Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “SM Travel” şirkətinin rəhbəri Samir Hüseynov xaricə işə gətmək istəyənləri necə aldadır? VİDEO
  • CƏMİYYƏT
  • ÖLKƏ

“SM Travel” şirkətinin rəhbəri Samir Hüseynov xaricə işə gətmək istəyənləri necə aldadır? VİDEO

admin 01.06.2026
1780293168_1
Xaricdə iş ümidi ilə müraciət edən şəxslər indi həm vaxt itirdiklərini, həm də ödədikləri pulu geri ala bilmədiklərini iddia edirlər.

XALQ xəbər verir ki, şikayətçilərin sözlərinə görə, onlar sosial şəbəkələrdə xaricdə iş imkanı ilə bağlı paylaşımlardan sonra “Dünya Viza Dəstəyi” adlı şirkətə müraciət ediblər. Müsahiblərimiz bildirirlər ki, şirkətin rəhbəri kimi təqdim olunan Ruslan Hüseynovla müqavilə bağlayıblar və Almaniya, İngiltərəveri, İsrail, Polşa kimi ölkələrdə işə düzələcəkləri vəd edilib. Onların iddiasına görə, bu xidmət qarşılığında hər şəxsdən təxminən 2 min manatdan 4 min manatadək məbləğ alınıb. Onlara 2-3 ay ərzində xaricə göndəriləcəkləri bildirilsə də, proses aylarla uzanıb.

Şikayətçilər bildirirlər ki, bir müddət sonra “Dünya Viza Dəstəyi”nin fəaliyyəti dayandırılıb. Onların sözlərinə görə, bundan sonra Ruslan Hüseynov onları qardaşı Samir Hüseynova yönləndirib. Müsahiblərimiz iddia edirlər ki, “SM Travel” şirkətinin rəhbəri kimi təqdim olunan Samir Hüseynov yarımçıq qalan prosesin davam etdiriləcəyini və xaricə işə göndərilmələrinin təmin olunacağını bildirib. Lakin bu vəd də yerinə yetirilməyib. Onlar hazırda ödədikləri məbləğin geri qaytarılmasını tələb edirlər.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Ruslan Hüseynovla telefon əlaqəsi saxlamaq cəhdlərimiz nəticəsiz qaldı, zənglərimizə cavab verilmədi. Daha sonra Samir Hüseynovun rəhbəri olduğu bildirilən “SM Travel” şirkətinə üz tutduq. Şirkətdə şifahi olaraq bildirildi ki, Samir Hüseynov hazırda işdə deyil. Onunla telefon əlaqsi yaratdıq. Bildirdi ki, həmin şəxslərin xaricə göndərilməməsinin əssa səbəblərindən biri iran-israil müharibəsidir. Həmin müharibə səbəbindən viza məsələlərində problem yaranıb. Samir Hüseynov onu da qeyd etdi ki, həmin şəxslərdən bəziləri israildə işlə təmin edilməsi üçün addımlar atılacaq. İşlə təmin edilə bilməyənlərin isə müqavilə əsasında ödənişləri geri qaytarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Next: Biləcəridə QANUNSUZ TİKİNTİYƏ görə kim kimə arxayın olub?-FOTOLAR

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.