Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • AZAL PREZİDENTİNİN AVİABİLETLƏRLƏ BAĞLI AÇIQLAMASI – Qiymətlər nə vaxt “eniş” edəcək?
  • GÜNDƏM
  • ÖLKƏ

AZAL PREZİDENTİNİN AVİABİLETLƏRLƏ BAĞLI AÇIQLAMASI – Qiymətlər nə vaxt “eniş” edəcək?

admin 28.05.2026
1779909463_1
Gürcüstana qatar biletlərinin qiyməti mövzusu AZAL-ın da qiymət siyasəti ətafında müzakirələri aktuallaşdırıb. Xüsusilə də yay mövsümündə xarici səfərlərin artdığı nəzərə alınmaqla, insanların buna marağını və narahatlığını anlamaq olar.

Son zamanlara qədər AZAL qiymətlərinin digər bir çox xarici şirkətlər, xüsusilə aşağı büdcəli (loukoster) şirkətlərin təklif etdikləri qiymətlərdən yüksək olmasının səbəbləri ilə bağlı təsəvvür o qədər də aydın deyildi. Nəhayət, AZAL QSC-nin prezidenti Samir Rzayev “AzTV”yə müsahibəsində bu məsələyə aydınlıq gətirib.

Onun dediyinə görə, AZAL rəhbərliyi biletlərin baha olması ilə bağlı vətəndaşların narazılığını başa düşür, lakin qiymət formalaşması beynəlxalq aviasiya standartlarına uyğun şəkildə həyata keçirilir. Ən əsası isə S.Rzayev deyib ki, AZAL özünü aşağı büdcəli (loukoster) daşıyıcı kimi mövqeləndirmir, ona görə də onu bu cür şirkətlərlə müqayisə etmək düzgün deyil. Şirkət öz xidmət səviyyəsinə və standartlarına uyğun olaraq qiymət təyin edir.

Yəni AZAL ucuz daşıyıcı və aşağı büdcəli şirkət deyil, ona görə də belə şirkətlərlə və onların təklif etdiyi qiymətlərlə müqayisə aparılması doğru deyil. Təbii ki, insafən AZAL bir çox cəhətləri – təyyarələrin vəziyyəti, təhlükəsizlik və xidmət səviyyəsinə görə yaxşı mənada seçilir. Göründüyü kimi, şirkət də hesab edir ki, qoyduğu qiymətlər reallığa və xidmət səviyyəsinə uyğundur.

Lakin başqa bir reallıq da var ki, Azərbaycanda bir çoxlarının alıcılıq qabiliyyəti heç də hər zaman AZAL-ın qiymətlərilə uyğun gəlmir. Xüsusilə ailəvi səfərlərə çıxan vətəndaşlar üçün bu səfərlər yüksək bilet qiymətləri səbəbindən çox baha başa gəlir.

AZAL prezidenti həmin müsahibəsində deyib ki, Heydər Əliyev Hava Limanında AZAL-dan başqa 40 xarici aviaşirkət uçuşlar həyata keçirir və onlardan 15-i aşağı büdcəli şirkətlərdir. S.Rzayevin dediyinə görə, 2025-ci ildə 1.7 milyon sərnişin həmin şirkətlərin xidmətindən istifadə edib. Ümumilikdə isə ötən il ərzində bütün aviaşirkətlərin xidmət göstərdiyi sərnişinlərin sayı cəmi 3.5 milyon nəfər olub. O həmçinin qeyd edib ki, uçuşların yalnız 49 faizi AZAL, qalanları isə xarici şirkətlər tərəfindən həyata keçirilib. Şirkət başçısının təqdim etdiyi statistikaya əsaslansaq, ümumilikdə sərnişinlərin tən yarısı (3.5 milyondan 1.7 milyonu) həmin 15 loukoster şirkət tərəfindən daşınıb…

Lakin ən çox tələbat olan Türkiyə, Gürcüstan, Rusiya və s. bu kimi istiqamətlərdə həmin loukosterlərin xidmətlərinə elə də tez-tez rast gəlinmir. Ən əsası isə AZAL prezidentinin müsahibəsindən də aydın olur ki, ucuz daşımalara, münasib qiymətli aviabiletlərə böyük tələbat var və bu, başa düşüləndir. Deməli, AZAL-ın özü tərəfindən mütəmadi kampaniyalar keçirilməsinə, xüsusilə də populyar istiqamətlərə vaxtaşırı endirimli qiymətlər təklif edilməsinə ehtiyac var.

Daha dayanıqlı və optimal variant isə Azərbaycanın öz loukoster şirkətinin bu bazarda mövcudluğu və fəallaşmasıdır. Bir zamanlar AZAL-ın aşağıbüdcəli törəməsi olan “Buta Airways” olduqca populyar idi və onun fəaliyyəti məmnunluqla qarşılanırdı. İndi eyni ənənəni bərpa etmək faydalı olardı.

Qeyd edək ki, bu və ya digər formada aşağıbüdcəli uçuşların təşkili yalnız yerli mülki aviasiyanın qarşısında duran vəzifə deyil. Bu, eləcə də yerli əhali üçün xarici səfərlərin əlçatanlığı ilə yanaşı, ölkəmizə xarici turist axını və yerli turizmin inkişafı üçün də vacib istiqamətdir.

AZAL-ın səviyyəsini, bir brend kimi keyfiyyətini qorumaq vacibdir. Ancaq bununla yanaşı, loukoster xidmətinə olan ehtiyac da təmin edilməlidir…

“AzPolitika.info”  

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir…
Next: “McDonalds-da biabırçılıq” – VİDEO

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.