Skip to content
16.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI – TƏFƏRRÜAT
  • GÜNDƏM
  • ÖLKƏ

Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI – TƏFƏRRÜAT

admin 21.05.2026
1779348638_3701837f14_555

Rusiya prokurorluğu azərbaycanlı iş adamı Şahlar Novruzov və xanımını dələduzluqda ittiham edir.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Krasnodarda iş adamı Şahlar Novruzov barəsində məhkəmə prosesi başlayıb. Prokurorluq onu “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin payları ilə bağlı xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə ittiham edir. Məhkəmə prosesi qapalı keçirilib.
İstintaqın versiyasına görə, Novruzov 2014-cü ildə müəssisəni “Vonixel Limited” adlı ofşor şirkətə satıb. İddiaya görə, lakin 10 il sonra liman üzərində nəzarəti yenidən ələ keçirmək qərarına gələrək saxta boşanma prosesi təşkil edib. Bu prosesdə onun həyat yoldaşı rolunu oynayan qohumu sövdələşmənin ləğv edilməsini tələb edib.
Krasnodar Vilayət Məhkəməsi Şahlar Novruzovla yanaşı və Leyla Hacıyevanı da məsuliyyətə cəlb edib.
Şahlar Novruzov “Kafe Starıy Baku” MMC və “Dar Frut” MMC-nin direktoru vəzifələrində çalışıb. Bundan başqa, iş adamı “Tuapse Dəniz Kommersiya Limanı” (TMKL), “TMKL Müəssisəsi” və “Temryuk Dəniz Aşırma Terminalı” şirkətlərinə sahib olub. Tuapsedə yerləşən liman müəssisələri vasitəsilə Rusiyanın cənubuna idxal olunan meyvə və tərəvəzlərin əhəmiyyətli hissəsi daşınır.
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Novruzov və Hacıyevaya qarşı cinayət işi TMKL şirkətinin sahibinin dəyişdirilməsi ilə bağlıdır.
2014-cü ilin oktyabrında Şahlar Novruzov Oleq Basindən “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin 100 faiz payını alıb. İttihama görə, həmin ilin dekabrında isə bu payları Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” şirkətinə verib. Əvəzində Novruzov “Vonixel Limited”in səhmlərini əldə edib. Beləliklə, Tuapsedəki dəniz aşırma terminalına nəzarət xarici sahiblərin əlinə keçib.
2022-ci ildə Britaniyanın asılı ərazisi olan Britaniya Vircin adaları Rusiya üçün “dost olmayan ölkələr” siyahısına daxil edilib. İttiham tərəfinin fikrincə, məhz bu dövrdə Şahlar Novruzovun biznesi yenidən öz nəzarətinə qaytarmaq və Rusiya nəzarət orqanlarının diqqətindən yayındırmaq ideyası yaranıb.
İstintaq materiallarında bildirilir ki, planı həyata keçirmək üçün Novruzov qohumu Leyla Hacıyevanı özünü onun həyat yoldaşı kimi təqdim etməyə razı salıb. İttihama görə, onların hesablaması qanundakı bir normaya əsaslanırdı: həyat yoldaşlarından biri razılığı olmadan bağlanmış müqaviləni etibarsız saydıra bilər.
2024-cü ilin fevralında Leyla Hacıyeva Krasnodarın Prikuban rayon məhkəməsinə boşanma ərizəsi, həmçinin TMKL şirkətinin 100 faiz payının “Vonixel Limited” ofşoruna verilməsi ilə bağlı müqavilənin etibarsız sayılması tələbi ilə müraciət edib.
Hacıyeva məhkəməyə 2014-cü ildə Azərbaycanda bağlandığı göstərilən nikah haqqında şəhadətnamənin surətini təqdim edib. Lakin həmin vaxt Tuapsedəki liman obyektləri ətrafındakı hadisələr artıq Rusiya hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Onlar Şahlar Novruzov və Leyla Hacıyeva arasında əslində nikahın bağlanmadığı barədə məlumat əldə ediblər.
2025-ci ilin martında dələduzluğa cəhd faktı üzrə cinayət işi açılıb. Şahlar Novruzov həbs olunub və hazırda da həbsdə saxlanılır.
Məlumata görə, biznesmen və qadın özlərini təqsirli hesab etmirlər. Onlar nikahın saxta olmasının sübuta yetirilmədiyini bildirirlər. TMKL paylarını mənimsəməyə cəhd ittihamına gəlincə isə, Şahlar Novruzovun müdafiə tərəfi Tuapse limanındakı bütün aktiv əməliyyatlarının qanuni olduğunu deyir.
2025-ci ilin noyabrında Krasnodar diyarının Arbitraj Məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək Şahlar Novruzova məxsus əmlakın, o cümlədən “Tuapse Dəniz Kommersiya Limanı”, “TMKL Müəssisəsi”, “Dar Frut” və “Temryuk Dəniz Aşırma Terminalı” şirkətlərinin Rusiya dövlətinin gəlirinə keçirilməsi barədə qərar çıxarıb.
Məhkəmə belə qənaətə gəlib ki, mübahisəli aktivlər “Müdafiə və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan təsərrüfat cəmiyyətlərinə xarici investisiyaların qoyulması qaydası haqqında” qanunun pozulması ilə əldə olunub. Belə ki, həmin sövdələşmələr Rusiya hökuməti ilə razılaşdırılmayıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Artıq üçüncü həftədir, güclə nəfəs alıram” – VİDEO
Next: WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi enzo-perez-y-messi_862x485
  • İDMAN

DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

admin 16.07.2026
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün ən yaxşı oyunçusu seçilib. Bu,...
DAVAMI Read more about DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

Bütün yazılar

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.