Skip to content
16.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? –
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • ÖLKƏ

KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? –

admin 21.05.2026
1779332977_1

“Bakıdan Tbilisiyə qatarın minimum gedişhaqqı 81 manat olacaq. Böyük ehtimalla bu plaskartın qiymətidir. 2019-cu ildə isə plaskartın qiyməti 26 manat idi. Yəni qiymət 3 dəfədən çox artıb. Faizlə bu 211,5% inflyasiya deməkdir”.

Mia.az xəbər verir ki, bunu vəklil Əkrəm Həsənov sosial media hesabında yazıb.

O bildirib ki, Mərkəzi Bankın rəsmi göstəricilərinə görə, ötən 7 ilin cəmi (toplanan, kumulyativ) inflyasiya göstəricisi təxmini 50%-dir. Başqa sözlə, bizdə rəsmi inflyasiya göstəricisi azı 4 dəfə aşağıdır:

“Xatırladıram ki, Mərkəzi Bankın sədri ilə ekspertlərin sonuncu görüşündə əsas mübahisə mövzularından biri bu idi. Belə ki, Mərkəzi Bank inflyasiya göstəricisini hesablayarkən tələbatı yüksək olmayan çoxsaylı malların (xidmətlərin) da qiymətini nəzərə alır. Halbuki, əhalini ilk növbəti yüksək tələbat olan şeylərin qiymətinin artması maraqlandırır. Tbilisiyə qatarın qiyməti də onlardan biridir.

Odur ki, rəsmi inflyasiya göstəricisini həmişə tam əminliklə 4-ə vura bilərsiz. Məsələn, Mərkəzi Bankın bu ilə inflyasiya proqnozu təxmini 6%-dir. Deməli, real qiymət artımı hardasa 25% olacaq…”.

Bəs, qiymət əvvəlki illərə nisbətdə niyə fantastik dərəcədə qalxıb?

Mia.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov APA-ya açıqlama verib.

AZƏR FƏRƏCOV

“Pandemiya dövründən etibarən qlobal miqyasda həm hava, həm də dəmir yolu nəqliyyatı üzrə sərnişin daşımalarında tariflərdə əhəmiyyətli artım müşahidə olunub. 2019–2025-ci illər ərzində beynəlxalq sərnişin biletlərinin qiymətləri orta hesabla təxminən 110% yüksəlib. Bu artım, əsasən, enerji resurslarının bahalaşması, yüksək inflyasiya, təchizat zəncirində yaranmış çətinliklər, ehtiyat hissələri və texniki xidmət xərclərinin artması ilə əlaqədardır.

Məsələn, dizel yanacağının qiyməti 0,60 manatdan 1,10 manata yüksəlib ki, bu da 83 faiz artım deməkdir. Qeyri-əhali istehlakçıları üçün elektrik enerjisi tarifi 0,09 manatdan 0,125 manata yüksələrək təxminən 40 faiz artıb. Minimum aylıq əməkhaqqı 2019-cu ildən etibarən 180 manatdan 400 manata çatıb. Ezamiyyə xərclərində də 45 faizə qədər artım müşahidə olunub.

İkincisi, xidmət səviyyəsi dəyişib. Əvvəllər bu marşrutda daha sadə və köhnə vaqonlardan istifadə olunurdu. Hazırda isə sərnişinlərə “Stadler” markalı müasir yataq tipli vaqonlar təqdim edilir” – deyə bildirib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Təhsil İnstitutunun “MARAQLI ” sxemi: 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Next: Bu mağazada yarım milyonluq yeyinti – Menecer həbs edildi

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi enzo-perez-y-messi_862x485
  • İDMAN

DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

admin 16.07.2026
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün ən yaxşı oyunçusu seçilib. Bu,...
DAVAMI Read more about DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

Bütün yazılar

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.