Skip to content
23.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 75 yaşlı nənəni avtobus deyil, AYNA rəhbərinin naşı idarəçiliyi öldürdü… – Böyük yalanlar…
  • CƏMİYYƏT
  • ÖLKƏ

75 yaşlı nənəni avtobus deyil, AYNA rəhbərinin naşı idarəçiliyi öldürdü… – Böyük yalanlar…

admin 23.06.2026
1782151495_1
Ötən həftə sonu Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda baş vermiş və 75 yaşlı qadının ölümü ilə nəticələnən avtobus qəzası təkcə bir yol-nəqliyyat hadisəsi deyil. Hadisənin detalları, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamaları və marşrutların fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar bir sıra ciddi suallar yaradır.

Bizimesr.com bildirir ki, iyunun 20-də baş vermiş hadisə zamanı 214 nömrəli marşrut xətti üzrə hərəkət edən, “Ayşən LTD” MMC-nin (?) guya müvəqqəti istismarında olan avtobus 214A marşrutundan düşən sərnişini vuraraq ölümünə səbəb olub.

Hadisənin videogörüntüləri göstərir ki, yaşlı qadın 214 A saylı avtobusdan düşdükdən sonra arxadan gələn 214 saylı avtobusun altında qalır. Daha sonra nəqliyyat vasitəsi onun üzərindən keçib gedir.

Bu hadisə haqqında heç nə demirm? Eyni istiqamətdə hərəkət edən avtobuslar niyə eyni vaxtda dayanacaqda olublar?

Qəzanın ən diqqətçəkən məqamlarından biri hadisə zamanı 214 və 214A nömrəli marşrutların eyni anda dayanacaqda olmasıdır.

Qısa xatırtlatma… AYNA-nın fevral ayında yaydığı rəsmi məlumata görə, 214A marşrutu sərnişin tələbatı nəzərə alınaraq xəttə buraxılıb və avtobusların hərəkət intervalı 13-15 dəqiqə müəyyənləşdirilib.

Əgər marşrutlar müəyyən edilmiş intervalla fəaliyyət göstərirdisə, o zaman aşağıdakı suallara AYNA rəhbərliyi cavab verməlidir. Eyni istiqamətdə hərəkət edən 214 və 214A avtobusları necə olub ki, eyni vaxtda eyni dayanacağa gəlib çatıb? Daşıyıcı şirkətlər arasında interval nəzarəti necə həyata keçirilir? Sürücülər sərnişin uğrunda bir-birilərinin intervalına müdaxilə ediblər və hadisə də məhz bu səbəbdən baş verib?

Məlumata görə, sürücüləri arasında “dayanacağa birinci çatmaq” uğrunda rəqabətin mövcuddur və bu da hadisəni qaçılmaz edib.

AYNA-nın açıqlamalarında böyük ziddiyyət… Diqqət etməli daha bir məqam!

Qəza ilə bağlı yayılmış açıqlamada AYNA bildirir: “Sözügedən marşrutda mütəmadi olaraq sərnişindaşıma norma və qaydalarının pozulması halları baş verdiyindən marşrut xətti müsabiqəyə çıxarılmışdır. Artıq AYNA tərəfindən keçirilən müsabiqə nəticəsində 214 və 214A nömrəli marşrutlar üzrə yeni daşıyıcı müəyyən edilib. Yaxın günlərdə yeni daşıyıcı xətlərin istismarını həyata keçirəcək”.

Bu açıqlama tamamilə yalan və AYNA-nın bütün cəmiyyəti aldatmasına hesablanmış addımı deyilmi?

Çünki AYNA-nın 17 iyun 2026-cı il tarixli rəsmi məlumatında artıq 214 və 214A marşrutları üzrə müsabiqənin başa çatdığı və qalib daşıyıcının müəyyənləşdirildiyi elan olunub.

AYNA-nın rəsmi saytında qalib marşrutlar… https://ayna.gov.az/az/news/daha-bir-nece-istiqamet-uzre-kecirilen-musabiqelerin-qalibleri-mueyyen-edilib-1136

“Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivi ilə əlaqələndirən 214 nömrəli və Ramana qəsəbəsinin Fərrux Qayıbov küçəsini “Koroğlu” NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə hüquqi şəxs “Çinar-Trans” MMC;”

Belə olan halda başqa suala nə ehtiyac var? AYNA-nın 2 gün əvvəl qalib elan etdiyi “Çinar-Trans” MMC-nin avtobusu 75 yaşlı günahsız nənəni elə dayanacaqda vurub öldürür. O nənəni avtobus öldürmədi, AYNA rəhbəri Anar Rzayevin naşı idarəçiliyi öldürdü… Üstəlik AYNA rəhbərliyi bu qəzanı ört-basdır etməyə çalışması isə biabrıçılıqdan başqa bir şey deyil…

Əgər müsabiqə artıq yekunlaşıb və qalib elan edilibsə, qəza baş verdikdən sonra niyə “yaxın günlərdə yeni daşıyıcının fəaliyyətə başlayacağı” vurğulanır?

Bu, əvvəlcədən məlum olan qərarın yenidən təqdim edilməsi və özünümüdafiə cəhdidir.

Fevralda problem bilinirdisə, niyə qarşısı alınmayıb?

AYNA-nın öz açıqlamalarından görünür ki, qurum fevral ayında bu istiqamətdə sərnişin tələbatını araşdırıb və nəticədə əlavə 214A marşrutunu istifadəyə verib. Deməli, marşrutun fəaliyyəti, narazılıq, sərnişin axını və əməliyyat vəziyyəti AYNA-nın nəzarətində olub. Digər tərəfdən isə AYNA bildirir ki, marşrutda “mütəmadi olaraq norma və qaydaların pozulması halları” qeydə alınıb. Əgər bu pozuntular mütəmadi xarakter daşıyırdısa, nədən yenə 214 saylı xətt eyni şirkətə verilib?
AYNA rəhbəri Anar Rzayevin fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır, əks halda belə hadisələrin daha çox şahidi olacağıq.

Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Next: Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu

OXŞAR MÖVZULAR

1556574
  • CƏMİYYƏT

Nazir rəisi işdən çıxardı – FOTO

admin 23.06.2026
media-vt-ljp97n
  • CƏMİYYƏT

“WhatsApp”da növbəti yenilik

admin 23.06.2026
1782201505_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Badam Medical Center”in direktoru Fuad Məmmədov vəzifəsindən ayrılıb

admin 23.06.2026

XƏBƏR LENTİ

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu whatsapp_image_2026-06-23_at_10.10.27
  • ARAŞDIRMA

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

admin 23.06.2026
Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha...
DAVAMI Read more about Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu
Nazir rəisi işdən çıxardı – FOTO 1556574
  • CƏMİYYƏT

Nazir rəisi işdən çıxardı – FOTO

admin 23.06.2026
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov...
DAVAMI Read more about Nazir rəisi işdən çıxardı – FOTO
Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar 1782204906486441747
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

admin 23.06.2026
İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış...
DAVAMI Read more about Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar 17822066052814946050
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

admin 23.06.2026
İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə...
DAVAMI Read more about Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
“WhatsApp”da növbəti yenilik media-vt-ljp97n
  • CƏMİYYƏT

“WhatsApp”da növbəti yenilik

admin 23.06.2026
2026-cı il iyunun 22-də “Meta Platforms” şirkəti Hindistanın “CRED fintech” startapının təsisçisi Kunal Şahın “WhatsApp”ın qlobal rəhbəri...
DAVAMI Read more about “WhatsApp”da növbəti yenilik

Bütün yazılar

whatsapp_image_2026-06-23_at_10.10.27
  • ARAŞDIRMA

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

admin 23.06.2026
1556574
  • CƏMİYYƏT

Nazir rəisi işdən çıxardı – FOTO

admin 23.06.2026
1782204906486441747
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

admin 23.06.2026
17822066052814946050
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

admin 23.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.