“Sabah” Azərbaycanın UEFA reytinqindəki əmsalını artırıb.
Masazır təmsilçisinin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS klubunu məğlub etməsi səbəb olub.
“Sabah”ın qələbəsi ölkə reytinqinə 0,250 əmsal qazandırıb.
Hazırda Azərbaycan 18,812 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. 27-ci sırada 18,250 əmsalla Slovakiya, 25-ci yerdə isə 20,750 əmsalla İsrail yer alıb.
Qeyd edək ki, UEFA reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.
PAYLAŞIN:
