Skip to content
24.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ölkənin ən fərsiz qurumu – “Azərsu” Bakını Kərbəlaya çevirib
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ölkənin ən fərsiz qurumu – “Azərsu” Bakını Kərbəlaya çevirib

admin 24.06.2026
1782241121_1

Son bir neçə ilin hər yayı Bakıda əhaliyə Kərbəla müsibəti yaşadılır. Bu il də yenə Məhərrəm ayında paytaxtın bir sıra əraziləri günlərdir susuz qalıb. Suya tələbatın ən çox olduğu mövsümdə Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyi texniki işlər gördüyünü deyərək şəhəri səhraya çevirib. Hazırda Suraxanı, Sabunçu, Xətai, Nizami, Binəqədi, Yasamal, Nəsimi rayonları gün ərzində 2-4 saat su ilə təmin olunur.

Anaxeber.info.az bildirir ki, ADSEA rəsmi açıqlamasında bu ərazilərdə suyun fasilələrlə verildiyini gizlətməyib və texniki işlərin başa çatmaq üzrə olduğunu bildirib. Qurum belə izah etməyə çalışır ki, mövsüm dəyişikliyidir və texniki təmir işləri görülür. Amma bu nə sirri-xudadırsa, hər yay “mövsüm dəyişikliyi” baş verir və paytaxtın ən azı yarısı susuz qalır. Yəni bu texniki işləri qışda, payızda görmək olmur, yalnız yayda yada düşür. Ona görə də ADSEA tərəfindən verilən izaha cəmiyyət inanmır və bəhanə kimi yanaşır. Çünki niyə hər il məhz yayda bu problem yaşanmalıdır? Vətəndaşlar ucqar dağ kəndlərində olduğu kimi, suları qablara yığmaq məcburiyyətində qalırlar. Sanki orta əsrlər dönəmidir. Üstəlik, hər yay bu məşəqqət yaşadılır. Amma Bakının milyonçular məhəllələri, “Sea Breeze” və başqa layihələrin icra, olunduğu ərazilərdə belə problem nədənsə olmur. Hazırda Yeni Günəşli, Bakıxanov və digər ərazilərdə yaşayan sakinlər gün ərzində 2-3 saat su ilə təmin olunur. Ümumiyyətlə, bu problem ADSEA yaradılandan sonra başlayıb. Bundan əvvəlki yay mövsümlərində gah qəza baş verdiyi deyildi, gah suya tələbatın artdığı bildirildi, gah müxtəlif bəhanələr gətirildi. Ancaq vətəndaşları fikirləşən yoxdur. Axı yay dövründə su ehtiyacı daha çox olur. Bunu agentlik rəhbərliyi hesablaya bilmir? Necə olur ki, payız və ya yaz mövsümü dəyişəndə su kəsilmir, hər yay texniki iş adı ilə günlərlə su verilmir? Texniki iş bir dəfə görülür və uzun illər su təminatı olur. Ancaq ADSEA hər il “texniki iş” görür. Hətta hər hansı ərazidə təmir işləri həyata keçirilsə belə, Bakının yarısının gün ərzində susuz qalması ilə nəticələnməməlidir. Cəmi 2-3 saat su vermək isə camaatı ələ salmaqdır. Ümumiyyətlə, bu qurumun bərbad fəaliyyəti özünü hərtərəfli göstərir. Məsələn, yağış yağır, ADSEA-nın yarıtmaz fəaliyyəti ortaya çıxır: məlum olur ki, ayrılan pullarla heç bir iş görülməyib, nəticədə şəhəri yağış suları basıb. Və yaxud “Azərsu” şəhərin hər hansı yerini qazır, orada iş görür, sonra asfaltı bərpa etmir və atıb gedir. Bakıda onlarla belə yer var. İndi də su problemi şəhərdə böyük narazılıq doğurub. Sosial şəbəkələrdə vətəndaşlar özləri video yayır və məlum olur ki, sözün əsl mənasında Kərbəla müsibətidir. Heç nə yox, elə bu yaz Bakıya yağan yağış sularını bir yerə toplamaqla şəhərin problemini həll etmək olardı. Amma bunu da bacarmırlar. Halbuki dünya təcrübəsində var. Sadəcə, bacardıqları qohum-əqrəbaya, qudalara vəzifə paylamaq, tender yolu ilə maxinasiyalar etmək və vətəndaşı saymamaq…
Bununla yanaşı, Bakı və Abşeron ətrafında mövcud olan göllərin potensialından da istifadə etmək olar. Məsələn, Xocəsən gölü gələcəkdə su anbarı funksiyasını yerinə yetirə bilər. Bunun üçün ilk növbədə gölə axıdılan çirkab sularının qarşısı alınmalı, göl sağlamlaşdırılmalı və ekoloji vəziyyəti bərpa edilməlidir. Bundan sonra həmin su ehtiyatından müəyyən məqsədlərlə istifadə etmək mümkündür.
Məsələn, Mingəçevir su anbarından müəyyən həcmdə suyun bu xəttə yönləndirilməsi variantı nəzərdən keçirilə bilər. Hətta alternativ olaraq Gürcüstan ərazisindən axan Kür və Alazan (Qanıx) çaylarının su ehtiyatlarından istifadə imkanları da araşdırıla bilər. Alazan çayının sularının Oğuz–Qəbələ xəttinə inteqrasiyası gələcəkdə əlavə mənbə rolunu oynaya bilər. Amma bu variantların heç biri ADSEA üçün çıxış yolu deyil, ən yaxşısı camaatı günlərlə susuz qoymaqdır…

Anaxeber.info.az
Azər Talıbov

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? – TƏBİB ARAŞDIRIR
Next: Lənkəran xəstəxanasının 52 minlik siyahısı: Tibb müəssisəsinə qaynaq aparatı və şlaqbaum…

OXŞAR MÖVZULAR

1782289036_screenshot-2026-06-24-121317
  • CƏMİYYƏT
  • ÖLKƏ

DÖVLƏTİN DƏSTƏYİ… yeyinti ünvanına çevrilib… – BU DA FAKT…

admin 24.06.2026
media-mek-aisy0w
  • CƏMİYYƏT

251 nömrəli məktəbdə “SON ZƏNG” adı ilə 100 min pul toplanıb?

admin 24.06.2026
1782286571_screenshot-2026-06-24-113554
  • CƏMİYYƏT

“Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb” – İLGİNC İDDİA

admin 24.06.2026

XƏBƏR LENTİ

DÖVLƏTİN DƏSTƏYİ… yeyinti ünvanına çevrilib… – BU DA FAKT… 1782289036_screenshot-2026-06-24-121317
  • CƏMİYYƏT
  • ÖLKƏ

DÖVLƏTİN DƏSTƏYİ… yeyinti ünvanına çevrilib… – BU DA FAKT…

admin 24.06.2026
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövləti aldadır, yoxsa burada başqa maraqlar var? Yenixeberorg.com: Bu suala cavab tapmaq üçün...
DAVAMI Read more about DÖVLƏTİN DƏSTƏYİ… yeyinti ünvanına çevrilib… – BU DA FAKT…
251 nömrəli məktəbdə “SON ZƏNG” adı ilə 100 min pul toplanıb? media-mek-aisy0w
  • CƏMİYYƏT

251 nömrəli məktəbdə “SON ZƏNG” adı ilə 100 min pul toplanıb?

admin 24.06.2026
Bakının Nizami rayonu ərazisində yerləşən 251 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbiri ilə bağlı ciddi iddialar...
DAVAMI Read more about 251 nömrəli məktəbdə “SON ZƏNG” adı ilə 100 min pul toplanıb?
“Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb” – İLGİNC İDDİA 1782286571_screenshot-2026-06-24-113554
  • CƏMİYYƏT

“Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb” – İLGİNC İDDİA

admin 24.06.2026
AZAL-ın Naxçıvan bölməsində davam edən araşdırmaların daha 25 milyon manatlıq yeyintini üzə çıxardığı bildirilir. Bu işdə şirkət...
DAVAMI Read more about “Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb” – İLGİNC İDDİA
“Arzum” ləqəbli tiktokerin cinayət işinin bəzi detalları məlum olub – Hadisə yerindən qaçıb? media-IMG_8054-zaw376-960x640
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin cinayət işinin bəzi detalları məlum olub – Hadisə yerindən qaçıb?

admin 24.06.2026
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət...
DAVAMI Read more about “Arzum” ləqəbli tiktokerin cinayət işinin bəzi detalları məlum olub – Hadisə yerindən qaçıb?
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı dbce96d4-ac42-492b-aeb6-087e56a56154
  • ARAŞDIRMA

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

admin 24.06.2026
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmaqda şübhəli...
DAVAMI Read more about Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Bütün yazılar

1782289036_screenshot-2026-06-24-121317
  • CƏMİYYƏT
  • ÖLKƏ

DÖVLƏTİN DƏSTƏYİ… yeyinti ünvanına çevrilib… – BU DA FAKT…

admin 24.06.2026
media-mek-aisy0w
  • CƏMİYYƏT

251 nömrəli məktəbdə “SON ZƏNG” adı ilə 100 min pul toplanıb?

admin 24.06.2026
1782286571_screenshot-2026-06-24-113554
  • CƏMİYYƏT

“Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb” – İLGİNC İDDİA

admin 24.06.2026
media-IMG_8054-zaw376-960x640
  • ARAŞDIRMA

“Arzum” ləqəbli tiktokerin cinayət işinin bəzi detalları məlum olub – Hadisə yerindən qaçıb?

admin 24.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.