Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”…:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”…:Dövlət tədbiri adı ilə saxtakarlıq?!

admin 01.06.2026
1780314455_screenshot-2026-06-01-154557

Maliyyə əməliyyatları hətta Ədliyyə Nazirliyinin layihələrin icrası ilə bağlı rəsmi bildirişi gəlməmiş həyata keçirilib və vəsaitlər müxtəlif şirkətlərə köçürülüb. Bir təşkilata təxminən 20 min manata yaxın vəsait ayrılıb, bunun 15 min manata yaxını isə “tədbirlərin təşkili üçün göstərilən hesaba” yönləndirilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verənlərlə bağlı son dövrlər təqdim etdiyimiz araşdırmalar cəmiyyətdə ciddi rezonans doğurmağa davam edir. Agentlik ətrafında dolaşan qanun pozuntuları, korrupsiya iddiaları və qrant mexanizmlərindəki qaranlıq məqamlarla bağlı redaksiyamıza demək olar ki, hər gün yeni məlumatlar daxil olur. Xüsusilə də QHT sektorunun içindən gələn informasiyalar artıq sistemli saxtakarlığın mövcudluğunu göstərir…

Biz təbii ki, redaksiyamıza daxil olan məlumatları müəyyən dəqiqləşmələr etmədən tirajlamırıq. Hər detalı araşdırır, müxtəlif mənbələrdən yoxlamağa çalışır, bir neçə QHT nümayəndəsi ilə dəqiqləşdirdikdən sonra ictimaiyyətə təqdim edirik. Çünki başladığımız işin məsuliyyətini anlayırıq. Elə bu səbəbdəndir ki, son aylarda “Yenixeberorg”-a qarşı təzyiqlər də açıq müstəviyə keçib. Görünən odur ki, bütün bu basqılar əslində bir həqiqəti təsdiqləyir: ortaya çıxardığımız məlumatlar doğrudur və müəyyən çevrələri ciddi narahat edir.

Bugünlərdə “Yenixeberorg”-a daxil olan məlumat isə artıq vəziyyətin daha dramatik həddə çatdığını göstərir. QHT təmsilçilərindən biri bildirir ki, onların təşkilatı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsinin qalibi olub. Layihənin istiqaməti regionlarda sosial inkişaf məsələləri ilə bağlı olsa da, Agentlik tərəfindən onlara tamamilə fərqli tapşırıq verilib. Bildirilib ki, layihəni Ümumdünya Şəhərsalma Forumu çərçivəsində, Olimpiya Stadionunda Agentliyin təşkil etdiyi pavilyonda keçirməlidirlər.

Ən qalmaqallı məqam isə maliyyə məsələsidir. QHT nümayəndəsinin sözlərinə görə, onlara açıq şəkildə deyilib ki, layihənin əmək haqqı hissəsini özlərinə saxlasınlar, qalan vəsaiti isə tədbirlərin təşkili üçün göstərilən hesaba köçürsünlər. İddialara əsasən, bu göstəriş tək bir təşkilata yox, təxminən 60-a yaxın QHT-yə verilib.

“Dövlət tapşırığı” adı altında olanlar…

Məsələni daha da ağırlaşdıran digər detal isə bu prosesin “dövlət tapşırığı” adı altında həyata keçirilməsidir. QHT-lərə bildirilib ki, bu məsələ ictimailəşdirilməməlidir və “bu dəfə deyilən kimi etsəniz, gələcəkdə sizə daha böyük qrantlar veriləcək”. Faktiki olaraq burada açıq asılılıq mexanizmi qurulur. Qrantlar müstəqil fəaliyyətə görə deyil, itaət müqabilində paylanır.

Daha biabırçı məqam isə bəzi layihələrin mövzusu ilə tədbirin heç bir əlaqəsinin olmamasıdır. Mənbəmizin bildirdiyinə görə, onların layihəsinin şəhərsalma ilə ümumiyyətlə əlaqəsi olmayıb. Amma onlara “öz layihənizə uyğun nəsə danışın, onsuz da orada bunu sorğulayan yoxdur” deyilib. Bu isə artıq dövlət tədbirlərinin saxta statistika və imitasiya üzərində qurulduğunu göstərən ciddi iddiadır.

İddialara görə, maliyyə əməliyyatları hətta Ədliyyə Nazirliyinin layihələrin icrası ilə bağlı rəsmi bildirişi gəlməmiş həyata keçirilib və vəsaitlər müxtəlif şirkətlərə köçürülüb. QHT nümayəndəsi bildirir ki, onların təşkilatına təxminən 20 min manata yaxın vəsait ayrılıb, bunun 15 min manata yaxını isə deyilən hesaba yönləndirilib. Qalan hissə isə təşkilat sədrinin 3 aylıq əmək haqqı, vergi, sosial sığorta və digər ödənişlər kimi rəsmiləşdirilib.

Əslində isə layihə cəmi Forum çərçivəsində keçirilən tədbirlə yekunlaşıb. Formal olaraq 3 aylıq layihə göstərilsə də, faktiki fəaliyyət bir neçə günlük tədbirdən ibarət olub. Daha sonra isə sadəcə formal hesabat təqdim ediləcək və məsələ bağlanacaq. QHT nümayəndəsinin dediyinə görə, yaxın aylarda sosial şəbəkələrdə bu layihələrin “icrası” adı altında demək olar ki, heç bir real fəaliyyət görünməyəcək.

Bütün bunlar açıq qanun pozuntusu, maliyyə manipulyasiyası və dövlət vəsaitlərinin məqsəddənkənar istifadəsidir. Rəsmi olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyi şəhərsalma təşəbbüsləri ilə bağlı 14 QHT layihəsini dəstəkləyib. Ancaq həmin təşkilatların bu sahədə hansı təcrübəyə malik olması ayrıca müzakirə mövzusudur. Daha böyük sual isə odur ki, bu proses hansı mexanizmlə birdən-birə 60-a yaxın təşkilata şamil edilib?

Görünən odur ki, dövlət üçün əhəmiyyət daşıyan beynəlxalq forum fonunda “uğurlu fəaliyyət görüntüsü” yaratmaq məqsədilə genişmiqyaslı imitasiya sistemi qurulub. Belə hallarda çoxları susmağa üstünlük verir. Çünki prosesin arxasında dövlət tədbiri adı dayanır və heç kim risk etmək istəmir.

Ancaq ortada daha təhlükəli bir məsələ var: dövlət rəhbərliyinə saxta statistika təqdim edilməsi, fəaliyyət görüntüsü yaradılması və milyonlarla manatlıq layihələrin formal tədbirlərlə ört-basdır olunması iddiaları. Əgər bu məlumatlar təsdiqini taparsa, söhbət artıq təkcə korrupsiyadan yox, dövlət institutlarının etimadının məqsədli şəkildə zədələnməsindən gedir.

Biz isə “Yenixeberorg” olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verənləri araşdırmağa davam edəcəyik. Təkcə ona görə yox ki, bir media resursu olaraq bu bizim borcumuzdur, həm də ona görə ki, susmaq bu sistemin bir hissəsinə çevrilmək deməkdir…(Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: ATB ilə ABB arasında itən vəsait – Əməliyyat uğurlu, amma pul yoxa çıxıb – Şikayət
Next: Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? – ADY niyə subsidiyalaşma istəmir?

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.