iddia edib ki, hüquqlarını müdafiə etdiyi şəxsin həmin bankdakı əmanəti bir ildən çoxdur qaytarılmır. Onun sözlərinə görə, bank əmanətin ödənildiyini bildirsə də, bunu təsdiq edən sənəd təqdim edə bilmir.

İqtisadçı hesab edir ki, “Turanbank”da da geniş yoxlamalar aparılmalıdır. O, bankın fəaliyyəti ilə yanaşı, “Aqrarkredit”lə mümkün əlaqələrinin də araşdırılmasını təklif edib.

Qeyd edək ki, “Turanbank” 1992-ci ildən fəaliyyət göstərir və bankın faktiki sahibinin Məmməd Musayev olduğu deyilir. Bankın səhmdarları arasında onun oğlu Azad Musayev də var.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: NexBirlik ifşa edildi: “Sosial e-ticarət” vədi ilə qurulan yeni maliyyə piramidası -ŞOK FAKTLAR
Next: Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar – DETALLAR

OXŞAR MÖVZULAR

1785131873.1781876123.ccb7c18aad1d2e6b2c1c75841306eaa0
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şahin Bağırov baş idarəyə rəis təyin etdi – FOTO

admin 27.07.2026
1785129328_screenshot-2026-07-27-091327
  • BAXIŞ BUCAĞI

“Aerokosmik Modelçilik Festivalı 2026″nın kateqoriyaları açıqlanıb

admin 27.07.2026
1785002554_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

NexBirlik ifşa edildi: “Sosial e-ticarət” vədi ilə qurulan yeni maliyyə piramidası -ŞOK FAKTLAR

admin 27.07.2026

XƏBƏR LENTİ

Qəbələdə “Aquapark” ərazisində yanğın olub – VİDEO 1785055464.Screen_Recording_20260726_123904_TikTok
  • HADİSƏ
  • VİDEO

Qəbələdə “Aquapark” ərazisində yanğın olub – VİDEO

admin 27.07.2026
Qəbələ şəhərində güclü yanğın başlayıb. “Unikal”ın əldə etdiyi məlumata görə, yanğın şəhərdə yeni tikilməkdə olan “Aquapark”da qeydə...
DAVAMI Read more about Qəbələdə “Aquapark” ərazisində yanğın olub – VİDEO
Şahin Bağırov baş idarəyə rəis təyin etdi – FOTO 1785131873.1781876123.ccb7c18aad1d2e6b2c1c75841306eaa0
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şahin Bağırov baş idarəyə rəis təyin etdi – FOTO

admin 27.07.2026
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin...
DAVAMI Read more about Şahin Bağırov baş idarəyə rəis təyin etdi – FOTO
“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur 1785136881_51052 (1)
  • CƏMİYYƏT

“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur

admin 27.07.2026
Dövlət Gömrük Komitəsinin (DGK) “Azterminalkompleks” Birliyi nəqliyyat vasitələri və texnikaların cari təmiri ilə bağlı elan etdiyi tenderə...
DAVAMI Read more about “SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
Qarabağ Veteranı Bəhruz Alışov: “Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib” 1785133017_screenshot-2026-07-27-101509
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qarabağ Veteranı Bəhruz Alışov: “Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib”

admin 27.07.2026
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Abdullayev sıravi vətəndaşlarla yanaşı vətən müharibəsi veteranı Bəhruz Alışova qarşı ədalətsizlik...
DAVAMI Read more about Qarabağ Veteranı Bəhruz Alışov: “Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib”
“Aerokosmik Modelçilik Festivalı 2026″nın kateqoriyaları açıqlanıb 1785129328_screenshot-2026-07-27-091327
  • BAXIŞ BUCAĞI

“Aerokosmik Modelçilik Festivalı 2026″nın kateqoriyaları açıqlanıb

admin 27.07.2026
Füzuli Beynəlxalq Hava Limanında “Aerokosmik Modelçilik Festivalı 2026” keçirilib. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib....
DAVAMI Read more about “Aerokosmik Modelçilik Festivalı 2026″nın kateqoriyaları açıqlanıb

Bütün yazılar

1785055464.Screen_Recording_20260726_123904_TikTok
  • HADİSƏ
  • VİDEO

Qəbələdə “Aquapark” ərazisində yanğın olub – VİDEO

admin 27.07.2026
1785131873.1781876123.ccb7c18aad1d2e6b2c1c75841306eaa0
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şahin Bağırov baş idarəyə rəis təyin etdi – FOTO

admin 27.07.2026
1785136881_51052 (1)
  • CƏMİYYƏT

“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur

admin 27.07.2026
1785133017_screenshot-2026-07-27-101509
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qarabağ Veteranı Bəhruz Alışov: “Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib”

admin 27.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.