Skip to content
02.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • ƏT, YAĞ VƏ ÇÖRƏK BAHALAŞA BİLƏR? – Ekspertdən vacib AÇIQLAMA
  • İQTİSADİYYAT
  • ÖLKƏ

ƏT, YAĞ VƏ ÇÖRƏK BAHALAŞA BİLƏR? – Ekspertdən vacib AÇIQLAMA

admin 02.06.2026
1780335325_1
Fuad İbrahimov: “Daxili bazarda mövcud olan inhisarçılıq halları da qiymət artımına təsir edən amillərdəndir.
Qlobal ərzaq bazarlarında müşahidə olunan qiymət artımları dünya iqtisadiyyatında ciddi narahatlıq yaratmağa davam edir.

FAO-nun son hesabatına əsasən, ərzaq məhsullarının qiyməti son üç ildən artıq dövrün ən yüksək səviyyəsinə yüksəlib. Xüsusilə bitki yağları və ət məhsullarında qeydə alınan bahalaşmanın əsas səbəbləri kimi geosiyasi gərginliklər, logistika problemləri və tədarük zəncirindəki qırılmalar göstərilir.

Bəs qlobal bazarlardakı bu bahalaşma Azərbaycanda ərzaq qiymətlərinə necə təsir göstərəcək? Ölkənin ərzaq təhlükəsizliyi mövcud risklərə qarşı nə dərəcədə dayanıqlıdır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, BMT-nin ərzaq təhlükəsizliyi proqramının son 10 illik dinamikasına nəzər saldıqda, ərzaq məhsullarının qiymətlərində ümumi bahalaşma müşahidə olunur.

Onun sözlərinə görə, son üç ildə də qiymətlərdə ciddi artımlar baş verib: “Bəzən kəskin bahalaşmalar, ardınca isə müəyyən ucuzlaşmalar qeydə alınır. Lakin hər bir halda belə impulsiv qiymət dəyişiklikləri təchizat zəncirinə mənfi təsir göstərən amillərdəndir. Hazırda ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Bu baxımdan, Körfəz regionunda baş verən hadisələrə diqqət çəkmək lazımdır. Qətər dünya bazarını karbamid və ammonyak əsaslı azot gübrələri ilə təmin edən əsas ölkələrdən biridir. Bu gübrələr buğda, qarğıdalı və düyü istehsalında ən vacib vasitələrdən hesab olunur. Dünya bazarının təxminən 20-30 faizini təmin edən mənbədə problem yarandıqda təchizat dayanır və bunun nəticəsində bazarda çətinliklər meydana çıxır.
Ətraflı

Bununla yanaşı, bölgədə baş verən hadisələr səbəbindən daşınma xərcləri də artıb. Neftin bahalaşması da bu prosesə əlavə təsir göstərib. Nəticədə, bu amillər ərzaq bazarına dərhal təsir edib və artıq mart ayında ərzaq qiymətləri indeksində 2,6 faiz artım qeydə alınıb”.

F.İbrahimov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi zamanı taxıl bazarında ciddi problemlər yaranmışdı: “Dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Rusiyaya tətbiq edilən sanksiyalar və ilk beşlikdə yer alan Ukraynanın ixrac imkanlarının məhdudlaşması bazarda çətinliklərə səbəb olmuşdu. Hazırda qiymətlər müəyyən qədər sabitləşsə də, həmin dövrdə yaranmış narahatlıq bəzi ölkələri ehtiyatlarını daim yeniləməyə və yüksək səviyyədə saxlamağa vadar edir. Bu isə istehlak həcmini artıraraq qiymətlərin yüksəlməsinə təsir göstərir”.

Fuad İbrahimov xatırladır ki, mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib: “Prezidentin səsləndirdiyi rəqəmlərə əsasən, ölkədə quş əti üzrə tələbatın 81,9 faizi, kərə yağı üzrə 64 faizi, buğda üzrə 55 faizi, mal əti üzrə isə 84 faizi yerli istehsal hesabına təmin olunur. Bu göstəricilər idxaldan müəyyən asılılığın mövcud olduğunu göstərir. İdxaldan asılılıq isə dünya bazarlarında baş verən qiymət dəyişikliklərinin daxili bazara təsirini artırır. Bundan əlavə, daxili bazarda mövcud olan inhisarçılıq halları da qiymət artımına təsir edən amillərdəndir.

Dövlət proqramı çərçivəsində qarşıdakı beş il ərzində bu problemlərin aradan qaldırılması nəzərdə tutulur. Lakin burada diqqət yetirilməli vacib bir məqam var. Məsələn, kənd təsərrüfatı naziri yaxın beş ildə buğda istehsalının 20 faiz artacağını bildirib. Həmçinin ət məhsulları üzrə ölkənin tələbatının tam təmin olunacağı və istehsalın əhəmiyyətli dərəcədə artırılacağı qeyd edilir. Ancaq bu məhsulların hansı qiymətlə bazara çıxarılacağı barədə konkret açıqlamalar verilmir”.

Ekspert vurğulayıb ki, əsas məsələ kompleks yanaşmanın tətbiqidir. Xüsusilə yem bazasının inkişafına diqqət yetirilməlidir: “Bəzi hallarda İsrail təcrübəsini öyrənmək faydalı ola bilər. Həmin ölkədə bir kvadratmetr sahədən əldə olunan məhsuldarlıq Azərbaycandakı göstəricidən təxminən beş dəfə yüksəkdir. Bu nəticə gübrələmə sisteminə və heyvandarlıqda yem bazasının formalaşdırılmasına xüsusi diqqət ayrılması hesabına əldə olunur.

Bu istiqamətlərdə lazımi tədbirlər həyata keçirilsə, istehsal xərclərinin artmasının qarşısını almaq mümkün olar. Hazırda gübrə təminatı ilə bağlı ciddi problem olmasa da, digər sahələrdə görüləsi işlər qalır. Əsas məqsəd məhsulun maya dəyərinin yüksəlməsinin qarşısını almaq və qiymətlərin formalaşması prosesinə daha diqqətli yanaşmaqdır”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? – İLGİNC FAKTLAR
Next: “Windows 11″in gizli funksiyaları aşkar edilib

OXŞAR MÖVZULAR

1780405525_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mingəçevirdə 74 yaşlı taksi sürücüsünü döyən sahibkar niyə məsuliyyət cəlb olunmur ?-FOTOLAR

admin 02.06.2026
1780373147_1
  • İQTİSADİYYAT
  • ÖLKƏ

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

admin 02.06.2026
1780378924_screenshot-2026-06-02-093909
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

SOCAR-ın prezidenti: “Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq”

admin 02.06.2026

XƏBƏR LENTİ

Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər gulfnews-2-f2025-10-15-2-f06vq6lcn-2-f-irakli-kobakhidze-prime-minister-of-georgia
  • DÜNYA

Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər

admin 02.06.2026
“Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə daxil edilə bilər”. O bildirib ki, Gürcüstanın beynəlxalq nəqliyyat marşrutlarının inkişafında uzunmüddətli,...
DAVAMI Read more about Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər
İrandan müharibə mesajı: Hörmüz bizimdir, heç kimə verməyəcəyik hormuz
  • DÜNYA

İrandan müharibə mesajı: Hörmüz bizimdir, heç kimə verməyəcəyik

admin 02.06.2026
“İranla ABŞ arasında müharibə bir dəqiqə belə dayanmayıb”. Parlamentari müharibənin dayanmadığını, yalnız formasının dəyişdiyini bildirib: “Vaxtilə savaş...
DAVAMI Read more about İrandan müharibə mesajı: Hörmüz bizimdir, heç kimə verməyəcəyik
SEPAH: Yeni müharibəyə tam hazırıq iran-armed-forces-3-1final
  • DÜNYA

SEPAH: Yeni müharibəyə tam hazırıq

admin 02.06.2026
“Əgər ABŞ döyüş meydanına qayıtsa, əməliyyatların, müharibənin coğrafiyası və istifadə ediləcək silahların növləri fərqli olacaq, İran İslam...
DAVAMI Read more about SEPAH: Yeni müharibəyə tam hazırıq
Gözəllik sirrini AÇIQLADI: “Gündə 50 qoz, 2 alma” – VİDEO 23f1d249aa05d8c8e22270e0051b2382
  • ŞOU-BİZNES

Gözəllik sirrini AÇIQLADI: “Gündə 50 qoz, 2 alma” – VİDEO

admin 02.06.2026
Müğənni Afət Fərmanqızı sosial şəbəkədə etdiyi canlı yayım zamanı maraqlı etirafı ilə diqqət çəkib. Sənətçi gənc və...
DAVAMI Read more about Gözəllik sirrini AÇIQLADI: “Gündə 50 qoz, 2 alma” – VİDEO
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı – VİDEO 1780375742_1
  • CƏMİYYƏT
  • VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı – VİDEO

admin 02.06.2026
Yaxın Şərqdə baş verənlərlə əlaqədar əvvəlcə 20 faizə qədər artan qiymətlər indi daha 30 faiz yüksəlib. Xəzər...
DAVAMI Read more about Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı – VİDEO

Bütün yazılar

gulfnews-2-f2025-10-15-2-f06vq6lcn-2-f-irakli-kobakhidze-prime-minister-of-georgia
  • DÜNYA

Kobaxidze: Ermənistan Bakı-Tbilisi-Qars dəmir yoluna qoşula bilər

admin 02.06.2026
hormuz
  • DÜNYA

İrandan müharibə mesajı: Hörmüz bizimdir, heç kimə verməyəcəyik

admin 02.06.2026
iran-armed-forces-3-1final
  • DÜNYA

SEPAH: Yeni müharibəyə tam hazırıq

admin 02.06.2026
23f1d249aa05d8c8e22270e0051b2382
  • ŞOU-BİZNES

Gözəllik sirrini AÇIQLADI: “Gündə 50 qoz, 2 alma” – VİDEO

admin 02.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.