Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib
  • SİYASƏT

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib

admin 12.05.2026
1778573771_screenshot-2026-05-12-121330

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də BP şirkətinin baş icraçı direktoru Meq O`Nili qəbul edib.
Dövlətimizin başçısı Meq O`Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik etdi, onun rəhbərliyi ilə SOCAR-BP uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirdi.
Prezident İlham Əliyev ölkəmizlə BP arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu dedi. Dövlət başçısı vurğuladı ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.
Azərbaycanla BP arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Prezident bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğuladı və tərəfdaşlığın strateji xarakter daşıdığını diqqətə çatdırdı.
Təbriklərə görə təşəkkürünü bildirən Meq O`Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini dedi.
BP şirkətinin baş icraçı direktoru Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğuladı.
Meq O`Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxundu.
Dövlət başçısı qeyd etdi ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyimizi bərpa etdikdən bir müddət sonra “Əsrin müqaviləsi”nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkəmizdə vəziyyətin çətin olduğunu dedi, ərazilərimizin itkisinə məruz qaldığımızı və humanitar fəlakətlə üzləşdiyimizi vurğuladı. Azərbaycan Prezidenti bildirdi ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda BP-yə göstərdiyi etimada görə minnətdarlığını bildirdi.
Söhbət zamanı BP-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olundu, şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxunuldu.
Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edildi, SOCAR-BP əməkdaşlığının perspektivləri müzakirə olundu.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qağaməli müəllimin kantorundə DƏRƏBƏYLİK
Next: İranda Bəluc qruplaşması ilə əlaqəli şəxs edam edilib

OXŞAR MÖVZULAR

kazakhstan_(y_kosherbaev)
  • SİYASƏT

Ceyhun Bayramov ilə Yermek Koşerbayev arasında telefon danışığı oldu

admin 30.06.2026
serencam
  • SİYASƏT

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi dövlət qulluğu sisteminə daxil edildi

admin 29.06.2026
17827462024613364030_1200x630
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Mehriban Əliyeva: Qarşıdakı üç il üçün konkret Yol xəritəsi müəyyən olunmuşdur

admin 29.06.2026

XƏBƏR LENTİ

Yüksək vəzifədə olan qaynım Natiq Əliyev məni aldadıb, evimi də, pulumu da ələ keçirdi. İndi kafelərdə qabyuyan işləyirəm 1782802786_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Yüksək vəzifədə olan qaynım Natiq Əliyev məni aldadıb, evimi də, pulumu da ələ keçirdi. İndi kafelərdə qabyuyan işləyirəm

admin 30.06.2026
Bir qrup dövlət qurumuna, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Daxili...
DAVAMI Read more about Yüksək vəzifədə olan qaynım Natiq Əliyev məni aldadıb, evimi də, pulumu da ələ keçirdi. İndi kafelərdə qabyuyan işləyirəm
Nazir onu idarə rəisi təyin etdi 1782819734_kemaleddin6563
  • CƏMİYYƏT

Nazir onu idarə rəisi təyin etdi

admin 30.06.2026
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis...
DAVAMI Read more about Nazir onu idarə rəisi təyin etdi
Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş – Xankəndidə söküntü həyata keçiriəcək 1782822801_xelil-goyushov9
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş – Xankəndidə söküntü həyata keçiriəcək

admin 30.06.2026
İş adamı Xəlil Göyüşova məxsus olduğu bildirilən “Körpü-Bina-Tikinti” şirkəti Xankəndi şəhərində və Kərkiçahan qəsəbəsində söküntü işləri həyata...
DAVAMI Read more about Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş – Xankəndidə söküntü həyata keçiriəcək
Mədəniyyət naziri: Qurultayın zəngin elmi və mənəvi irsi xüsusi ehtiramla yaşadılır 17828011025451720299_1200x630
  • MƏDƏNİYYƏT

Mədəniyyət naziri: Qurultayın zəngin elmi və mənəvi irsi xüsusi ehtiramla yaşadılır

admin 30.06.2026
“Birinci Türkoloji Qurultayı türk dünyası üçün xüsusi əhəmiyyətə malik elmi tədbirdir”. Teleqraf xəbər verir ki, bunu mədəniyyət naziri...
DAVAMI Read more about Mədəniyyət naziri: Qurultayın zəngin elmi və mənəvi irsi xüsusi ehtiramla yaşadılır
Pirşağıda dənizdə batan qadın müəllim imiş 087ca91456b6d4cc01eacb1559ad689d
  • HADİSƏ

Pirşağıda dənizdə batan qadın müəllim imiş

admin 30.06.2026
Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. “Qafqazinfo” xəbər verir ki, dənizdə boğularaq...
DAVAMI Read more about Pirşağıda dənizdə batan qadın müəllim imiş

Bütün yazılar

1782802786_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Yüksək vəzifədə olan qaynım Natiq Əliyev məni aldadıb, evimi də, pulumu da ələ keçirdi. İndi kafelərdə qabyuyan işləyirəm

admin 30.06.2026
1782819734_kemaleddin6563
  • CƏMİYYƏT

Nazir onu idarə rəisi təyin etdi

admin 30.06.2026
1782822801_xelil-goyushov9
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş – Xankəndidə söküntü həyata keçiriəcək

admin 30.06.2026
17828011025451720299_1200x630
  • MƏDƏNİYYƏT

Mədəniyyət naziri: Qurultayın zəngin elmi və mənəvi irsi xüsusi ehtiramla yaşadılır

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.