Skip to content
04.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 28 müştəridən asılı olan gələcək: “AFB Bank” idarəetmədə hansı səhvə yol verir?
  • CƏMİYYƏT

28 müştəridən asılı olan gələcək: “AFB Bank” idarəetmədə hansı səhvə yol verir?

admin 04.06.2026
1780579465_afb-bank

“AFB Bank” 2025-ci ildə aktivlərini və depozit bazasını əhəmiyyətli dərəcədə genişləndirib. Lakin auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlarının təhlili göstərir ki, sürətli artım bankın əsas maliyyə göstəricilərinə ciddi təzyiq yaradıb.

AFN.az bankın 31 dekabr 2025-ci il tarixinə auditor rəyi ilə təsdiqlənmiş rəsmi maliyyə hesabatlarına əsasən xəbər verir ki, ilk baxışda müsbət görünən dinamikanın arxasında gəlirliliyin azalması, xərclərin sürətlə artması və kapital göstəricilərinin zəifləməsi dayanır.

Kağız üzərində böyümə, maliyyə nəticələrində geriləmə

Bankın cəmi aktivləri 2024-cü ildəki 292.3 milyon manatdan 2025-ci ildə 417.6 milyon manata yüksəlib ki, bu da 43 faiz artım deməkdir. Müştərilərə verilmiş kreditlərin həcmi isə 62 faiz artaraq 282.6 milyon manata çatıb və cəmi aktivlərin 68 faizini təşkil edib. Bununla belə, aktiv və kredit portfelinin genişlənməsi mənfəət göstəricilərində öz əksini tapmayıb. Xalis mənfəət 4.108 milyon manatdan 2.194 milyon manata düşüb ki, bu da 47 faizlik azalma deməkdir. Mənfəət vergisindən əvvəl mənfəət 54 faiz azalaraq 6.06 milyon manatdan 2.81 milyon manata enib. Xalis faiz gəliri də 18.3 milyon manatdan 17.99 milyon manata geriləyib. Eyni dövrdə ümumi və inzibati xərclər 37 faiz artaraq 14.02 milyon manatdan 19.17 milyon manata yüksəlib.

Görsənicilərdən görünür ki, bankın genişlənməsi xərclərin sürətli artımı ilə müşayiət olunub və bu, gəlirliliyə mənfi təsir göstərib. Nəticədə səhm üzrə mənfəət də 73.82 manatdan 39.43 manata düşüb.

Depozit bazasında aqressiv artım

2025-ci ildə bankın ən diqqətçəkən nəticələrindən biri depozit portfelində qeydə alınıb. Müştəri depozitləri bir il ərzində 72.4 faiz artaraq 130.4 milyon manatdan 224.9 milyon manata yüksəlib. Xüsusilə fiziki şəxslərin müddətli depozitləri 22 milyon manatdan 93.4 milyon manata yüksələrək 323 faiz artıb. Bununla yanaşı, ümumi depozitlərin təxminən 63 faizi cəmi 28 müştərinin payına düşür ki, bu da bankın məhdud sayda iri əmanətçidən asılılığını artırır. Depozit bazasının genişlənməsi likvidlik baxımından müsbət amil sayılsa da, bunun maliyyə dəyəri kifayət qədər yüksək olub. Belə ki, faiz xərcləri 5.68 milyon manatdan 9.48 milyon manata yüksəlib. Bu isə bankın vəsait cəlb etmək üçün daha yüksək faizlər təklif etdiyini göstərir. Eyni zamanda, cəlb edilən vəsaitlərin gəlirlilik baxımından eyni səviyyədə istifadəsi maliyyə nəticələrində əks olunmayıb.

Kredit portfeli və əsas risklər

Auditor hesabatında əsas audit məsələsi kimi ehtimal olunan kredit zərərləri ehtiyatı (EOKZ) göstərilib. Kreditlərin aktivlərdəki payının 68 faizə çatması, eyni zamanda Azərbaycan iqtisadiyyatında ÜDM-in 1.4 faiz artdığı şəraitdə, kredit risklərinin daha diqqətlə izlənilməsini zəruri edir. Portfelin sürətli genişlənməsi kredit keyfiyyəti ilə bağlı riskləri artırır. Restrukturizasiya olunmuş və Stage 3 ((3-cü mərhələ kreditləri — kredit ödənişlərində 90 gündən çox gecikmə olan və ya bank tərəfindən borcun ödənilmə ehtimalının çox aşağı (defolt) hesab edildiyi problemli kreditlər)) kreditlərin həcminin yüksəlməsi gələcək dövrlərdə əlavə ehtiyatların yaradılması zərurətini ortaya çıxara və maliyyə nəticələrinə təzyiq göstərə bilər.

Kapital göstəricilərində zəifləmə

Bankın kapital bazasında geriləmə müşahidə olunur. Cəmi kapital 77 milyon manatdan 75.1 milyon manata düşüb. Bölüşdürülməmiş mənfəət azalıb, bank 4.1 milyon manat dividend ödəyib. Eyni zamanda, kapital adekvatlığı əmsalları aşağı düşüb. 1-ci dərəcəli kapital adekvatlığı 32.56 faizdən 21.90 faizə, cəmi kapital adekvatlığı isə 35.67 faizdən 24.17 faizə geriləyib. Mövcud göstəricilər hələ də normativ tələblərə uyğundur. Bununla belə, azalma tendensiyası davamlı xarakter alarsa və kredit portfelində zərərlər artsa, gələcəkdə kapital mövqeyi üzərində əlavə təzyiq yarana bilər.

Riskli böyümə modeli

“AFB Bank”ın 2025-ci il nəticələri sürətli böyümənin hər zaman yüksək maliyyə səmərəliliyi ilə müşayiət olunmadığını göstərir. Depozit və kredit portfelində qeydə alınan aqressiv artım fonunda mənfəət təxminən iki dəfə azalıb, əməliyyat xərcləri yüksəlib və kapital göstəriciləri zəifləyib. Müştərilər üçün yüksək depozit faizləri cəlbedici görünə bilər. Lakin bankın uzunmüddətli maliyyə dayanıqlılığı baxımından gəlirlilik, kapital və kredit keyfiyyəti göstəricilərinin inkişaf dinamikası diqqətlə izlənilməlidir. Tənzimləyicilər və bazar iştirakçıları üçün isə hesabat sürətli böyümənin arxasında formalaşa biləcək risklərin vaxtında qiymətləndirilməsinin vacibliyini bir daha nümayiş etdirir.

“AFB Bank” rəhbərliyi növbəti dövrdə kredit portfelinin keyfiyyətinin qorunmasına, xərclərin idarə olunmasına və kapital bazasının gücləndirilməsinə fokuslanmasa, 2025-ci ildə əldə olunan artım göstəriciləri sonrakı dövrlərdə əlavə çağırışlara səbəb ola bilər.

Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Amal” şoru, pendiri gecələr istehsal olunur? – Məhsullar quru süddən hazırlanır?
Next: ADRA avtomobil alır, yoxsa vaqon? – 255 minlik tenderdə təsnifat kodu belə səhvdir…

OXŞAR MÖVZULAR

1780574743_ekran-shekli-2026-06-04-160428
  • ARAŞDIRMA
  • CƏMİYYƏT

ADRA avtomobil alır, yoxsa vaqon? – 255 minlik tenderdə təsnifat kodu belə səhvdir…

admin 04.06.2026
1780582641_media-23-87lh2v-1
  • CƏMİYYƏT

“Amal” şoru, pendiri gecələr istehsal olunur? – Məhsullar quru süddən hazırlanır?

admin 04.06.2026
peter-magyar-would-send-home-every-guest-worker-e1767274871887
  • CƏMİYYƏT

Madyar görüş üçün Zelenskiyə şərt qoydu

admin 04.06.2026

XƏBƏR LENTİ

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR whatsapp_image_2026-06-04_at_17.42.49_(1)
  • İDMAN

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

admin 04.06.2026
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığını davam etdirir. Teleqraf xəbər verir ki, yığmanın növbəti məşqi Bakıda,...
DAVAMI Read more about Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib 1780574151_ekran-kli-2026-06-04-155327
  • ARAŞDIRMA

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

admin 04.06.2026
“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə...
DAVAMI Read more about Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib
Kallas: Aİ Livanın Silahlı Qüvvələri üçün 100 milyon avro ayırır 1780583978_wu1hzzsgdfkibmfkm4dql-v
  • DÜNYA

Kallas: Aİ Livanın Silahlı Qüvvələri üçün 100 milyon avro ayırır

admin 04.06.2026
 İsrail və Livan arasındakı mövcud atəşkəs razılaşması genişmiqyaslı hərbi əməliyyatlara qayıdışın qarşısını almaq üçün fürsət yaradır. Bu...
DAVAMI Read more about Kallas: Aİ Livanın Silahlı Qüvvələri üçün 100 milyon avro ayırır
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil 1780581952_6a217f18bd6896a217f18bd-b
  • SİYASƏT

Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

admin 04.06.2026
Ukraynanın sabiq Prezidenti Leonid Kuçma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Hörmətli İlham...
DAVAMI Read more about Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
ADRA avtomobil alır, yoxsa vaqon? – 255 minlik tenderdə təsnifat kodu belə səhvdir… 1780574743_ekran-shekli-2026-06-04-160428
  • ARAŞDIRMA
  • CƏMİYYƏT

ADRA avtomobil alır, yoxsa vaqon? – 255 minlik tenderdə təsnifat kodu belə səhvdir…

admin 04.06.2026
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi 255 min manat dəyərində nəqliyyat vasitələrinin satın alınması ilə bağlı tender elan...
DAVAMI Read more about ADRA avtomobil alır, yoxsa vaqon? – 255 minlik tenderdə təsnifat kodu belə səhvdir…

Bütün yazılar

whatsapp_image_2026-06-04_at_17.42.49_(1)
  • İDMAN

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

admin 04.06.2026
1780574151_ekran-kli-2026-06-04-155327
  • ARAŞDIRMA

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

admin 04.06.2026
1780583978_wu1hzzsgdfkibmfkm4dql-v
  • DÜNYA

Kallas: Aİ Livanın Silahlı Qüvvələri üçün 100 milyon avro ayırır

admin 04.06.2026
1780581952_6a217f18bd6896a217f18bd-b
  • SİYASƏT

Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

admin 04.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.