Skip to content
18.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Şəxsi Maraqların “Qara Siyahısı və ya Qənirə Ataşovanın Amerika Dönüşü və Diplomsuz “Dermatoloq” Vəfa Cəlilova Müəmması.
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Şəxsi Maraqların “Qara Siyahısı və ya Qənirə Ataşovanın Amerika Dönüşü və Diplomsuz “Dermatoloq” Vəfa Cəlilova Müəmması.

admin 16.06.2026
Screenshot

Screenshot

​Azərbaycan mediasında və ictimai rəydə özünü prinsiplərin, obyektivliyin tərəfdarı kimi təqdim etməyə çalışanların maskası növbəti dəfə yırtıldı.
Son günlər yayılan məlumatlar və pərdəarxası gəlişmələr bir daha sübut edir ki, bəziləri üçün “peşə prinsipləri” sadəcə lazımi anda alver predmetinə çevrilən adi bir vasitədir.
Söhbət Okeanın o tayından — Amerikadan yenicə qayıdan jurnalist Qənirə Ataşovanın qəfil və olduqca şübhəli “U-dönüşü”ndən gedir.
​Qənirə Ataşovanın Amerikadan qayıdan kimi atdığı ilk addımlar, yumşaq desək, heyrət və ikrah doğurur.
Vaxtilə özünün “qara siyahı”sına saldığı, fəaliyyətini sərt şəkildə tənqid etdiyi, haqqında mənfi rəylər və yazılar tirajladığı həkimlərlə indi qucaqlaşıb-görüşməsi hansı məntiqə sığır?
Dünən ifşa etdiyiniz adamlarla bu gün eyni masa arxasında əyləşmək, həmin o məşhur “qara siyahıları” birdən-birə ağartmaq hansı maraqların tezisidir?
​Bu “təmizləmə” əməliyyatının ən rüsvayçı və diqqətçəkən məqamı isə dermatoloq kimi tanınan Vəfa Cəlilova ilə bağlıdır. Vaxtilə Qənirə Ataşovanın hədəfində olan, haqqında kəskin tənqidi materiallar hazırladığı Vəfa Cəlilova nə baş verdi ki, birdən-birə “əziz və mötəbər” şəxsə çevrildi?
Bu qəfil dostluğun, bu “günahların bağışlanması” seansının arxasında hansı gizli razılaşmalar, hansı maddi və ya qeyri-maddi dividendlər dayanır?
Dünən yazdıqlarınız yalan idi, yoxsa bu gün qurduğunuz münasibətlər saxtadır?
Media statusundan istifadə edərək adamları əvvəlcə qaralayıb, sonra “bəraət” vermək hansı jurnalist etikasına sığır?
​Məsələnin digər və daha vahiməli tərəfi isə birbaşa insan sağlamlığı və qanunsuzluqla bağlıdır.
Ortada dəhşətli bir iddia və acı bir reallıq var: Bu gün özünü “dermatoloq” kimi sırıyan, insanların xarici görnüşü və sağlamlığı üzərində eksperimentlər aparan Vəfa Cəlilovanın əlində bu sahəyə aid heç bir rəsmi diplom yoxdur!
Daha da rüsvayçısı odur ki, bu şəxsin adı Səhiyyə Nazirliyinin vahid sistemində, həkimlərin reyestrində ümumiyyətlə mövcud deyil.
​Təsəvvür edin: Tibbi təhsili olmayan, rəsmi dövlət qeydiyyatından keçməyən bir şəxs klinika açır, yaxud hansısa mərkəzdə rahatca dermatoloji fəaliyyətlə məşğul olur, insanların cibini soyur və canını təhlükəyə atır.
Bu, sadəcə qanunsuzluq deyil, bu, birbaşa vətəndaşın sağlamlığına qarşı törədilən cinayətdir! Bəs bu cinayətə göz yuman, onunla “isti münasibətlər” quran Qənirə Ataşova bu diplomsuz fəaliyyəti görməzdən gəlməklə kimin oyununa şərik olur?
Dünən tənqid etdiyiniz qanunsuzluğu bu gün hansı haqla sığortalayırsınız?
​Buradan media olaraq Səhiyyə Nazirliyinə və aidiyyəti dövlət qurumlarına açıq suallar ünvanlayırıq:
​Səhiyyə Nazirliyinin rəsmi sistemində adı-sanı olmayan, dermatologiya sahəsində heç bir diplomu və ixtisası tapılmayan Vəfa Cəlilova hansı əsasla, kimlərin himayəsi ilə sərbəst şəkildə fəaliyyət göstərir?
​İnsanların sağlamlığını təhlükəyə atan bu cür qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün indiyə qədər hansı tədbirlər görülüb? Yoxsa reallıq bəzi media mənsubları ilə bu cür “saxta həkimlərin” sövdələşməsindən ibarətdir?
​Nazirlik bu rüsvayçılığa və dövlət sisteminə meydan oxuyan qanunsuz fəaliyyətə nə vaxt son qoyacaq və rəsmi araşdırmanın nəticələri barədə ictimaiyyətə nə zaman hesabat verəcək?
​Dövlətin səhiyyə sistemini, qanunlarını heçə sayan diplomsuz “mütəxəssislər” və onlarla maraq birliyinə girib dünən dediyini bu gün udan jurnalistlər bilməlidirlər ki, bu mövzu beləcə qapanmayacaq.
Media olaraq Səhiyyə Nazirliyindən bu məsələ ilə bağlı təxirəsalınmaz cavab, konkret addımlar və hüquqi tədbirlər gözləyirik. Vətəndaşın canı da, ölkənin qanunları da kimlərinsə şəxsi alver və “reabilitasiya” predmeti ola bilməz!
Teref.net
Sima Babayeva

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “ADPU tələbələri NARAZIDIR: ‘Qəsdən kəsir, sonra 1500 – 2000 AZN tələb edirlər’ iddiası”
Next: Nazir Sabirabadda kombayn sürdü – Fotolar

OXŞAR MÖVZULAR

1781755861_1
  • CƏMİYYƏT

“Temu bağlamaları açılır, içindəkilər yoxa çıxır” – Vətəndaşlar Gömrükdən və Limakdan araşdırma tələb edir

admin 18.06.2026
1781758662_kendimiz_merdekan
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Kəndimiz Mərdəkan”da qiymət oyunu – 1 xiyar 3 manat, 1 pomidor 4 manat, 1 soğan 1 manat…

admin 18.06.2026
1781760392_screenshot-2026-06-18-092506
  • CƏMİYYƏT

`AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR… – İTTİHAM VAR…

admin 18.06.2026

XƏBƏR LENTİ

Zəhranın qəzadan sonrakı görüntüləri yayıldı f68daeca9344c20d4c0d14fd2afb4a09
  • HADİSƏ
  • VİDEO

Zəhranın qəzadan sonrakı görüntüləri yayıldı

admin 18.06.2026
İyunun 16-da tanınmış vəkil, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin qızı Zəhra Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində həyatını...
DAVAMI Read more about Zəhranın qəzadan sonrakı görüntüləri yayıldı
İlham Əliyev: Regionda çox şey dəyişdi, dəyişməyən tək şey Azərbaycanın uğurlu inkişafıdır 17817629785705915851_1200x630
  • SİYASƏT

İlham Əliyev: Regionda çox şey dəyişdi, dəyişməyən tək şey Azərbaycanın uğurlu inkişafıdır

admin 18.06.2026
Azərbaycan ikinci dəfədir ki, İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantısına ev sahibliyi edir. Bu addım tərəfdaşlığın...
DAVAMI Read more about İlham Əliyev: Regionda çox şey dəyişdi, dəyişməyən tək şey Azərbaycanın uğurlu inkişafıdır
“Temu bağlamaları açılır, içindəkilər yoxa çıxır” – Vətəndaşlar Gömrükdən və Limakdan araşdırma tələb edir 1781755861_1
  • CƏMİYYƏT

“Temu bağlamaları açılır, içindəkilər yoxa çıxır” – Vətəndaşlar Gömrükdən və Limakdan araşdırma tələb edir

admin 18.06.2026
Son günlər onlayn alış-veriş platforması Temu üzərindən sifariş edilən bağlamalarla bağlı sosial şəbəkələrdə ciddi narazılıqlar yayılıb. Vətəndaşlar...
DAVAMI Read more about “Temu bağlamaları açılır, içindəkilər yoxa çıxır” – Vətəndaşlar Gömrükdən və Limakdan araşdırma tələb edir
“Kəndimiz Mərdəkan”da qiymət oyunu – 1 xiyar 3 manat, 1 pomidor 4 manat, 1 soğan 1 manat… 1781758662_kendimiz_merdekan
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Kəndimiz Mərdəkan”da qiymət oyunu – 1 xiyar 3 manat, 1 pomidor 4 manat, 1 soğan 1 manat…

admin 18.06.2026
Yüksək qiymətlərə baxmayaraq, təqdim olunan xidmət və yeməklərin keyfiyyəti gözləntiləri doğrultmayıb. Sifariş edilən bəzi yeməklər əvvəlcədən xəbərdarlıq...
DAVAMI Read more about “Kəndimiz Mərdəkan”da qiymət oyunu – 1 xiyar 3 manat, 1 pomidor 4 manat, 1 soğan 1 manat…
`AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR… – İTTİHAM VAR… 1781760392_screenshot-2026-06-18-092506
  • CƏMİYYƏT

`AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR… – İTTİHAM VAR…

admin 18.06.2026
SOCAR “Azəriqaz” İstehsalat Birliyində baş verən neqativ olaylarla bağlı davamlı şəkildə oxucularımızı məlumatlandırırq. Bu dəfə isə sözügedən...
DAVAMI Read more about `AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR… – İTTİHAM VAR…

Bütün yazılar

f68daeca9344c20d4c0d14fd2afb4a09
  • HADİSƏ
  • VİDEO

Zəhranın qəzadan sonrakı görüntüləri yayıldı

admin 18.06.2026
17817629785705915851_1200x630
  • SİYASƏT

İlham Əliyev: Regionda çox şey dəyişdi, dəyişməyən tək şey Azərbaycanın uğurlu inkişafıdır

admin 18.06.2026
1781755861_1
  • CƏMİYYƏT

“Temu bağlamaları açılır, içindəkilər yoxa çıxır” – Vətəndaşlar Gömrükdən və Limakdan araşdırma tələb edir

admin 18.06.2026
1781758662_kendimiz_merdekan
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Kəndimiz Mərdəkan”da qiymət oyunu – 1 xiyar 3 manat, 1 pomidor 4 manat, 1 soğan 1 manat…

admin 18.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.