Skip to content
17.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Suraxanıda ağa kimdir – Adil Əliyev sözünü tutmur, paytaxtda isə şəhərsalma forumu gedir
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Suraxanıda ağa kimdir – Adil Əliyev sözünü tutmur, paytaxtda isə şəhərsalma forumu gedir

admin 20.05.2026
1779256143_1
Aprelin 6-da Bakının Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Yeni Günəşlidə yerləşən “Sahil – S İnşaat” MTK sakinlərini qəbul etmişdi.
Anaxeber.info.az-ın məlumatına görə, sakinlər icra başçısından yaşadıqları binanın həyətində abadlıq işləri görülməsini, park salınmasını, uşaqların istirahəti və əylənməsi üçün şərait yaradılmasında köməklik göstərilməsini xahiş etmişdilər. 165 ailəni təmsil edən bir qrup sakin icra başçısı Adil Əliyevin qəbuluna yazılıb və həftənin ilk iş günü də onunla görüşmək imkanına nail olublar. Söhbət o sakinlərdən gedir ki, yaşadıqları binanın problemləri Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın daim diqqətində olub, onun tapşırıqları və dəstəyi əsasında bir sıra problemlər həllini tapıb. Yəni binanın kommunal təchizatının (qaz, su, işıq və s.) təmin olunmasında hörmətli Mehriban xanımın xüsusi əməyi olub. Çünki sözügedən şirkətdən mənzil alan sakinlər dələduzluğun qurbanı olub və indiyə qədər də bu iş üzrə məhkəmə prosesi getməkdədir. Ona görə də dövlətin himayəsi nəticəsində sakinlərin bir çox çətinlikləri keçmişdə qalıb. Ancaq indiyə qədər binanın həyətinin və ətrafının abadlaşdırılması, yaşıllaşdırılması, park salınması, uşaqlar üçün stadion, sürüşkən və başqa oynamaq şəraiti yaradılması mümkün olmayıb. Çünki sakinlərin buna maddi gücü çatmayıb.
Anaxeber.info.az xatırladır ki, əslində, hələ iki il bundan əvvəl sakinlər Suraxanı rayon icra başçısı Adil Əliyevə müraciət edərək abadlaşma üçün köməklik göstərilməsini xahiş etmişdi. O zaman icra başçısı əraziyə gəlib və baxış keçirib, sakinlərə bildirmişdi ki, İH-nə layihə təqdim etsinlər, binanın ətrafını necə görmək istədiklərini göstərsinlər. Həmin vaxt eskiz kimi bir layihə hazırlanıb və Suraxanı İH-nə təqdim olunmuşdu. Ancaq geridə qalan 2 il ərzində rayon rəhbərliyi heç bir addım atmadığına görə, bu il aprelin 6-da sakinlər yenidən icra başçısının qəbuluna getmişdi. Ötən ayın əvvəli baş tutan həmin görüşdə sakinləri dinləyən icra başçısı onlardan 1 ay vaxt istədiyini söyləmişdi. Lakin qəbul otağında olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov özünü icra başçısından və Prezidentdən, dövlətdən üstün bilərək ürəkbulandırıcı müdaxilələr etmişdi. MKTB rəisi sakinlərə demişdi ki, bəli, o vaxt əraziyə baxış keçirilib, vətəndaşlardan layihə istənilib, amma “səhv etmişik”. Yəni icra başçısının gözü qarşısında ona aid olmayan işlərə “burun soxan” Mais Məmmədov dövlətin, onun icra orqanı adından “səhv etmişik” deyərək sakinlərə yersiz cavab qaytarmışdı. Artıq 6 apreldə keçirilən qəbuldan 1 aydan çox vaxt keçir. Ancaq icra başçısının bir aydan artıq vaxt ərzində sakinlərin xahişi ilə bağlı hər hansı addım atması olmayıb. Halbuki Adil Əliyev ayrı-ayrı ünvanlarda görüşlər keçirir, müxtəlif məsələlərlə maraqlanır, amma bir binanın sakinlərinin probleminə diqqət ayırmır. Belə çıxır ki, ya MKTB rəisi Mais Məmmədovun “səhv etmişik” sözünü eşidir, ya da Adil Əliyevin ona sözü keçmir, gücü çatmır. Çünki buna başqa cür izah vermək çətindir. Mais Məmmədovun 165 ailənin məsələsinə əngəl olması həmin qəbulda da göz qabağında idi. Ancaq sakinlər MKTB rəisinin yox, icra başçısının qəbuluna gəlmişdi. Axı nə çətin işdir ki, sakinlər üçün park düzəldəsən, uşaqların yayda oynamasına şərait yaradasan, sakinləri sevindirəsən?! Bunun özü də bir savabdır, yaxşılıqdır. Amma belə məlum olur ki, rayona rəhbərlik edən Adil Əliyev olsa da, rayonda ağalıq edən Mais Məmmədovdur. Onun müdaxiləsi sakinlərlə icra başçısının arasına girib. Hərçənd vətəndaşlar Adil Əliyevdən şikayətçi, narazı deyildi, sadəcə, xahişə gəlmişdi. Amma Mehriban xanımın, dövlətin sakinlərə verdiyi dəstəyə baxmayaraq, rayon icra başçısı bu siyasəti davam etdirmir. Halbuki hazıda Bakıda BMT-nin şəhərsalma forumu keçirilir, ekologiya, mənzil, urbanizasiya və digər vacib müzakirələr gedir, amma Adil Əliyev bir binanın həyətini belə düzəltməkdə köməklik göstərmir. Bununla belə, sakinlər hələ də ümidlidir ki, icra başçısı müjdə verəcək…

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Novxanıda yanan “AF Hotel” kimindir? – “EuroHome”un sahibinin növbəti obyekti alovlar içində
Next: SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi enzo-perez-y-messi_862x485
  • İDMAN

DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

admin 16.07.2026
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün ən yaxşı oyunçusu seçilib. Bu,...
DAVAMI Read more about DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

Bütün yazılar

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.