Skip to content
13.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib – Prezidentin ayırdığı pullar hara gedib?
  • CƏMİYYƏT
  • ÖLKƏ

Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib – Prezidentin ayırdığı pullar hara gedib?

admin 13.07.2026
1783934582_screenshot-2026-07-13-132222

Bakının ən baxımsız və bərbad vəziyyətdə olan rayonu Suraxanıdır desək yanılmarıq. Paytaxtın digər rayonları da problemlərdən tam azad olmayıb. Amma məsələn, Xətai, Sabunçu, Nəsimi, Nizami və başqaları ilə müqayisədə Suraxanı rayonu Əfqanıstana, Suriyaya oxşayır. Adil Əliyevin rayona icra başçısı təyin edilməsindən sonra da dəyişən heç nə olmayıb. Anaxeber.info.az bildirir ki, əksinə, Suraxanı rayonu xarabalığa çevrilməkdədir. Hazırda rayonda ən adi problemlər də həllini tapmayıb. Onlardan biri sakinlərin xeyli vaxtdır ki, şikayət etdiyi işıqlanmadır. Rayonun xüsusən Yeni Günəşli ərazisində işıqlanma olmadığı üçün avtomobil qəzaları tez-tez olur. Əslində, müasir dövrdə, Azərbaycanın dünyaya enerji satdığı zamanda Yeni Günəşlinin qaranlığa qərq olması absurd mənzərədir. Sakinlərin dəfələrlə şikayət etməsinə, telekanalların məsələni işıqlandırmasına baxmayaraq, Suraxanı rayon rəhbərliyi heç bir iş görmür, əlini ağdan qaraya vurmur. O zaman Prezident İlham Əliyev Adil Əliyevi nə üçün bu rayona nümayəndə təyin edib? Adil Əliyev bir icra başçısı kimi məsuliyyətini bildiyi halda, nə üçün vəziyyətdən narahat olmur? Doğrudanmı rayon rəhbəri axşam saatlarında avtomobili ilə Yeni Günəşlidən keçməyib və bu zülməti görməyib? Axı bu adi məsələdir, qısa müddətdə həll etmək olar?! Sanki bu ərazi neft-qaz, enerji şəhəri, “yaşıl enerji” layihələri icra edən Azərbaycanın bir ərazisi deyil. Halbuki bu şəhərdə COP29 və digər tədbirlər keçirilib, Bakının şəninə təriflər yağdırılıb. Amma gəlib bu şəhərin ucqar olmayan bir ərazisinə baxsınlar və görsünlər ki, bura Bakıdır, yoxsa Hələb şəhəridir…

Bundan əlavə, Suraxanı rayonunda, xüsusən Yeni Günəşlidə yollar bərbaddır. Bu yollardan ancaq at-araba ilə keçmək yaxşıdır. Çünki avtomobillər texniki nasazlığını itirir və bu vəziyyət də Adil Əliyevi narahat etmir. Yəni texnologiya əsrində şəhərin Yeni Günəşli ərazisi işıqlanma və yolsuzluq dərdi çəkir, sanki əhali Afrikanın geridəqalmış bir bölgəsində məskunlaşıb. Bəs bu işıqlanma və yollara ayrılan maliyyə vəsaiti hansı istiqamətə xərclənib?
Ən çox ikrah doğuran məqam isə budur ki, Adil Əliyev və Suraxanı İH haqda mənfi fikir bildirəndə, “trol dəstəsi” dərhal sosial şəbəkələrdə peyda olur. Onlar Suraxanı icra başçısını elə “sidq-ürəklə” müdafiə edir ki, sanki qohum-əqrəbalarıdır. Sonda isə trolların əksəriyyətinin yaşayış yerinin Suraxanı olmadığı üzə çıxır. Belə desək, təlimat almış qırğılar tökülüşür tənqid yazılan səhifələrə, Adil Əliyevi müdafiə edirlər. Amma bu dəstək kampaniyası rayonun problemlərini həll etmir. Heç Adil Əliyevin də bu trol dəstəsinə ehtiyacı olmamalıdır. Əgər həqiqi təqdir və alqış eşitmək istəyirsə, gəlib problemlərin həllinə köməklik etsin, qoy sakinlər səmimi şəkildə ona təşəkkür bildirsinlər. Ancaq problemlər göz deşir, Adil Əliyev isə trollar vasitəsi ilə onları malalamağa çalışır. Bu isə rayonda ona olan münasibəti müsbət mənada dəyişə bilməz.
Ümumiyyətlə, Yeni Günəşlidə yol, işıq, səliqə – sahman, abadlıq işləri həllini tapmasa, sakinlərin icra başçısından narazılığı getdikcə artacaq. Bu da prezidentə şikayətlərin çoxalması deməkdir. Prezident isə icra başçılarına xalqla işləməyi tapşırıb.
Ancaq Adil Əliyevin fəaliyyəti Suraxanı ərazisində nəzərə çarpmır. Onunla yanaşı müvafiq qurumlar da vəzifələrini yerinə yetirmirlər. Bu da rayonun baxımsız vəziyyətə düşməsinə gətirib çıxarıb. Hərçənd bu müddət ərzində ayrılan vəsaitlərlə çox işlər görmək olardı. Bəs bu pullar hara gedib? Sakinlər həm də hüquq-mühafizə orqanlarını Suraxanı İH-də araşdırma aparmağa çağırır…
Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Anaxeber.info.az
Azər Talıbov

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: “Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız”
Next: “Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

OXŞAR MÖVZULAR

1783936131_mood_etler (1)
  • CƏMİYYƏT

“The Mood Bistro & Grill”də keyfiyyətsiz xidmət – Biznes lanç adı altında biabırçılıq – FOTO

admin 13.07.2026
media-buz-l1iezb
  • CƏMİYYƏT
  • GÜNDƏM

AZAL ləğv edilən biletlərə görə ödənişi geri qaytarmır – ŞİKAYƏT

admin 13.07.2026
1783935759_screenshot-2026-07-13-133951
  • CƏMİYYƏT

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

admin 13.07.2026

XƏBƏR LENTİ

“The Mood Bistro & Grill”də keyfiyyətsiz xidmət – Biznes lanç adı altında biabırçılıq – FOTO 1783936131_mood_etler (1)
  • CƏMİYYƏT

“The Mood Bistro & Grill”də keyfiyyətsiz xidmət – Biznes lanç adı altında biabırçılıq – FOTO

admin 13.07.2026
Bakıda fəaliyyət göstərən “The Mood Bistro & Grill” restoranında biznes lanç zamanı təqdim olunan yeməklərin keyfiyyəti və...
DAVAMI Read more about “The Mood Bistro & Grill”də keyfiyyətsiz xidmət – Biznes lanç adı altında biabırçılıq – FOTO
AZAL ləğv edilən biletlərə görə ödənişi geri qaytarmır – ŞİKAYƏT media-buz-l1iezb
  • CƏMİYYƏT
  • GÜNDƏM

AZAL ləğv edilən biletlərə görə ödənişi geri qaytarmır – ŞİKAYƏT

admin 13.07.2026
Bu günlərdə Azərbaycan Hava Yolları (AZAL) ilə Bakı–Moskva marşrutu üzrə planlaşdırılan uçuş Moskvadakı mövcud vəziyyət nəzərə alınaraq...
DAVAMI Read more about AZAL ləğv edilən biletlərə görə ödənişi geri qaytarmır – ŞİKAYƏT
“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək 1783935759_screenshot-2026-07-13-133951
  • CƏMİYYƏT

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

admin 13.07.2026
Azərbaycanda gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı, yəni üzərində mühərrik və sürətlər qutusunun olması qiymətlərə təsir göstərəcək....
DAVAMI Read more about “Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək
Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib – Prezidentin ayırdığı pullar hara gedib? 1783934582_screenshot-2026-07-13-132222
  • CƏMİYYƏT
  • ÖLKƏ

Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib – Prezidentin ayırdığı pullar hara gedib?

admin 13.07.2026
Bakının ən baxımsız və bərbad vəziyyətdə olan rayonu Suraxanıdır desək yanılmarıq. Paytaxtın digər rayonları da problemlərdən tam...
DAVAMI Read more about Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib – Prezidentin ayırdığı pullar hara gedib?
İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: “Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız” HhsebtVXrjiNZgw1oMeKDNVZcGpKXtHhecr1p6Zy_1200
  • SİYASƏT

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: “Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız”

admin 13.07.2026
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı regionda baş verən münaqişədən (İran-ABŞ –...
DAVAMI Read more about İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ: “Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız”

Bütün yazılar

1783936131_mood_etler (1)
  • CƏMİYYƏT

“The Mood Bistro & Grill”də keyfiyyətsiz xidmət – Biznes lanç adı altında biabırçılıq – FOTO

admin 13.07.2026
media-buz-l1iezb
  • CƏMİYYƏT
  • GÜNDƏM

AZAL ləğv edilən biletlərə görə ödənişi geri qaytarmır – ŞİKAYƏT

admin 13.07.2026
1783935759_screenshot-2026-07-13-133951
  • CƏMİYYƏT

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

admin 13.07.2026
1783934582_screenshot-2026-07-13-132222
  • CƏMİYYƏT
  • ÖLKƏ

Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib – Prezidentin ayırdığı pullar hara gedib?

admin 13.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.