Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • COP29-un “iqlim və sülh bağlantısı” gündəliyi beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilib
  • İQTİSADİYYAT

COP29-un “iqlim və sülh bağlantısı” gündəliyi beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilib

admin 16.10.2024
ahH0hY69XIhn6xSJbJ2IbSsZf3UGv9Y0hh8CvePz_1200

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının mərkəzi qərargahında COP29 Sədrliyi və Federasiyanın birgə təşkilatçılığı ilə iqlim dəyişikliyi və qlobal sülh arasındakı qarşılıqlı əlaqəyə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Cenevrədə yerləşən BMT qurumlarının, beynəlxalq humanitar təşkilatların, eləcə də BMT üzv dövlətlərin daimi nümayəndəlikləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Caqan Çapagain Azərbaycana, iqlim dəyişikliyi və sülh arasında bağlantı mövzusuna diqqət çəkdiyinə görə təşəkkürünü bildirib və COP29 sədrliyimizin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.

COP29 Sədrliyinin baş müşaviri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan Sülh, Yardım və Bərpa günləri haqqında ətraflı məlumat verib. Natiq iqlim dəyişikliyi nəticəsində su çatışmazlığı, ərzaq təhlükəsizliyi, torpaq deqradasiyası və miqrasiyanın artan miqyasına diqqəti çəkərək, bu problemlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər yaratdığını bildirib.

“500 milyondan artıq əhalinin üzləşdiyi bu problemlərin həllinə iqlim maliyyəsinin cəmi 2 faizi xərclənir, bu da öz növbəsində onsuz da az inkişaf etmiş ölkələrin hələ uzun illər aclıq, münaqişə, xəstəliklərə düçar qalması üçün zəmin yaradır. İnkişaf etmiş ölkələri süni şəkildə siyasiləşdirilən məsələlər deyil, məhz bu kimi real fəlakətlər narahat etməli, bu istiqamətdə əməli addımlar şərtləndirilməlidir. COP29 sədri kimi Azərbaycan irəli sürdüyü təşəbbüslər vasitəsilə məhz bu yolda həqiqi sülhə xidmət etməkdə əzmlidir”, – deyə İsgəndərov vurğulayıb.

Tədbir zamanı COP29 Sədrliyinin təşəbbüsü olan İqlim və Sülh Fəaliyyəti üzrə Bakı Mərkəzinin konsepsiyası, həmçinin qeyd olunan sahədə əməli təklifləri özündə ehtiva edən İqlim üçün Bakı Sülh Çağırışının ilkin layihəsi tədbir iştirakçılarına təqdim edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Qalib İsrafilov Azərbaycanın COP29 Sədrliyinin fəaliyyət gündəliyi üzrə təşəbbüslərinin beynəlxalq sülhün gücləndirilməsinə xidmət edən amillərinə diqqət çəkib.

42 ölkə və 12 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi tədbir zamanı aparılan müzakirələrdə COP29 Sədrliyinin iqlim və sülh mövzusu üzrə təqdim etdiyi gündəlik yüksək qiymətləndirilib, nümayəndələrimiz tərəfindən tədbir iştirakçılarının çoxsaylı sualları ətraflı şəkildə cavablandırılıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: BTQ tanınmış afrikalı fəal Kemi Sebanın Fransada həbs olunmasını pisləyib
Next: Vətən müharibəsinin 20-ci günü – Üç kəndimiz işğaldan azad edilir

OXŞAR MÖVZULAR

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
media-InShot_20260716_100244406-kcrhit
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti artdı

admin 16.07.2026
1784094654_screenshot-2026-07-15-094843
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.