Skip to content
02.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycan təhsilində “heyvagülü” siyasəti – MALƏSƏF…
  • CƏMİYYƏT

Azərbaycan təhsilində “heyvagülü” siyasəti – MALƏSƏF…

admin 02.07.2026
1782924097_1
“Bu ifadənin mənası budur ki,   kim nə deyirsə desin, mən yenə də öz bildiyimi edəcəyəm.  Əslində bu, təkcə fərdi xarakterin  xüsusiyyəti deyil,  bu bəzən bütöv idarəetmə modeli  olur…”   
“Əgər bu suallar illərlə cavabsız qalırsa, problem fərdlərdə deyil, sistemdədir…”
“İnnovativ  təhsil sistemlərinin hamısında bir ümumi xüsusiyyət vardır.  Onlar tənqidi sevirlər. Çünki tənqid pulsuz konsaltinqdir.  Ən uğurlu universitetlər hər il minlərlə rəy toplayırlar…”
“Əgər təhsil sistemi tənqidi qəbul etmirsə, o zaman səhvlər gizlədilir.  Səhvlər gizlədildikdə isə inkişaf dayanır…”
“Rəqəmsal əsrdə təhsil idarəçiliyi inzibati göstərişlərə deyil, biliklərin kollektiv istehsalına əsaslanmalıdır…”
“Azərbaycanın xalq hikmətində “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam” ifadəsi inadkarlığın və dəyişməz davranışın obrazlı təsviridir. Lakin dövlət idarəçiliyində, xüsusilə, təhsil kimi gələcəyi müəyyən edən sahədə belə yanaşma inkişaf strategiyası ola bilməz…”      
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Azərbaycan təhsil idarəçiliyinin görünməyən böhranı” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Azərbaycan xalqının zəngin folklorunda bəzən bütöv bir sosial həqiqəti ifadə edən metaforalar görünür.  Onlardan biri də bu  ifadədir: “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam.”    Bu ifadənin mənası budur ki,   kim nə deyirsə desin, mən yenə də öz bildiyimi edəcəyəm.  Əslində bu, təkcə fərdi xarakterin  xüsusiyyəti deyil,  bu bəzən bütöv idarəetmə modeli  olur…
Bu gün Azərbaycan təhsil sisteminə diqqətlə  baxdıqda müəyyən sahələrdə məhz belə  idarəçilik fəlsəfəsinin formalaşdığını görürürk.  Bu məqalədə həmin yanaşmanı şərti olaraq “Təhsildə heyvagülü siyasəti” adlandırırıq.  Bu anlayış  təhsildəki   idarəetmə davranışının analitik modelidir.
“Heyvagülü siyasəti” nədir?..
Bu  təhsil siyasətinin  əsas xüsusiyyətləri belədir:
• ekspert rəyinin nəzərə alınmaması;
• elmi araşdırmaların qərarverməyə təsir etməməsi;
• tənqidlərin sistemli şəkildə görməzlikdən gəlinməsi;
• statistik göstəricilərin formal və saxta xarakter daşıması;
• beynəlxalq təcrübənin əməldə yox,  yalnız təqdimatlarda xatırlanması;
• problemlərin səbəblərinin deyil, nəticələrinin müzakirə olunması…
Başqa sözlə, qərar əvvəl qəbul edilir,  sonra isə həmin qərarı əsaslandıracaq arqumentlər axtarılır.  Halbuki  müasir dövlət idarəçiliyində proses bunun tam əksidir.  Əvvəl məlumat toplanır, sonra təhlil aparılır, daha sonra qərar qəbul edilir.
Təhsil menecmentində  ən təhlükəli  amil:  səbəbsiz yerə özünəinamın həddindən artıq olması…
Müasir idarəetmə nəzəriyyəsində “Dunning-Kruger effekti” adlanan maraqlı psixoloji hadisə mövcuddur.  Bu effekt göstərir ki,  ən az bilən insanlar çox vaxt özlərini ən çox bilən hesab edirlər.  Ən peşəkar insanlar isə daim öyrənməyə çalışırlar. Təhsil idarəçiliyində də bəzən oxşar vəziyyət müşahidə edilir.
İdarəçilərdən bəziləri hesab edirlər ki,  onların qərarları müzakirə olunmamalıdır. Təklif vermək tənqid kimi qəbul edilir.  Alternativ fikir isə sanki şəxsi hücum hesab olunur.  Belə olduqda idarəetmə inkişaf etmir. Sadəcə təkrarlanır…
Reallıqda  xeyli məqalələr yazılır, təkliflər verilir, amma “söz sahibi”  öz payini götürmür…
Son on ildə Azərbaycan təhsili haqqında yüzlərlə analitik məqalə dərc olunmuşdur.  Universitet professorları, təhsil ekspertləri, müəllimlər, işəgötürənlər, jurnalistlər, beynəlxalq təşkilatlar  eyni problemləri dəfələrlə göstərmişlər.  Məsələn,  kurikulum problemləri,  müəllim hazırlığındakı boşluqlar,  qiymətləndirmə mexanizmlərinin zəifliyi, universitetlərin əmək bazarından uzaqlaşması,  elmi fəaliyyətin formal xarakter daşıması, beynəlxalq akkreditasiyanın zəif inkişafı, rəqəmsallaşmanın konsepsiyasız həyata keçirilməsi.  Lakin illər keçir, problemlər isə demək olar ki, dəyişmir.  Bu, artıq təsadüf deyil.  Bu, idarəetmə modelidir. Ölkə prezidenti deyir ki, ictimai nəzarəti gücləndirin, bizə təkliflər verin, amma məmurlar başqa cür düşünür və işləyirlər…
Məktəb məzunları niyə proqramın yalnız az bir hissəsini mənimsəyirlər?..
Müxtəlif qiymətləndirmələr göstərir ki, məktəbdə öyrədilən proqramın əhəmiyyətli hissəsi şagird tərəfindən tam mənimsənilmir. DİM-in hesabatı göstərir ki, məzunlar proqramı 40 % həcmində mənimsəyirlər. Bu hal yalnız şagirdin və ya müəllimin fərdi səyləri ilə izah oluna bilməz. Problem daha dərin sistem amilləri ilə bağlıdır…
Əgər məzun yalnız proqramın təxminən 40 faizini effektiv şəkildə mənimsəyirsə, bu, ilk növbədə  proqramın həcminin  real imkanlara uyğunluğu,  öyrənmə  metodikasının  müasir idrak xüsusiyyətlərinə uyğunluğu,  qiymətləndirmə sistemi  öyrənməni təşviq edirmi,  yoxsa yalnız nəticəni ölçür,  müəllimlərin peşəkar inkişafı davamlı şəkildə dəstəklənirmi,  məktəblərdə məlumatın əzbərlənməsi, yoxsa bacarıqların formalaşdırılması prioritetdir  və s.  kimi   suallar yaradır.  Əgər bu suallar illərlə cavabsız qalırsa, problem fərdlərdə deyil, sistemdədir…
Universitet diplomunun dəyərini kim müəyyən edir?..
Ali təhsilin keyfiyyəti diplomun kağız üzərində mövcudluğu ilə deyil, onun məzununa qazandırdığı kompetensiyalarla ölçülür. Müasir qlobal əmək bazarında universitet diplomunun nüfuzu dörd əsas amildən asılıdır:  tədrisin keyfiyyəti,  elmi tədqiqat potensialı,  beynəlxalq əməkdaşlıq,  məzunların rəqabət qabiliyyəti…
Əgər universitet məzunu əmək bazarında üstünlük qazanmırsa, işəgötürənlər həmin diplomu yüksək dəyər kimi qəbul etmirlərsə və beynəlxalq akademik mühitdə universitetin elmi nüfuzu zəifdirsə, formal diplom iqtisadi və sosial kapitala çevrilə bilmir. Bu vəziyyət yalnız ayrı-ayrı ali məktəblərin deyil, bütövlükdə ali təhsil siyasətinin nəticəsidir…
İdarəetmədə ən böyük təhlükə — geribildirimdən qorxmaq…
İnnovativ  təhsil sistemlərinin hamısında bir ümumi xüsusiyyət vardır.  Onlar tənqidi sevirlər. Çünki tənqid pulsuz konsaltinqdir.  Ən uğurlu universitetlər hər il minlərlə rəy toplayırlar. Müəllimdən, tələbədən,  məzundan,  işəgötürəndən, valideyndən…  Onlar bu rəyləri təhlükə hesab etmirlər.  Bunu inkişaf resursu hesab edirlər. Əgər təhsil sistemi tənqidi qəbul etmirsə, o zaman səhvlər gizlədilir.  Səhvlər gizlədildikdə isə inkişaf dayanır…
Təhsil idarəçiliyi XXI əsrdə necə olmalıdır?..
Rəqəmsal əsrdə təhsil idarəçiliyi inzibati göstərişlərə deyil, biliklərin kollektiv istehsalına əsaslanmalıdır. Müasir menecer yalnız qərar qəbul edən şəxs deyil, həm də öyrənən liderdir. O, ekspert rəylərini toplayır, məlumatları təhlil edir, fərqli baxışları müqayisə edir və qərarlarını sübutlara əsaslandırır. Belə yanaşma “öyrənən təşkilat” modelinin əsasını təşkil edir. Burada rəhbər hər şeyi bildiyini iddia etmir,   əksinə, daha yaxşı qərarlar qəbul etmək üçün müxtəlif bilik mənbələrindən istifadə edir. Təhsil kimi mürəkkəb sistemdə bu xüsusiyyət zərurətdir…
Təhsildə  “heyvagülü siyasəti”nin uzunmüddətli nəticələri…
Əgər qərarvermə prosesi qapalı qalarsa və elmi əsaslandırılmış təkliflər sistemli şəkildə nəzərə alınmazsa, bir neçə strateji risk formalaşır:
• insan kapitalının keyfiyyətinin zəifləməsi;
• innovasiya potensialının aşağı düşməsi;
• universitetlərin beynəlxalq rəqabət qabiliyyətinin azalması;
• işəgötürənlərlə ali təhsil arasında uyğunsuzluğun dərinləşməsi;
• gənclərin xaricdə təhsilə və əmək bazarına yönəlməsinin artması;
• dövlətin təhsilə yatırdığı investisiyaların səmərəliliyinin azalması…
Bu nəticələr yalnız təhsil sektorunu deyil, bütövlükdə insan kapitalı,  iqtisadi inkişafı və milli rəqabət qabiliyyətini də zəiflədir.
“Heyvagülü siyasəti”ndən “Öyrənən təhsil idarəçiliyi” modelinə keçid…
Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifə yeni layihələr elan etməkdən daha çox, qərarvermə fəlsəfəsini dəyişməkdir. Bunun üçün aşağıdakı istiqamətlər prioritet olmalıdır:
1.Təhsil siyasətində sübuta əsaslanan qərarvermə mexanizmlərinin tətbiqi.
2.Müstəqil ekspert və akademik icmanın qərarların hazırlanmasına sistemli şəkildə cəlb olunması.
3.Təkliflərin və ictimai müzakirələrin nəticələrinin rəsmi şəkildə qiymətləndirilməsi.
4.Təhsil göstəricilərinin müntəzəm monitorinqi və açıq məlumat bazalarının yaradılması.
5.Pilot layihələrin nəticələri əsasında siyasətin korrektə edilməsi.
6.Uğursuz qərarların səbəblərinin etiraf edilməsi və institusional öyrənmə mexanizmlərinin formalaşdırılması.
Bu yanaşma idarəetməni şəxsi iradədən institusional rasionalizmə doğru yönəldir…
Azərbaycanın xalq hikmətində “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam” ifadəsi inadkarlığın və dəyişməz davranışın obrazlı təsviridir. Lakin dövlət idarəçiliyində, xüsusilə, təhsil kimi gələcəyi müəyyən edən sahədə belə yanaşma inkişaf strategiyası ola bilməz. Təhsil sistemi yalnız büdcə və ya normativ sənədlərlə deyil, öyrənmə qabiliyyəti ilə güclənir. İdarəetmə də eyni prinsiplə işləyir: dinləməyən sistem öyrənmir, öyrənməyən sistem isə inkişaf etmir…
Azərbaycan təhsilinin gələcəyi “Heyvagülü siyasəti”ndən imtina edib dialoq, elmi sübutlar, peşəkar ekspertiza və institusional öyrənmə mədəniyyətinə keçidindən asılıdır. Əsl innovasiya yeni terminlər yaratmaqda deyil, idarəetmənin özünü öyrənən və öz səhvlərindən nəticə çıxaran sistemə çevirməkdədir. Məhz belə olduqda təhsil yalnız diplom verən institut deyil, ölkənin intellektual, iqtisadi və mədəni inkişafını təmin edən strateji gücə çevrilə bilər…”

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

OXŞAR MÖVZULAR

8bb0677f-34cc-45ab-a704-bc1364a3be10
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rauf Umud – ömrünü işığa, sənətə və yaddaşa həsr edən fotoqraf

admin 02.07.2026
1782923446_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir – Fotolar

admin 02.07.2026
1782978931_fhn
  • CƏMİYYƏT
  • VİDEO

Nazirlikdən avtomobillərini nizamsız park edənlərə – Müraciət – Video

admin 02.07.2026

XƏBƏR LENTİ

Azərbaycan təhsilində “heyvagülü” siyasəti – MALƏSƏF… 1782924097_1
  • CƏMİYYƏT

Azərbaycan təhsilində “heyvagülü” siyasəti – MALƏSƏF…

admin 02.07.2026
“Bu ifadənin mənası budur ki,   kim nə deyirsə desin, mən yenə də öz bildiyimi edəcəyəm.  Əslində bu,...
DAVAMI Read more about Azərbaycan təhsilində “heyvagülü” siyasəti – MALƏSƏF…
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var 1782981239_screenshot-2026-07-02-123123
  • İQTİSADİYYAT

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

admin 02.07.2026
Hazırda Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var. Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və...
DAVAMI Read more about KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
İqbal Ağazadə Modern.az-a danışdı: Teleqramı mən işlətmirdim 1782928188_459539
  • ARAŞDIRMA

İqbal Ağazadə Modern.az-a danışdı: Teleqramı mən işlətmirdim

admin 02.07.2026
Ümid Partiyasının sədri İqbal Ağazadənin Teleqram hesabını ələ keçirən kiberdələduz siyasətçinin adından istifadə edərək onun telefon kontaktında...
DAVAMI Read more about İqbal Ağazadə Modern.az-a danışdı: Teleqramı mən işlətmirdim
Rauf Umud – ömrünü işığa, sənətə və yaddaşa həsr edən fotoqraf 8bb0677f-34cc-45ab-a704-bc1364a3be10
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rauf Umud – ömrünü işığa, sənətə və yaddaşa həsr edən fotoqraf

admin 02.07.2026
Azərbaycan fotoqrafiya sənətinin inkişafından danışarkən adı xüsusi ehtiramla çəkilən sənətkarlar var. Onlardan biri də Rauf Umud –...
DAVAMI Read more about Rauf Umud – ömrünü işığa, sənətə və yaddaşa həsr edən fotoqraf
“Azəriqaz”ın vergi borcu astronomik həddə çatdı: 7 milyon manatdan çox kəsir! 1782975226_2
  • İQTİSADİYYAT

“Azəriqaz”ın vergi borcu astronomik həddə çatdı: 7 milyon manatdan çox kəsir!

admin 02.07.2026
“Azəriqaz” İstehsalat Birliyinin dövlət büdcəsinə borcu rekord həddə çatıb. 32gun.az-ın əldə etdiyi son məlumatlara görə, ölkənin qaz...
DAVAMI Read more about “Azəriqaz”ın vergi borcu astronomik həddə çatdı: 7 milyon manatdan çox kəsir!

Bütün yazılar

1782924097_1
  • CƏMİYYƏT

Azərbaycan təhsilində “heyvagülü” siyasəti – MALƏSƏF…

admin 02.07.2026
1782981239_screenshot-2026-07-02-123123
  • İQTİSADİYYAT

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

admin 02.07.2026
1782928188_459539
  • ARAŞDIRMA

İqbal Ağazadə Modern.az-a danışdı: Teleqramı mən işlətmirdim

admin 02.07.2026
8bb0677f-34cc-45ab-a704-bc1364a3be10
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rauf Umud – ömrünü işığa, sənətə və yaddaşa həsr edən fotoqraf

admin 02.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.