Skip to content
17.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “ADY rəhbərliyi insanları dövlətlə üz-üzə qoyur”
  • GÜNDƏM
  • ÖLKƏ

“ADY rəhbərliyi insanları dövlətlə üz-üzə qoyur”

admin 22.05.2026
1779375223_1
Bakı–Tbilisi–Bakı sərnişin qatarı üzrə açıqlanan qiymətlər ADY-dən narazılığı pik həddə çatdırıb. Vətəndaşlar hesab edir ki, 81 manatdan başlayan bilet qiymətləri, əlavə sığorta ödənişləri və ümumi xərcin iki nəfər üçün 600-700 manata qədər yüksəlməsi Gürcüstana səfəri sadə insanlar üçün əlçatmaz edir. Sosial şəbəkələrdə səsləndirilən fikirlərdə əsas irad ondan ibarətdir ki, ölkədə 400-500 manat maaş alan insanlar üçün bu qiymətlər reallıqdan tamamilə uzaq görünür.

İnsanlar sual edir ki, sosial vəziyyət bu qədər ağır olduğu halda, dövlət qurumları niyə vətəndaşın büdcəsini deyil, əlavə gəlir əldə etməyi düşünür? Bəzi ekspertlər və ictimai şəxslər isə hesab edirlər ki, belə qiymət siyasəti cəmiyyətdə dövlət qurumlarına qarşı narazılığı daha da artırır və insanlar özlərini diqqətdən kənarda qalmış hesab edirlər.

Ümumiyyətlə, ADY rəhbərliyinin qiymət siyasətinin dövləti insanlarla qarşı-qarşıya qoymaqdan ibarət olduğu qənaətinə gələnlər də az deyil. Görəsən, Bakı–Tbilisi qatarında tətbiq olunan yüksək qiymətlərə yenidən baxılacaqmı, yoxsa vətəndaşın narazılığı yenə qulaqardına vurulacaq?

Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ADY rəhbərliyini sərt tənqid edib. O, bildirib ki, ölkədə 400-500 manat maaş alan insanların sayı belə azdır və əhalinin böyük hissəsi işsizlikdən əziyyət çəkir: “Vətəndaşlarımızın 30-40 faizi bu maaşı ala bilər. Qalanları işsizdir. Rəsmi rəqəmlərlə reallıq arasında böyük fərq var. Biz xalqın arasındayıq və vəziyyəti görürük. Vətəndaşlardan alınan əlavə sığorta ödənişləri də insanlarda narazılığı artırır. Yüksək vəzifəli şəxslər xalqın gündəlik problemlərindən uzaq düşüblər.

Bizim məmurlar vətəndaşın vəziyyətindən xəbərsizdir. Qapıları üzlərinə bağlanıb. İnsanların problemlərini görmürlər. Bütün əlavə xərcləri də vətəndaşın cibindən çıxarırlar”. Azərbaycan Dəmir Yolları və digər dövlət qurumlarının fəaliyyəti ilə bağlı da sərt fikirlər səsləndirən Hafiz Hacıyev bildirib ki, Prezidentin tapşırıqları lazımi səviyyədə icra olunmur: “Cənab Prezident göstəriş verir ki, millət yaxşı yaşasın. Amma məmur təbəqəsi bu tapşırıqları yerinə yetirmir. Xalqla dövlət başçısı arasında böyük uçurum yaradıblar.

Artıq insanlar qaynamağa başlayıb. Bu narazılığın qarşısı alınmalıdır. Qiymətlər yenidən nəzərdən keçirilməli, vətəndaşların cibinə uyğun səviyyəyə endirilməlidir”. Hafiz Hacıyev Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətinə də toxunaraq bildirib ki, minlərlə insanın ailə əlaqələri və gündəlik gediş-gəlişi nəzərə alınmalıdır:

“Gürcüstanda yüz minlərlə soydaşımız yaşayır. İnsanların gedib-gəlməsi üçün münasib şərait yaradılmalıdır. Bu qədər vətəndaşı qıcıqlandırmaq düzgün deyil. Bizim məmurlara səslənirəm, pəncərələri açsınlar, xalqın nəfəsini duysunlar. İnsanların arzularını, problemlərini eşitsinlər. Bu cür davam etmək olmaz”.

Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Yelo Bank“da kreditlərdən “şapka“ alanın adı bilindi – Vüqar Əliyev kimdir?
Next: Orxan Bağırovun rəhbəri olduğu AKOND şirkəti Kəlbəcərdə işçilərin maaşını vermir?

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi enzo-perez-y-messi_862x485
  • İDMAN

DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

admin 16.07.2026
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün ən yaxşı oyunçusu seçilib. Bu,...
DAVAMI Read more about DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

Bütün yazılar

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.