Skip to content
23.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar

admin 23.06.2026
1782152009_1
Peşə Təhsili Agentliyi ilə bağlı redaksiyaya daxil olan məlumatlar səngimək bilmir. Dövlətin son illərdə böyük maliyyə dəstəyi ayırdığı, müasir infrastrukturun yaradıldığı və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının prioritet elan edildiyi peşə təhsili sistemində ciddi problemlərin və narazılıqların davam etdiyi bildirilir.

Bizimesr.com-a daxil olan məlumatlar göstərir ki, sistem daxilində kadr siyasəti, ştat bölgüsü, işə qəbul prosedurları və idarəetmə ilə bağlı uzun illərdir həllini tapmayan problemlər yeni rəhbərliyin – Direktor İlqar Bayramlının zamanında da mövcuddur.

Qəribə odur ki, bu problemlərlə bağlı çoxsaylı müraciətlərə, narazılıqlara baxmayaraq, aidiyyəti qurum hər hansı ciddi addımlar atmaqda tələsmir və prosesi elə olduğu kimi saxlamaqda maraqlı görünür.

Boş ştatlar niyə illərlə saxlanılır?

Daxil olan məlumata görə, uzun illərdir Peşə Mərkəzlərində və müəssisələrdə boş ştat yerləri saxlanılır. Hər il böyük pullar xərclənərək keçirilən imtahanlardan sonra qabarıq şəkildə özünü göstərən yerləşdirmə ilə bağlı narazılıqlar heç bir nəticə vermir və eyni vəziyyətin bu il də davam edəcəyi gözlənilir.

Peşə mərkəzlərində, rayon və şəhər peşə təhsili müəssisələrində onlarla boş ştat yerləri olmasına baxmayaraq, direktorlara bu ştatları açmağa bu il də icazə verilməyəcəyi deyilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan Resursları və Hüquq Sektoruna göndərilən müraciətlərə cavab verilmir və bu ştatların hansı məqsədlə saxlanıldığı ilə bağlı suallar illərdir cavabsız qalır.

Bu gün ali təhsilli, bacarıqlı insanların iş axtardığı bir zamanda bu qədər boş ştat yerlərinin İnsan Resursları və Hüquq Sektoru tərəfindən hansı məqsədlə sıxılıb saxlanıldığı çoxlarına bəlli deyil. Əvəzində isə peşə təhsil müəssisələri müəllim və istehsalat təlimi ustalarına ehtiyac duyduqları halda, boş ştat yerlərinin açılmaması həm tədris prosesinə, həm də iş axtaran şəxslərin məşğulluq imkanlarına birbaşa təsir göstərir.

Əslində bu prosesin başqa səbəblərinin olduğu iddia olunur.

Bildirilir ki, Agentlik ilə geniş (?) əlaqələri olan, oradakı rəhbər şəxslərlə, eyni zamanda İnsan Resursları və Hüquq Sektoru müdiri Murad Məmmədovla, şöbə müdirləri və müavinlərlə (?) yaxın olan bəzi direktorlar bu vəziyyətdən yararlana bilir. Bu barədə növbəti yazılarda ətraflı məlumat verəcəyik.

İmtahanlardan keçənlər niyə kənarda qalır?

Bildiyimiz kimi, hər il peşə məktəblərinə müəllim və usta imtahanları təşkil edilir. Hər dəfə böyük narazılıqla yadda qalan bu imtahanlardan sonra müqavilə ilə, yəni imtahanda iştirak etməyən, bal toplamayan, müsabiqədən keçməyən şəxslərin 1 illik müqavilə ilə işə qəbul edilməsi halları hər il artır. İmtahandan keçən şəxslərin əksəriyyəti isə müxtəlif səbəbli və ya səbəbsiz kənarda saxlanılır və bu proses o qədər sürətli və “incə” aparılır ki, narazılar itib-batır, haqqını istəyənlərə “qəbula yazılın” cavabı verilir və beləliklə 3–4 ay vaxt udularaq, məsələ itib gedir.

Əvəzetmələrdə maaşlar hara gedir?

Peşə Agentliyində baş verdiyi iddia edilən daha bir qəribə hal isə əvəzetmələrlə bağlıdır. Redaksiyaya daxil olan məlumata görə, Peşə Agentliyinin rəhbərliyi və İnsan Resursları və Hüquq Sektoru tərəfindən direktor və direktor müavini postları müxtəlif şəxslərə həvalə olunur. Bu normal haldır və olması mümkündür. Amma anormal olan budur ki, buna görə vəzifəni icra edən şəxsə bir manat da əməkhaqqı verilmir. Əməkhaqqı hesablanmır və əmr ictimai əsaslarla verilir. Bu hansı qanuni ədalətdir və bu vəzifə maaşına görə ayrılmış pul hara xərclənir? Ümumiyyətlə, bu hansı standartlarla həyata keçirilir? Əvəzedicilərə niyə əməkhaqqı verilmir?

Əgər həqiqətən də əvəzetmə həyata keçirilirsə və həmin şəxs iki yük daşıyırsa, bu zaman həmin vəzifəyə görə nəzərdə tutulan vəsaiti niyə ala bilmir? İnsanları nədən əlavə işlədirlər və buna görə niyə əməkhaqqı ödənilmir? Dövlət qurumunda belə hallar hansı qanunun tələbi sayıla bilər?

Direktorlar formal rəhbərə çevriliblər?

İddia olunur ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan Resursları və Hüquq Sektoru rəhbərliyinin göstərişi ilə direktorların bütün səlahiyyətləri əlindən alınıb. Heç bir direktor onun icazəsi olmadan xadiməni belə müəssisəyə işə götürə və ya işdən çıxara bilməz. Heç bir addım ata bilməz və bütün addımlar icazə ilə olmalıdır. Müraciətlərə isə ümumiyyətlə cavab verilmir.

Bu kimi səlahiyyətsizlik, direktorları aşağı görmələr onların məktəbləri idarə etmək funksiyasını əlindən tamamilə alıb və onları hörmətsiz bir şəxsə çevirib. Məktəbin rəhbəri öz müəssisəsində elementar kadr qərarları verə bilmirsə, adi bir addımı belə Agentlikdən icazə almadan ata bilmirsə, onun rəhbər kimi funksiyası nədən ibarətdir?

Direktorların müraciətlərinə niyə cavab verilmir?

Eyni zamanda qeyd olunur ki, direktorlar rəhbəri olduqları müəssisələrdə peşəkar, işini bilən, təcrübəli şəxslərin başqa vəzifələrə təyin olunması, əlavə dərs saatlarının verilməsi və onların bilik-bacarıqlarından istifadə etmək üçün yenə də Agentliyin İnsan Resursları və Hüquq Sektoruna etdikləri müraciətlərə ümumiyyətlə, cavab ala bilmirlər.

Amma Agentliyinin İnsan Resursları və Hüquq Sektorundan direktora deyilmədən Mərkəzə peşə sahəsini bilməyən, bu sahədə ümumiyyətlə təcrübəsi olmayan şəxslərin göndərildiyi və ştata götürüldüyü, yaxud müqavilə ilə qəbul edildiyi bildirilir. Bu isə peşə təhsilinin keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Peşəkarlar kənarda saxlanılır, sahədən xəbərsiz insanlar işə qəbul edilir…?

Müəllimlər niyə illərlə müqavilədə saxlanılır?

Digər ciddi məsələ imtahanlardan və müsahibələrdən keçən müəllimlərin illərlə müqavilə ilə işlədilməsidir. Məlumata görə, Agentliyin balansındakı Mərkəzlərdə və müəssisələrdə çalışan yüzlələ müəllimə müqavilə ilə çalışır. Onların tam şatata qəbulu mümkün deyil. İmtahan verən, müsabiqədən keçən müəllimlər illərlə müqavilə ilə işlədilir və onları tam ştata salmırlar. Yəni, imtahandan keçmək, müsabiqədən keçmək, illərlə işləmək o demək deyil ki, sən tam şəkildə ştata qəbul ediləcəksən. İddialara görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan Resursları və Hüquq Sektorunun müdiri Murad Məmmədov istəsə səni ştata götürər, istəməsə götürməz. Yəni bu, onun arzu və istəyi ilə mümkündür.

Müqavilə ilə işə qəbullar necə həyata keçirilir?

“Daha bir ciddi və araşdırılmasına ehtiyac duyulan məqam bəzi peşə təhsili müəssisələrinin rəhbərləri ilə Agentlikdə çalışan müəyyən vəzifəli şəxslər (?) arasında əlaqələrə dair iddialardır. Mənbələrin bildirdiyinə görə, bəzi hallarda qohumluq və ya şəxsi münasibətlər əsasında müəyyən şəxslərin imtahansız, müqavilə formasında işə qəbul edilmə halları diqqətdən yayınmır. Bu daha çox 2024-2025-ci ci illərdə müşahidə olunub. Necə olur ki, imtahanda iştirak edib, müəyyən bal toplayan şəxslər kənarda qalır, ümumiyyətlə, imtahanda iştirak etməyən, ali təhsili olmayan şəxslər müqavilə ilə işə qəbul edilir? Onlar peşə müəssisələrinə necə yol tapa bilirlər? Bu kimi faktlarla bağlı növbəti günlərdə…”

Qeyd edək ki, 2025-ci il və ondan əvvəlki illərdə onlarla belə halın baş verdiyi və heç birinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan Resursları və Hüquq Sektoru tərəfindən araşdırılmadığı iddia olunur. Hətta imtahandan, müsabiqədən keçməsinə baxmayaraq, kənarda qalan şəxslərin olduğu, əvəzində Agentlik tərəfindən peşə mərkəzlərinə müqavilə ilə imtahanda iştirak etməyən şəxslərin qəbul edilməsi, bəzi direktorların Agentliklə razılaşdırılmış formada müəssisəyə müqavilə ilə gətirməsi ilə bağlı faktların araşdırılması və nəticəsi hələ də açıq qalır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib – NİYƏ?
Next: 75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?

OXŞAR MÖVZULAR

1782204906486441747
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

admin 23.06.2026
17822066052814946050
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

admin 23.06.2026
1782197135498806678
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Sərdar Berdiməhəmmədov Füzulidə səfərdədir

admin 23.06.2026

XƏBƏR LENTİ

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu whatsapp_image_2026-06-23_at_10.10.27
  • ARAŞDIRMA

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

admin 23.06.2026
Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha...
DAVAMI Read more about Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu
Nazir rəisi işdən çıxardı – FOTO 1556574
  • CƏMİYYƏT

Nazir rəisi işdən çıxardı – FOTO

admin 23.06.2026
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov...
DAVAMI Read more about Nazir rəisi işdən çıxardı – FOTO
Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar 1782204906486441747
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

admin 23.06.2026
İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış...
DAVAMI Read more about Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar 17822066052814946050
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

admin 23.06.2026
İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə...
DAVAMI Read more about Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
“WhatsApp”da növbəti yenilik media-vt-ljp97n
  • CƏMİYYƏT

“WhatsApp”da növbəti yenilik

admin 23.06.2026
2026-cı il iyunun 22-də “Meta Platforms” şirkəti Hindistanın “CRED fintech” startapının təsisçisi Kunal Şahın “WhatsApp”ın qlobal rəhbəri...
DAVAMI Read more about “WhatsApp”da növbəti yenilik

Bütün yazılar

whatsapp_image_2026-06-23_at_10.10.27
  • ARAŞDIRMA

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

admin 23.06.2026
1556574
  • CƏMİYYƏT

Nazir rəisi işdən çıxardı – FOTO

admin 23.06.2026
1782204906486441747
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

admin 23.06.2026
17822066052814946050
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

admin 23.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.