Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına – 10 il 6 aylıq cəza verildi
  • ARAŞDIRMA

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına – 10 il 6 aylıq cəza verildi

admin 14.05.2026
fuad

Bir il əvvəl ictimaiyyətə daha çox qalmaqallı ailə mübahisəsi kimi təqdim olunan iş adamı Fuad Allahverdiyevin işi bir neçə gün əvvəlki məhkəmə hökmü ilə fərqli hüquqi məzmun alıb. 

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevin keçmiş həyat yoldaşı Allahverdiyeva Gülşən Əsgər qızı hədə-qorxu ilə tələb etmə və qanunsuz materialların yayılması ilə bağlı cinayət əməllərində təqsirli bilinib.

Hadisələrin ilkin mərhələsində əsas diqqət Fuad Allahverdiyevə qarşı irəli sürülən ittihamlara yönəlmişdi. 2025-ci ildə yayılan məlumatlarda onun keçmiş həyat yoldaşı ilə bağlı cinayət işi üzrə məhkəmə qarşısına çıxarıldığı, barəsində müxtəlif ittihamların irəli sürüldüyü bildirildi.

Həmin dövrdə iş adamının adı ictimai müzakirələrdə daha çox neqativ kontekstdə hallandırılır, məsələ sadəcə isə keçmiş ər-arvad arasında yaranmış şəxsi münaqişə kimi təqdim olunurdu.

Lakin sonrakı məhkəmə qərarları bu mənzərəni dəyişib. Açıq mənbələrdə dərc olunan məlumatlara görə, Xəzər Rayon Məhkəməsi 2025-ci ildə Fuad Allahverdiyevə qarşı irəli sürülmüş ittihamlardan biri üzrə bəraət hökmü çıxarıb, həbsdə saxlanıldığı müddəti nəzərə alaraq onun nəzarət şərti ilə məhkəmə zalından azadlığa buraxılmasına qərar verib. Sonradan isə o, amnistiya aktına əsasən cəzadan azad edilib, hazırda məhkumluğu yoxdur.

28 aprel 2026-cı il tarixli hökm isə işin başqa tərəfini ön plana çıxarıb. İstintaq materiallarına əsasən, Allahverdiyeva Gülşən Əsgər qızı Fuad Allahverdiyevə aid şəxsi xarakterli foto və video materialları qanunsuz şəkildə əldə edib, həmin materiallardan tamah məqsədilə istifadə etməkdə və hədə-qorxu yolu ilə külli miqdarda əmlak tələb edib.

İş materiallarında diqqətçəkən epizodlardan biri tərəflər arasında 2014-cü ildə rəsmiləşdirildiyi bildirilən nikahla bağlıdır. Materiallarda həmin nikahın rəsmiləşdirilməsi ilə bağlı mübahisəli məqamların olduğu, bu epizod üzrə Allahverdiyeva Gülşən Əsgər qızının yaxın qohumu olan və həmin dövrdə Abşeron Rayon Qeydiyyat Şöbəsində çalışdığı bildirilən Tahirə Əsgərovanın adının keçdiyi qeyd olunur.

Məhkəmə sənədlərində əksini tapan digər mühüm istiqamət pul və əmlak məsələsi ilə bağlıdır. Təqdim olunan məlumatlarda qeyd edilir ki, Allahverdiyeva Gülşən Əsgər qızı Fuad Allahverdiyevə məxsus pul vəsaitlərini ələ keçirməkdə də ittiham olunub. Həmin məlumatlara görə, bu vəsaitlərin bir hissəsinin sonradan onun qardaşı Elşən Əsgərov Əsgər oğlunun adına şəhərin mərkəzində bahalı mənzilin alınmasına yönəldildiyi bildirilir. Bu epizod işin yalnız şəxsi münasibətlər müstəvisində deyil, həm də əmlak maraqları və maddi nəticələr kontekstində araşdırıldığını göstərən əsas detallardan biri kimi təqdim olunur.

Başqa bir mühüm detal isə cinayətdə istifadə olunduğu göstərilən mobil nömrə ilə bağlıdır. Bildirilir ki, intim xarakterli materialların paylaşıldığı “WhatsApp” qrupunun yaradılması və həmin materialların yayılması Allahverdiyeva Gülşən Əsgər qızının atası Əsgərov Əsgər Mikayıl oğlunun adına olan mobil nömrə üzərindən həyata keçirilib. Təqsirləndirilən şəxs məhkəmədə həmin nömrənin atasına məxsus olduğunu, qrupun onun tərəfindən yaradıldığını və videoların da atası tərəfindən paylaşıldığını bildirib. Lakin məhkəmə bu müdafiə mövqeyini qəbul etməyib. Hökm məhz Allahverdiyeva Gülşən Əsgər qızı barəsində çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə 10 il, 242-ci maddəsi üzrə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəzalar qismən toplandıqdan sonra Allahverdiyeva Gülşən Əsgər qızına qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun övadı 14 yaşına çatana kimi (2029-cu il) cəzanın çəkilməsi təxirə salınıb.

Beləliklə, əvvəlcə ictimaiyyətə Fuad Allahverdiyevin əleyhinə təqdim olunan qalmaqal sonrakı məhkəmə qərarları fonunda fərqli hüquqi mənzərə yaradıb. 2025-ci ildə onun adı ağır ittihamlarla gündəmə gətirilmişdi. 2026-cı ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü artıq keçmiş həyat yoldaşının şəxsi həyat materiallarından istifadə etməklə hədə-qorxu mexanizmi qurması məsələsinə hüquqi qiymət verib.

Bu hökm yalnız ailə münaqişəsi kimi təqdim olunan hadisənin yekunu deyil. İş materiallarında şəxsi həyatın toxunulmazlığı, hədə-qorxu, əmlak tələbi, reputasiya zərbəsi və üçüncü şəxslərin adına rəsmiləşdirildiyi bildirilən əmlak epizodları kimi bir neçə istiqamət önə çıxır. Məhkəmə qərarı göstərir ki, şəxsi münasibətlər zəminində başlayan mübahisə hədə-qorxu və maddi tələb mexanizminə çevrildikdə məsələ artıq ailə müstəvisindən çıxaraq cinayət-hüquqi məsuliyyət doğuran hadisə kimi qiymətləndirilir.

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 7 azərbaycanlı gəncin öldüyü qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
Next: Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır

OXŞAR MÖVZULAR

fb_img_1782693155046_1782693301
  • ARAŞDIRMA
  • VİDEO

Qızıla görə anasını killerə öldürtdürən qız – Bakının “zolotaya mama”sının dəhşətli sonu

admin 29.06.2026
qumar-qumar
  • ARAŞDIRMA

Sabirabadda qumar oynayan iki nəfər cərimələndi

admin 29.06.2026
1782546095_1
  • ARAŞDIRMA

Lənkəranskinin qan düşməni idi – Məhkəmədən bu “qanuni oğru” ilə bağlı YENİ QƏRAR

admin 29.06.2026

XƏBƏR LENTİ

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
İngiltərənin “Mançester Siti” komandasının Entso Mareskanın təyinatını açıqlanıb. “Şəhərlilər” italiyalı mütəxəssislə 2029-cu ilin yayınadək anlaşma imzalayıb. O,...
DAVAMI Read more about “Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı
“Fənərbağça”nın yeni transferi zədələndi vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
“Fənərbağça”nın hücumçusu Vedat Muriqi məşq zamanı zədələnib. Kosovalı futbolçu məşq zamanı ağrı hiss edib. MRT müayinəsindən sonra...
DAVAMI Read more about “Fənərbağça”nın yeni transferi zədələndi
“Valideynlər, həyəcan təbili çalınır” 3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
Aşıq Samirə Əliyeva övlad tərbiyəsi və sosial şəbəkələrin uşaqlara təsirindən danışıb. Snətçi bu barədə “Əsas çözüm” adlı...
DAVAMI Read more about “Valideynlər, həyəcan təbili çalınır”
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
Ukrayna ordusu Donetsk vilayətinin Novoazovsk rayonu yaxınlığındakı avtomobil körpüsü, həmçinin Luqansk vilayətində yerləşən iki dəmir yolu körpüsünə...
DAVAMI Read more about Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar 1782742632_nn1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

admin 29.06.2026
Bakının Nərimanov rayonunun Təbriz küçəsində nəqliyyat infrastrukturu ilə əlaqədar genişmiqyaslı işlərə başlanılıb. “Qafqazinfo” xəbər verir ki, layihə...
DAVAMI Read more about Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

Bütün yazılar

rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.