Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • CƏMİYYƏT

Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?

admin 04.06.2026
1780543152_1
Bir müddət əvvəl Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevin əmək fəaliyyəti və karyera yüksəlişi ilə bağlı araşdırma yazısı dərc etmişdik. Araşdırma zamanı əldə olunan rəsmi sənədlər və dövlət qurumlarından daxil olan cavablar bir sıra ciddi suallar doğurduğundan məsələ ilə bağlı aidiyyəti qurumlara sorğular göndərilmişdi.
Mediatvaz.com xəbər portalı tərəfindən 02 aprel 2026-cı il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ünvanlanan 10/349 nömrəli sorğuda TƏBİB-in təqdim etdiyi rəsmi məlumatlara istinad olunaraq bir sıra vacib məqamlara aydınlıq gətirilməsi xahiş edilmişdi.TƏBİB-in cavabına görə, Natiq Əliyev 22 iyun 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin “Tibbi profilaktika” ixtisasını bitirib, həmin il “Yoluxucu xəstəliklər” ixtisası üzrə rezidenturaya qəbul olunub və 14 noyabr 2022-ci ilədək rezidentura təhsili alıb.Bununla yanaşı, o, 01 oktyabr 2018-ci ildən Naxçıvan Muxtar Respublikası Xəstəxanasında həkim-rezident kimi fəaliyyət göstərib, 01 yanvar 2020-ci ildən isə Naxçıvan Dövlət Universitetində həkim-rezident vəzifəsində çalışıb. Maraqlıdır ki, eyni dövrdə – 23 iyul 2020-ci ildən 01 iyun 2022-ci ilədək Bakı şəhərində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında da 0,5 ştat vahidi üzrə əvəzçilik qaydasında həkim-infeksionist kimi işləyib. Daha sonra isə həmin xəstəxanada rəhbər vəzifəyə təyin olunub.Rəsmi sənədlərdə göstərilən bu xronologiya haqlı olaraq sual doğurur: bir şəxs eyni vaxtda həm Naxçıvanda əyani rezidentura təhsili alıb işləyir, həm də Bakı şəhərində həkim kimi fəaliyyət göstərirsə, bu proses praktik olaraq necə həyata keçirilib? Naxçıvanla Bakı arasındakı məsafə hamıya məlumdur. Söhbət qonşu rayonlardan deyil, fərqli inzibati ərazilərdən gedir. Əgər şəxs rezidentura təhsili alırdısa, tədris və praktik məşğələlərdə iştirak necə təmin olunurdu? Əgər Naxçıvanda iş başında idisə, Bakıdakı əmək funksiyalarını necə yerinə yetirirdi? Əgər Bakıdakı vəzifəsinin tələblərini yerinə yetirirdisə, Naxçıvandakı iş və təhsil prosesində iştirakını necə təmin edirdi?Məhz bu səbəbdən Maliyyə Nazirliyinə ünvanlanan sorğuda aşağıdakı suallara cavab istənilmişdi:Eyni vaxtda Naxçıvan və Bakı şəhərlərində paralel əmək fəaliyyəti qanunvericiliyə nə dərəcədə uyğundur?İş vaxtının uçotu hansı qaydada aparılıb? Əmək funksiyalarının faktiki icrası necə yoxlanılıb? Müxtəlif müəssisələrdən alınan əməkhaqları hansı əsaslarla hesablanıb və ödənilib?
Lakin təəssüf ki, sorğunun göndərilməsindən iki aydan artıq vaxt keçməsinə baxmayaraq, Maliyyə Nazirliyindən hələ də heç bir cavab daxil olmayıb.Ortaya çıxan mənzərə isə kifayət qədər düşündürücüdür. Dövlət qurumları vəzifəli şəxslərlə bağlı suallara operativ və şəffaf cavab vermədikcə, cəmiyyətdə şübhələr daha da artır. Çünki burada söhbət təkcə bir şəxsin əmək fəaliyyətindən deyil, dövlət qurumlarında nəzarət mexanizmlərinin necə işləməsindən gedir. Əgər hər şey qanun çərçivəsində baş veribsə, bunun izahı verilməlidir. Əgər verilməyibsə, onda ictimaiyyətin sual vermək haqqı var: Natiq Əliyev eyni vaxtda həm Naxçıvanda, həm də Bakıda necə işləyib?
Qarşı tərəfin cavab haqqını tanıyırıq

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: QAYNANASININ EVINDƏN OGURLUQ EDƏN BƏLƏDİYYƏ SƏDRİ!
Next: İsfəndiyar Axundovun adı yenə GÜNDƏMDƏ

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.