Skip to content
22.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR – NARAZILIQ VAR…
  • CƏMİYYƏT

Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR – NARAZILIQ VAR…

admin 22.06.2026
1782112117_screenshot-2026-06-22-110631

Şərurda əlverişli vakant müəllim yerlərinin gizlədildiyi, rüşvət qarşılığında rəsmi müsabiqədən kənar bölüşdürüldüyü iddia olunur.

Müəllimlərin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, vakansiyaya əsasən şəhər mərkəzindən kənarda yerləşən, daha az cəlbedici boş yerlər çıxarılır. Şəhərə yaxın məktəblərdəki yerlərin isə Təhsil Şöbəsinin vasitəsilə ya rüşvət qarşılığında imtahandan keçməyən şəxslərə verildiyi, ya da başqa məktəblərdə çalışan müəllimlərlə ikinci iş yeri kimi müqavilə bağlanaraq bölüşdürüldüyü iddia edilir.

Şikayətçilər nümunə kimi Siyaqut kənd tam orta məktəbini göstərirlər. Onların sözlərinə görə, bu məktəbdə boş qalan ibtidai sinif müəllimi yeri müsabiqəyə çıxarılmayıb və başqa məktəbdə çalışan müəllimə ikinci iş yeri kimi verilib:

“İki ildir ki, həmin yer vakant olsa da, müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim edilməyib. Əvəzində Qarxun kənd tam orta məktəbində çalışan müəllimlə ikinci iş yeri kimi müqavilə bağlanıb. Ətrafda isə imtahandan keçən, işə ehtiyacı olan kifayət qədər savadlı müəllim var”.

Şikayətçilər bildirirlər ki, oxşar problem təkcə müəllim yerləri ilə məhdudlaşmır. Onların sözlərinə görə, məktəblərdə psixoloq vəzifələrinin bölüşdürülməsində də qeyri-şəffaflıq var.

Narazı müəllimlər iddia edirlər ki, bəzi hallarda imtahandan keçən namizədlər işsiz qaldığı halda, imtahanda uğur qazanmayan şəxslər məktəblərdə işləməyə davam edirlər:

“Psixoloq vəzifələrində də eyni vəziyyətdir. İmtahandan keçən adamlar kənarda qalır, amma imtahandan keçməyənlər məktəbdə işləyir. Sərxanlı kənd məktəbində psixoloq işləyən müəllim iki dəfə imtahandan keçməyib. Buna baxmayaraq, həmin müddətdə də vəzifəsində qalıb. Üçüncü dəfə isə necə keçdiyi sual doğurur”.

Şikayətçilər aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi, bütün boş yerlərin vakansiya kimi elan olunmasını və imtahan-müsabiqə prosesinin şəffaf keçirilməsini tələb edirlər.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq – BU NƏDİ BELƏ?
Next: Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA

OXŞAR MÖVZULAR

1782104544_screenshot-2026-06-22-090025
  • CƏMİYYƏT

Yay məktəbi, yoxsa yay işgəncəsi? – BU NƏDİ BELƏ?

admin 22.06.2026
1782110263_screenshot-2026-06-22-103543
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA

admin 22.06.2026
1782114335_screenshot-2026-06-22-114131
  • CƏMİYYƏT

AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq – BU NƏDİ BELƏ?

admin 22.06.2026

XƏBƏR LENTİ

Özü və başqalarının həyatına real təhlükə yaradan piyada saxlanıldı – VİDEO 998cdf4633cb4f256bf50bb05bf00984
  • VİDEO

Özü və başqalarının həyatına real təhlükə yaradan piyada saxlanıldı – VİDEO

admin 22.06.2026
Qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü...
DAVAMI Read more about Özü və başqalarının həyatına real təhlükə yaradan piyada saxlanıldı – VİDEO
“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI – NARAZILIQ VAR… 1782115887_screenshot-2026-06-22-120936
  • İDMAN

“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI – NARAZILIQ VAR…

admin 22.06.2026
Dərman firması və apteklər şəbəkəsi olan “Zeytun Pharma” MMC-nin Masazırdakı mərkəzi anbarının işçiləri etiraza qalxıb. İşçiləri bildirib...
DAVAMI Read more about “Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI – NARAZILIQ VAR…
İspaniya Braziliyanın dünya rekordunu təkrarladı _(21)
  • İDMAN

İspaniya Braziliyanın dünya rekordunu təkrarladı

admin 22.06.2026
İspaniya millisi 2026-cı il dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Səudiyyə Ərəbistanı yığmasını böyük hesabla məğlub edib....
DAVAMI Read more about İspaniya Braziliyanın dünya rekordunu təkrarladı
“Bunun sonu pis olacaq” – Zelenski 1782115407_screenshot-2026-06-22-120148
  • DÜNYA

“Bunun sonu pis olacaq” – Zelenski

admin 22.06.2026
Polşa Prezidenti Karol Navrotskinin Ukrayna lideri Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etməsi ətrafında qalmaqal davam edir....
DAVAMI Read more about “Bunun sonu pis olacaq” – Zelenski
İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu 1782113144142454996
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu

admin 22.06.2026
İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub  
DAVAMI Read more about İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu

Bütün yazılar

998cdf4633cb4f256bf50bb05bf00984
  • VİDEO

Özü və başqalarının həyatına real təhlükə yaradan piyada saxlanıldı – VİDEO

admin 22.06.2026
1782115887_screenshot-2026-06-22-120936
  • İDMAN

“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI – NARAZILIQ VAR…

admin 22.06.2026
_(21)
  • İDMAN

İspaniya Braziliyanın dünya rekordunu təkrarladı

admin 22.06.2026
1782115407_screenshot-2026-06-22-120148
  • DÜNYA

“Bunun sonu pis olacaq” – Zelenski

admin 22.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.