Dəmir yolları tətil və məzuniyyətlər mövsümü yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək.
Teleqraf xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, artıq Bak-Ağstafa-Bakı marşrutu üzrə səfərlər 13 iyundan başlayaraq 31 avqusta qədər hər şənbə və bazar təşkil olunacaq.
Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

PAYLAŞIN:
