Skip to content
09.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir – Rəsmilərsə deyir ki…
  • CƏMİYYƏT

Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir – Rəsmilərsə deyir ki…

admin 09.07.2026
1783526893_1
Lənkəran şəhər 10 saylı tam orta məktəb yararsız vəziyyətdədir.

Lent.az-a müraciət edən şikayətçilər bildiriblər ki, məktəb 1985-ci ildən istifadəyə verilsə də, hələ də orada əsaslı təmir aparılmayıb.

Sinif otaqları və ümumilikdə təhsil müəssisəsinin özü yararsız haldadır.

Onlar iddia edirlər ki, çoxsaylı şikayətlərə baxmayaraq 10 saylı tam orta məktəb təmir edilmir, əksinə Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyaziyasının ibtidai sinif korpusu da ləğv edilib, yerində regional təhsil idarəsi üçün bina tikilir.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, 10 nömrəli tam orta məktəbin də maddi-texniki bazası və infrastruktur vəziyyəti daim diqqət mərkəzində saxlanılır:

“2025-ci ilin yay-payız aylarında məktəbdə cari təmir işləri həyata keçirilib. Bu çərçivədə dam örtüyü dəyişdirilib, sanitar qovşaqlarda bərpa işləri aparılıb və giriş qapısı yenilənib. Təhsil müəssisəsində istilik, su, kanalizasiya və elektrik təchizatı ilə bağlı yaranan lokal texniki nasazlıqlar daxil olan müraciətlər əsasında operativ qaydada aradan qaldırılır. Bununla yanaşı bildiririk ki, məktəb binasının əsaslı təmir edilməsi ilə bağlı dəyərləndirmələr aparılır. Təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

2025-ci ildə 93 təhsil müəssisəsində cari və əsaslı təmir aparılıb. Astara rayonunun Sərək kənd, Lerik rayonunun Cəngəmiran kənd və Cəlilabad rayonunun Göytəpə şəhər 2 nömrəli tam orta məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib. Astara rayonunun Şümrüd kənd, Cəlilabad rayonunun Musalı və Kövüzbulaq kənd, eləcə də Lənkəran rayonunun Viyən kənd tam orta məktəbləri üçün yeni binaların tikilərək istifadəyə verilməsi nəzərdə tutulur”.

Həmçinin idarədən bildirildi ki, Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziyada ibtidai siniflərin ləğv olunması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir:

“Hazırda həmin müəssisədə qeyd olunan təhsil səviyyəsi üzrə daha yaxşı tədris şəraiti yaradılır. Yeni tədris ilindən etibarən gimnaziyanın ibtidai sinif şagirdləri təhsillərini əvvəlki illərdə olduğu kimi və həmin ünvanda davam etdirəcəklər. Qeyd edək ki, cari tədris ili üçün gimnaziyanın I sinfinə 60-dan çox şagirdin qeydiyyatı aparılıb, müvafiq şagird qəbulu həyata keçirilib. Bu fakt da yayılan iddiaların əsassız olduğunu bir daha təsdiq edir. Vətəndaşları bu və buna bənzər məlumatlarla bağlı yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İcra hakimiyyətinin “tədbir gördük” dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! – Şağanda nələr baş verir? VİDEO
Next: Bu gün Azərbaycanda Diplomatiya Günüdür

OXŞAR MÖVZULAR

1783535337_whatsapp-mage-2026-07-08-at-20.36.08
  • CƏMİYYƏT
  • ÖLKƏ

Cəlilabadda icra başçısı ilə təhsil sektoru rəhbəri arasında qalmaqal? – İddiaların kökündə “bilet məsələsi” dayanır?

admin 09.07.2026
photo_334386 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Buna nə ad qoyaq? Biabırçılıq, məsuliyyətsizlik…” – Ekspertdən MİQ-lə bağlı DİM-in sisteminə ETİRAZ

admin 09.07.2026
670e3a01-f570-47bf-bb03-c67e59077936
  • CƏMİYYƏT

Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər

admin 09.07.2026

XƏBƏR LENTİ

Cəlilabadda icra başçısı ilə təhsil sektoru rəhbəri arasında qalmaqal? – İddiaların kökündə “bilet məsələsi” dayanır? 1783535337_whatsapp-mage-2026-07-08-at-20.36.08
  • CƏMİYYƏT
  • ÖLKƏ

Cəlilabadda icra başçısı ilə təhsil sektoru rəhbəri arasında qalmaqal? – İddiaların kökündə “bilet məsələsi” dayanır?

admin 09.07.2026
Cəlilabad rayonunda baş verən və redaksiyamıza daxil olan məlumatlar dövlət idarəçiliyində qərarların hansı prinsiplərlə verildiyi barədə ciddi...
DAVAMI Read more about Cəlilabadda icra başçısı ilə təhsil sektoru rəhbəri arasında qalmaqal? – İddiaların kökündə “bilet məsələsi” dayanır?
Bakı-Ələt yolunda qəza – VİDEO 1783583328_6163ac28-9522-4c82-9720-6dc948636364
  • HADİSƏ
  • VİDEO

Bakı-Ələt yolunda qəza – VİDEO

admin 09.07.2026
Bakı-Ələt magistralında yol-nəqliyyat hadisəsi baş verib. “Ateco” markalı yük avtomobili dəmir arakəsməni keçərək qarşı yoldakı “Mitsubishi” markalı...
DAVAMI Read more about Bakı-Ələt yolunda qəza – VİDEO
Yasamalda ikimərtəbəli ev yanıb – VİDEO 67
  • HADİSƏ
  • VİDEO

Yasamalda ikimərtəbəli ev yanıb – VİDEO

admin 09.07.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış evində...
DAVAMI Read more about Yasamalda ikimərtəbəli ev yanıb – VİDEO
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlanıldı whatsapp_image_2026-07-09_at_09.54.28
  • ARAŞDIRMA

Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlanıldı

admin 09.07.2026
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən...
DAVAMI Read more about Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlanıldı
Samuxdakı qəzada həlak olanların – Fotoları whatsapp_image_2026-07-09_at_12.21.21
  • HADİSƏ

Samuxdakı qəzada həlak olanların – Fotoları

admin 09.07.2026
Xəbər verdiyimiz kimi, Samuxda ağır yol qəzası zamanı üç nəfər həlak olub. “Qafqazinfo” xəbər verir ki, ölənlərdən ikisi...
DAVAMI Read more about Samuxdakı qəzada həlak olanların – Fotoları

Bütün yazılar

1783535337_whatsapp-mage-2026-07-08-at-20.36.08
  • CƏMİYYƏT
  • ÖLKƏ

Cəlilabadda icra başçısı ilə təhsil sektoru rəhbəri arasında qalmaqal? – İddiaların kökündə “bilet məsələsi” dayanır?

admin 09.07.2026
1783583328_6163ac28-9522-4c82-9720-6dc948636364
  • HADİSƏ
  • VİDEO

Bakı-Ələt yolunda qəza – VİDEO

admin 09.07.2026
67
  • HADİSƏ
  • VİDEO

Yasamalda ikimərtəbəli ev yanıb – VİDEO

admin 09.07.2026
whatsapp_image_2026-07-09_at_09.54.28
  • ARAŞDIRMA

Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlanıldı

admin 09.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.