Skip to content
23.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Dərsə gəlməyən şagirdlərə qiymət yazılıb – 181 nömrəli tam orta məktəbdə
  • CƏMİYYƏT
  • ÖLKƏ

Dərsə gəlməyən şagirdlərə qiymət yazılıb – 181 nömrəli tam orta məktəbdə

admin 23.06.2026
1782196024_screenshot-2026-06-23-102512

Bakının Xəzər rayonunda yerləşən 181 nömrəli tam orta məktəbdə dərsə gəlməyən şagirdlərə qiymət yazıldığı, sinifdə qalanların isə rəsmi sənədlərində dəyişiklik edildiyi iddia olunur.
Bizimesr.com bildirir ki, məktəbin əməkdaşı bildirib ki, bəzi şagirdlər il ərzində dərslərdə iştirak etməsələr də, ilin sonunda direktor Təhmasib Məmiyevin tapşırığı ilə onlara qiymət yazılır:
“Bəzi uşaqlar var ki, müəllim onları ilboyu dərsdə görmür. Amma ilin sonunda həmin uşaqlara qiymət yazılır, sanki möcüzə baş verir. Direktor müəllimlərə tapşırır ki, filankəsə qiymət yazın. O uşaqlardan biri mənim oğlumla eyni sinifdə oxuyur. Oğlum gəlib mənə deyir ki, ana, bu necə olur, həmin uşaq dərsə gəlmədiyi halda qiymət alır? Mən də uşağa deyirəm ki, fikir vermə, sən öz dərsinlə məşğul ol”.
Məktəb əməkdaşının sözlərinə görə, ötən tədris ilində iki şagird rəsmi olaraq sinifdə qalsa da, sonradan jurnallarda və sənədlərdə düzəliş aparılıb: “Həmin uşaqlar 10-cu sinifdə rəsmi olaraq qalmışdılar. Qaydaya uyğun olaraq polis bölməsinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsində işləyən Nərminə Hüseynovaya rəsmi məktub göndərilmişdi ki, uşaqlar axtarışa verilsin, çünki onlar sinifdə qalıblar.
Valideynlərə də yazılı müraciət olunmuşdu. Bu sənədlərin surəti və orijinallarının fotoları məndə var. Keçən ilə qədər kağız jurnallar idi. Jurnalda həmin uşaqlara qayıb yazılıb, sinifdə qaldıqları qeyd olunub. Sonradan isə jurnalda pozuntular edildi. Mən həmin səhifələrin də fotolarını çəkmişəm. Sıradan bir adam belə şəkli böyüdüb baxsa, jurnalda düzəlişlərin olduğunu görə bilər. Sonra həmin uşaqlar sentyabrda birtəhər 11-ci sinfə keçirildilər, indi də məktəbi bitirirlər”.
Mənbə deyir ki, əvvəllər də bu məsələni qaldırmaq istəyənlər olub. Lakin onun iddiasına görə, direktor əməkdaşları hədələyərək məsələnin ictimailəşməsinə imkan verməyib: “Direktor deyirdi ki, əmək kitabçanıza elə şey yazaram, heç yerdə iş tapa bilməzsiniz”. /Meydan/

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Next: Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir

OXŞAR MÖVZULAR

1556574
  • CƏMİYYƏT

Nazir rəisi işdən çıxardı – FOTO

admin 23.06.2026
media-vt-ljp97n
  • CƏMİYYƏT

“WhatsApp”da növbəti yenilik

admin 23.06.2026
1782201505_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Badam Medical Center”in direktoru Fuad Məmmədov vəzifəsindən ayrılıb

admin 23.06.2026

XƏBƏR LENTİ

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu whatsapp_image_2026-06-23_at_10.10.27
  • ARAŞDIRMA

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

admin 23.06.2026
Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha...
DAVAMI Read more about Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu
Nazir rəisi işdən çıxardı – FOTO 1556574
  • CƏMİYYƏT

Nazir rəisi işdən çıxardı – FOTO

admin 23.06.2026
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov...
DAVAMI Read more about Nazir rəisi işdən çıxardı – FOTO
Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar 1782204906486441747
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

admin 23.06.2026
İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış...
DAVAMI Read more about Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar 17822066052814946050
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

admin 23.06.2026
İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə...
DAVAMI Read more about Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
“WhatsApp”da növbəti yenilik media-vt-ljp97n
  • CƏMİYYƏT

“WhatsApp”da növbəti yenilik

admin 23.06.2026
2026-cı il iyunun 22-də “Meta Platforms” şirkəti Hindistanın “CRED fintech” startapının təsisçisi Kunal Şahın “WhatsApp”ın qlobal rəhbəri...
DAVAMI Read more about “WhatsApp”da növbəti yenilik

Bütün yazılar

whatsapp_image_2026-06-23_at_10.10.27
  • ARAŞDIRMA

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

admin 23.06.2026
1556574
  • CƏMİYYƏT

Nazir rəisi işdən çıxardı – FOTO

admin 23.06.2026
1782204906486441747
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

admin 23.06.2026
17822066052814946050
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

admin 23.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.