“Nə istəyirsinizsə yeyin, amma bir boşqab yox, nəlbəki boyda yeyin. Lap bir saatdan bir yeyin, ağzınız dayanmasın, amma az-az qida qəbul edin”.
Bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Xəzər axşamı” verilişində qonaq olarkən deyib. İllərdir artıq çəki ilə mübarizə aparan sənətçi arıqlamaq üçün hər yola əl atdığını etiraf edib:
“Mən vaxt var idi çox kök idim. Arıqlamaq üçün dərmanlar da içirdim. Yağı əritmək üçün iynə-elektrodlardan da (Miyostimulyasiya) istifadə etdim, daha proses qalmadı ki, keçməyim. Amma kömək etmədi. Yemək porsiyasını kiçiltdikdən sonra arıqladım”. (Axşam.az)
PAYLAŞIN:
