Skip to content
16.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası – FOTOLAR
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası – FOTOLAR

admin 21.05.2026
1779368673_d43abc23fd_001

7 ay, 7 gün əvvəl Prezident Administrasiyasının keçmiş rəhbəri, uzun illər “boz kardinal” ünvanı hesab olunan Ramiz Mehdiyev istintaqa cəlb olundu. Bundan sonra illərlə onun və ətrafının – xüsusilə kürəkəni, “vurub-yıxan əli” olan keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin adına bağlı çeşidli qanunsuzluqların araşdırılacağına böyük ümidlər vardı. Ramiz Mehdiyev hazırda evində dustaqdır.

Kürəkəni, ailə üzvləri nəinki kölgəyə çəkilmir, əksinə, milyonluq avtomobil kolleksiyaları ilə Bakı küçələrində əzələ-gövdə nümayiş etdirir, sanki hər kəsə meydan oxumaqla qürrələnirlər. Bu günlərdə sosial şəbəkələrdə yayılan İlham və oğlu Hikmət Əliyevlərin Bakı küçələrində hərəkət edən avtomobillərinin fotoları sadə bir həyat tərzinə ironiyadır, ağlasığmaz bir dəbdəbədən xəbər verir. Maraqlıdır ki, bu avtomobillərin demək olar ki, hamısı vahid bir seriya xəttinə – 040 nömrə nişanlarına bağlanıb.

Siyahı kifayət qədər zəngindir və hər birinin qiyməti yüz minlərlə manatla ölçülür:

Mercedes-Maybach S-Class (90-AA-040) – Dövlət seriyasına yaxınlığı ilə seçilən, status rəmzi olan lüks sedan.

Rolls-Royce Ghost/Phantom (10-YY-040) – Dünyanın ən bahalı lüks avtomobillərindən biri.

Mercedes-Maybach GLS (10-AY-040) – Son model ultra-lüks yolsuzluq avtomobili.

Mercedes-AMG G-Class (Gelandewagen) (10-AB-040 və 10-PP-040) – Qara və mat rənglərdə, xüsusi tyuninq olunmuş bir neçə “G-Class”.

Bentley Bentayga (10-PP-040) – Eksklüziv idman-lüks krossoveri.

Təkcə bu qarajın ümumi bazar dəyəri milyonlarla manat təşkil edir. Keçmiş bir deputatın və onun gənc övladının bu dərəcədə nəhəng maliyyə resurslarına sahib olması hansı leqal biznesin nəticəsidir? Bu resurslar uzun illər boyu sahibkarlar və dövlətin büdcəsindən müxtəlif yollarla mənimsənilən vəsaitlərin kiçik bir təzahürü deyil?

Mətbuatda və ictimaiyyətdə ən çox rezonans doğuran məqam isə hüquq-mühafizə orqanlarının bu aşkar dəbdəbə qarşısındakı sükutudur. Ramiz Mehdiyevin adı dövlətə xəyanət dosyesində hallanarkən, onun ailəsinin toxunulmazlığı hansı qanunlarla qorunur?

Karantin dövründə xüsusi rejim qaydalarını nümayişkaranə şəkildə pozaraq toy edən və buna görə qısa müddətli həbs həyatı yaşayan kürəkəni üçün sanki qanunlar elə həmin xırda xətalarla bitir. Təkcə Şabran rayonunda sabibkar Mansur İbrahimova qarşı törədilən cinayət – onun 10 milyonlarla manat dəyərində olan biznesinin 5 min 600 manata rəsmiləşdirilərək əlindən alınması, bu cinayətin bu gün də araşdırılmamış qalması da anlaşılmaz suallar sırasındadır. Mehdiyevin, onun kürəkəninin qeyri-qanuni varlanma faktları ortadadır. Ramiz Mehdiyevin kürəkəninin lüks həyatı və sərvəti hüquqi müstəvidə ciddi şəkildə araşdırılmalıdır.

Sadə bir hesablama aparmaqla xalqın, elə sahibkar Mansur İbrahimovun əlindən alınan biznesinin pulları hara gedir sualına cavab axtarmaqda fayda var. Fotoşəkillərdə görünən cəmi 6 avtomobilin ümumi dəyəri minimum 2.5 milyon – 3 milyon manat (təxminən 1.5 – 1.8 milyon dollar) arasındadır. İndi isə gəlin bu qarajın təkcə yanacaq (benzin) talanına baxaq.

Bir maşının günlük benzin xərci orta hesabla 50 manatdır. Bu halda 6 maşının ümumi günlük benzin xərci 300 manat, aylıq benzin xərci isə 9 min manat, illik təkcə benzin xərci 108 min manatdır. Bunun üzərinə avtomobillərin illik sığorta haqlarını, xaricdən gətirilən xüsusi ehtiyat hissələrini, lüks təkər dəstlərini və ayda bir neçə min manat maaş alan xüsusi mühafizəçi-sürücü heyətini də gəlsək, bu qarajın illik saxlanma xərci yüz minlərlə manat edir. Azərbaycanda minlərlə ailənin aylıq dolanışıq büdcəsi (minimum əməkhaqqı 400 manatdır) bu oliqarx övladlarının cəmi bir neçə günlük benzin puluna bərabərdir. Ramiz Mehdiyevin dövlət idarəçiliyində olduğu onilliklər ərzində formalaşan bu kölgə iqtisadiyyatının və qanunsuz varlanmanın bariz nümunəsi olan “040” kolleksiyası, sadə bir avtomobil sevdası deyil. Bu, xalqa və dövlətin apardığı antikorrupsiya siyasətinə qarşı açıq-aşkar bir çağırışdır.

Musavat.com






Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Prezident İlham Əliyevlə Fransa Prezidenti arasında telefon danışığı oldu
Next: “Lux Residence”lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir – FOTO

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi enzo-perez-y-messi_862x485
  • İDMAN

DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

admin 16.07.2026
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün ən yaxşı oyunçusu seçilib. Bu,...
DAVAMI Read more about DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

Bütün yazılar

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.