Skip to content
23.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Vətəndaşın pulunu mənimsəyib “şirin yuxuya” gedən Hacı Ənvər: Sədərək Yusifin qardaşı kimi arxalanır, yoxsa qanunları heçə sayır?
  • CƏMİYYƏT
  • ÖLKƏ

Vətəndaşın pulunu mənimsəyib “şirin yuxuya” gedən Hacı Ənvər: Sədərək Yusifin qardaşı kimi arxalanır, yoxsa qanunları heçə sayır?

admin 23.06.2026
Screenshot

Screenshot

Naxçıvan sakinlərindən redaksiyamıza olduqca ciddi, narahatlıq və hiddət dolu şikayətlər daxil olub.
Şikayətin sədası bu dəfə paytaxtda və bölgələrdə tikinti maxinasiyaları ilə ad çıxarmış, ictimaiyyətdə “Sədərək Yusif” kimi tanınan şəxsin qardaşı – Hacı Ənvərdən gəlir.
Məsələ konkret və acınacaqlıdır: Vətəndaşlar illərlə zəhmət çəkib topladıqları, bəlkə də son qəpiklərinə qədər Hacı Ənvərin tikdiyi binadan mənzil almaq üçün nağd şəkildə onun cibinə köçürüblər.
Amma ortada nə mənzil var, nə də geri qaytarılan pullar! Sakinlər ortalıqda qalıb, pullar mənimsənilib, vətəndaşın halal haqqı isə Hacı Ənvərin biznes imperiyasının növbəti qurbanına çevrilib.
Məsələyə aydınlıq gətirmək, qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə redaksiya olaraq Hacı Ənvərlə əlaqə saxlamağa çalışdıq.
Lakin qarşılaşdığımız mənzərə sadəcə rüsvayçılıqdır. Telefonu qaldıran sürücüsü böyük bir arxayınlıqla bəyan etdi ki: “Ənvər bəy yatıb”.
Maraqlıdır, bu zəngin üzərindən tam 4 gün keçib, amma Hacı Ənvər hələ də “yuxudan oyanmayıb”. Cənab Ənvər, bu nəyin rahatlığıdır?
Millətin qan pulunu, ev pulunu alıb talamağın verdiyi arxayınçılıq yuxusudurmu bu? Siz yüzlərlə insanı evsiz-eşiksiz, pulsuz qoyub necə belə rahat yata bilirsiniz?
> Sizin o quş tükü balışda yatdığınız rahat yuxunuz var ha…
Bax o yuxunu hər gün gözünə dik dik batan, kirayələrdə sürünən, pulunu sizə etibar edib bu gün çörək puluna möhtac qalan o çarəsiz sakinlər də yatmaq istəyir!
Əgər evlərini tikib təhvil vermirsinizsə, heç olmasa vətəndaşların pulunu qəpiyinə qədər geri qaytarın! İnsanların boğazından kəsib sizə verdiyi vəsaitlərlə özünüzə lüks həyat qurub, üstəlik sürücünüz vasitəsilə mətbuata və xalqa lağ etmək hansı mənəviyyata sığır?
Bu, Birbaşa Dövlətə və Prezidentə Qarşı Təxribatdır!
Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş məmnunluğu, sosial ədalət və korrupsiyaya qarşı amansız mübarizə dövlət siyasətinin ən ali xəttidir.
Ölkə başçısı hər çıxışında məmurlara və iş adamlarına vətəndaşı incitməməyi, onların hüquqlarına hörmətlə yanaşmağı tapşırır.
Bəs Hacı Ənvər və onun kimilər nə edir?
Sizin bu əməlləriniz, vətəndaşı açıq-aşkar intihar həddinə çatdırmağınız, pullarını mənimsəyib qapılarda qoymağınız sadəcə bir sosial problem deyil.
Bu, birbaşa vətəndaşları dövlətdən narazı salmaq, onları cənab Prezidentin apardığı uğurlu siyasətə qarşı qaldırmaq cəhdidir!Belə anlaşılır ki, siz öz şəxsi maraqlarınızı və cibinizi doldurmaq naminə ölkədəki sabitliyi və vətəndaş-dövlət güvənini sarsıtmaqdan belə çəkinmirsiniz.
Qardaşınızın və ya arxalandığınız hansısa qüvvələrin adından istifadə edərək qanunlardan üstün olduğunuzu düşünürsünüzsə, bərk yanılırsınız.
Yaradanın adını daşıyıb “Hacı” titulu gəzdirmək təkcə müqəddəs yerləri ziyarət etməklə bitmir, Hacı Ənvər! İslamın da, insanlığın da ilk şərti qul haqqını yeməməkdir. Yüzlərlə ailənin ah-naləsi üzərində qurulan biznesin sonu fəlakətdir.
Biz media qurumu olaraq bu mövzunu diqqətdə saxlayacağıq. Aidiyyəti hüquq-mühafizə orqanlarını, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsini Naxçıvan sakinlərinin bu fəryadını eşitməyə və Hacı Ənvərin bu qanunsuz əməllərinə hüquqi qiymət verməyə çağırırıq.
Oyanın, Ənvər bəy, oyanın! Çünki qanunun və dövlətin şilləsi elə dəyəcək ki, o yuxudan birdəfəlik diksinərək ayılmalı olacaqsınız! Vətəndaşların Pullarını qaytarın!
Sima Babayeva
TEREF

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir
Next: “Badam Medical Center”in direktoru Fuad Məmmədov vəzifəsindən ayrılıb

OXŞAR MÖVZULAR

1556574
  • CƏMİYYƏT

Nazir rəisi işdən çıxardı – FOTO

admin 23.06.2026
media-vt-ljp97n
  • CƏMİYYƏT

“WhatsApp”da növbəti yenilik

admin 23.06.2026
1782201505_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Badam Medical Center”in direktoru Fuad Məmmədov vəzifəsindən ayrılıb

admin 23.06.2026

XƏBƏR LENTİ

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu whatsapp_image_2026-06-23_at_10.10.27
  • ARAŞDIRMA

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

admin 23.06.2026
Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha...
DAVAMI Read more about Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu
Nazir rəisi işdən çıxardı – FOTO 1556574
  • CƏMİYYƏT

Nazir rəisi işdən çıxardı – FOTO

admin 23.06.2026
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov...
DAVAMI Read more about Nazir rəisi işdən çıxardı – FOTO
Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar 1782204906486441747
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

admin 23.06.2026
İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış...
DAVAMI Read more about Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar 17822066052814946050
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

admin 23.06.2026
İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə...
DAVAMI Read more about Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
“WhatsApp”da növbəti yenilik media-vt-ljp97n
  • CƏMİYYƏT

“WhatsApp”da növbəti yenilik

admin 23.06.2026
2026-cı il iyunun 22-də “Meta Platforms” şirkəti Hindistanın “CRED fintech” startapının təsisçisi Kunal Şahın “WhatsApp”ın qlobal rəhbəri...
DAVAMI Read more about “WhatsApp”da növbəti yenilik

Bütün yazılar

whatsapp_image_2026-06-23_at_10.10.27
  • ARAŞDIRMA

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

admin 23.06.2026
1556574
  • CƏMİYYƏT

Nazir rəisi işdən çıxardı – FOTO

admin 23.06.2026
1782204906486441747
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

admin 23.06.2026
17822066052814946050
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

admin 23.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.