Bakıda silahlı insident baş verib.
“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.
Belə ki, kişi tüfənglə keçmiş arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
PAYLAŞIN:
