Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” – 4 ildir evi sökülən vətəndaş
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” – 4 ildir evi sökülən vətəndaş

admin 04.06.2026
1780554786_screenshot-2026-06-04-103103

“64 ailənin yaşadığı 4 ümumi yaşayış binası 2022-ci ilin dekabrından sökülüb. 2 ilə başa çatmalı olan yeni tikinti prosesi isə “Xəmsə” şirkəti tərəfindən artıq 4 ildir ki, yubadılır”.

Bu şikayətlə “Qafqazinfo”ya Cəlilabad şəhəri Azərbaycan küçəsində yaşayan vətəndaş Əlisafa Salmanov müraciət edib.

O bildirib ki, razılaşmaya əsasən, sakinlər iki il müddətinə tikiləcək 9 mərtəbəli binada mənzillərlə təmin olunmalı idilər: “Ancaq hələ də ortada heç nə yoxdur. “Xəmsə” şirkəti təkcə binanın bünövrəsini qoymaqla kifayətlənir. Bu müddət ərzində evlərimizin tikintisi üçün dəfələrlə aidiyyəti üzrə narahatlığımızı bildirmişik, ancaq bizə deyirlər ki, “yaxın vaxtlarda tikinti işləri davam etdiriləcək”. Təbii ki, bütün işlər sadəcə sözdədir…”

Evlərinin sökülməsi səbəbindən uzun müddətdir kirayədə qalan şikayətçinin sözlərinə görə, kirayə haqqı məsul şirkət tərəfindən ödənilməli olsa da, son aylarda bu ödənişlərin verilməsi ciddi problemə çevrilib: “Sadəcə bir il müddətində məbləği vaxtında ala bilmişik. Ondan sonra hər ayın sonunda pulu almaq mümkünsüz olub. Bununla bağlı dəfələrlə Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciətlər edilir və orada baxılır. Hətta bəzi ailələrin 3-5 aylıq kirayə haqqı yığılıb qalıb. Bir sözlə, kim daha çox qapı döyürsə, onun səsini məcbur olub eşidirlər. Tək mən yox, bütün sakinlər bu problemlərdən əziyyət çəkir. İstəyirik ki, “Xəmsə” şirkəti razılaşmada qeyd olunduğu kimi evlərimizin tikintisini tez müddətdə başa çatdırsın”.

Məsələ ilə bağlı “Xəmsə” şirkətinin nümayəndəsi olduğu deyilən, Sənan adlı şəxslə əlaqə saxladıq. Lakin o, iddiaları səsləndirən şəxsi tanımadığını və Cəlilabadla heç bir əlaqəsi olmadığını bildirib.

Vətəndaşların kirayə haqqının ödənilməməsi ittihamları ilə əlaqədar isə Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, şirkətin rəhbəri Araz Ağalarov may ayının 26-da Cəlilabad şəhərində olub: “Kirayədə yaşayan sakinlərlə görüş baş tutub. Görüşdən sonra sakinlərə kirayə haqqlarının verilməsinə başlanılıb. Həmçinin şirkət tərəfindən bu gün ödənişlərin qalan hissəsi də veriləcək”.(Qafqazinfo)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?” – GİLEY
Next: Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.