Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi…” – MÜRACİƏT
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi…” – MÜRACİƏT

admin 08.06.2026
1780906946_screenshot-2026-06-08-122123

“Mən uzun illər Rusiya Federasiyasının İjevsk şəhərində yaşamışam. 2023-cü ilin aprel ayının 4-də İjevsk şəhərində ağır beyin insultu keçirmişəm. İnsult keçirən zaman təcili tibbi yardım çağrılıb. Çağrışa gələn həkim tərəfindən müayinə olunduqdan sonra vəziyyətimin ağır olduğunu görüb məni təcili tibbi yardım maşını ilə İjevsk şəhərində yerləşən Respublika Klinik Xəsətəxanasına aparmışdır. Xəstəxanada müayinə olunduqdan sonra beyin insultu keçirdiyim təsdiqləndi”. Bu ifadələr Ucar rayonu Qarabörk kəndində yaşayan İbrahimov Rafiq Tofiq oğlu tərəfindən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin icraçı direktoru Anar Bayramova ünvanlanmış müraciətdə yer alıb.

Müraciətdə daha sonra deyilir: “Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi. Onun məsləhəti ilə 59 gün İjevsk şəhərində müailicə olundum. 59 gün müalicə alsam da mənə ağır dərəcəli beyin insultu diaqnozu qoyuldu və mənə bildirildi ki, əmək qabiliyyətimi itirmişəm.
Mən Azərbaycana gəldim və əlilliyin müəyyən edilməsi üçün 2024-cü ilin yanvar ayında forma 88 tərtib edilərək Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş rəsmləşdirilmiş və sözügedən Agentliyin komissiyasının 19.01.2024-cü il tarixli qərarı ilə orqanizmin funksiyalarının faizi 80 faiz olmaqla mənə iki il müddətinə ikinci dərəcəli əlillik verildi. Bu əlillik müddətim 2026-cı ilin yanvar ayının 31-də tamam olduğu üçün yenidən müayinələrdən keçərək sənədləri Ucar Rayon Həkim Məsləhət Komissiyasına təqdim etdim. Komissiya yenidən əlilliyin müəyyən olunması üçün göndərişin rəsmləşdirilməsi qərarını verdikdən sonra fevral ayında yenidən forma 88 tərtib edilərək Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş rəsmləşdirilsə də mart ayının 18-də əlilliyin təyin olunmasından imtina edilib. İmtinaya səbəb kimi göstərilib ki, Xəstəliyin gedişi, fəsadları və diaqnozun ağırlığı haqqında xəstənin hazırki vəziyyətində ətraflı məlumat qeyd edilməyib. Son bir ildə stasionar müalicə günlərinin sayı Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarının tələblərinə uyğun deyil. Bundan sonra təkrar göndərişin rəsmləşdirilməsi üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanasının kardeoloji şöbəsində müayinə olunmuşam, həmçinin Goranboyda Med Life Hospitalda baş beynin MRT müayinəsində olduqdan sonra aprelin 15-də sənədləri yenidən Həkim Məsələhət Komissiyasına təqdim etmişəm. Komissiya əlilliyin müəyyən olunması yenidən forma 88 tərtib edilib göndərişin rəsmləşdirilməsi qərarını verdi. Mən sənədləri sistemə vuran xanımlara (Göyçay Mərkəzi Xəsətəxanasında otururlar) təqdim etsəm də mənə dedilər ki, hələ fevral-mart ayında olan xəstələrin sənədləri sistemə vurulmayıb. Ona görə mən növbəmi gözləməliyəm.
Hal-hazırda səhətimdə ciddi problemlər var. Yaşamağım üçün hər gün müxtəlif dərmanlar qəbul edirəm. Bu dərmanları aptekdən öz hesabıma alıram. Pensiyam dayandırıldığına görə dərmanları almağa maddi imkanım yoxdur. Əlilliyin müəyyən olunması üçün sənədlərimin sistemə vurulmasını öyrənmək üçün ki dəfələrlə Göyçay şəhərindən taksi tutub getmişəm. Hər dəfə bu işi görən xanımlara demişəm ki, mən şikəst adamam əsa ilə gəzirəm, hər dəfə taksi tutub gələ bilımirəm. Həmçinin dərmanlarımı da ala bilmirəm. Amma mənim bu sözlərimin heç bir faydası olmur. Hər dəfədə xanımlar cavab verirlər ki, « bu bizim problemimiz deyil»
Hörmətli Mehriban xanım və hörmətli Anar müəllim!
Mən mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm ki, əlilliyin müəyyən olunması üçün sənədlərimin sistemə vurulmasına köməklik edəsinz…”

Dia-az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Saxta sağlamlıq arayışı verən “General Hospital” cəzalandırıldı – RƏSMİ AÇIQLAMA
Next: Azyaşlının əlillik müavinəti niyə kəsilib? | Çətin vəziyyətdə qalan ailənin fəryadı VİDEO

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.