Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur” – Ekspertdən ETİRAZ
  • CƏMİYYƏT

“Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur” – Ekspertdən ETİRAZ

admin 08.05.2026
1778217770_1
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib ki, təhsil sahəsində ən azı 5 il işləyən və elmi araşdırmaları, məqalələri dərc olunan adamlar təhsil eksperti adı qazana bilər. Onun sözlərinə görə, bu məsələdə ekspertin təcrübəsi əsas olmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd etdi ki, Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur:

“Çünki Dövlət İmtahan Mərkəzi hər hansı bir ekspertin təhsil eksperti kimi formalaşmasında qiymətləndirmə meyarı kimi bir qurum deyil. Yəni DİM-in işi imtahan keçirməkdir. DİM-in belə bir səlahiyyəti yoxdur ki, təhsil ekspertləri ilə bağlı hər hansı kriteriyalar qoysun və yaxud bu kriteriyalara uyğun olanlar təhsil eksperti ola bilər, uyğun olmayanlar ola bilməz şəklində ifadələr desin. Hesab edirəm ki, bunun heç bir hüquqi əsası yoxdur. Sadəcə, Məleykə xanımın təklifi ola bilər. Əlbəttə, əgər təklif edibsə, bu istiqamətdə düşünürəm ki, haqlı təklifdir. Ekspertin təhsil sahəsində 5 ildən də çox işləməsi mütləqdir. Ekspertin təhsil ictimaiyyəti tərəfindən qəbul olunması mütləqdir. Beynəlxalq məqalələrin yazılması təhsil eksperti üçün hər hansı bir meyar deyil. Çünki beynəlxalq məqalələr alimlik dərəcəsində və yaxud da ali təhsil müəssisələrində işləyən professor-müəllim heyətinə aiddir. Təhsil eksperti nə kimi məqalə yazacaq? Təhsil eksperti hər hansı bir hadisəni, təhsillə bağlı hər hansı bir mövzunu, gündəmi analiz etmə qabiliyyətinə malik olmalıdır. Məqalə yazarsa, nə yaxşı, amma belə bir məcburiyyət də yoxdur. Bəli, elmi araşdırmalarla məşğul olmalıdır, mütəmadi olaraq təhsildə gedən bütün proseslərlə məşğul olmalıdır. Sadəcə elmi araşdırma deyil, təhsilə aid olan bütün proseslərlə, istər beynəlxalq təhsil olsun, istər yerli təhsil olsun, fərq etməz, məşğul olmaq lazımdır”.

Həmsöhbətimiz vurğuladı ki, ekspert bütün proseslər barədə məlumatlı olmalı, bütün prosesləri analiz etmə qabiliyyətinə malik olmalıdır:

“Yəni təhsil eksperti elmlər namizədi və yaxud elm adamı, alim, universitetdə dərs deyən hər hansı bir professor deyil. Təhsil eksperti təhsili analiz edən bir mütəxəssisdir. Məleykə xanıma bu istiqamətdə haqq verirəm ki, hal-hazırda həqiqətən də müəyyən biznes xarakterli sosial platformalarda çıxan təhsil ekspertləri var. Yəni bunların bəlkə də təhsildən ümumi olaraq anlayışı yoxdur, amma təhsillə bağlı, universitetlərə qəbul ilə bağlı fikirlər bildirirlər. Əlbəttə ki, bu, Məleykə xanımı narahat etdiyi kimi, bizi də narahat edir. Çünki təhsillə bağlı məlumatı olmayan birisi çıxıb təhsillə bağlı fikirlər söyləyir və yaxud da sosial platformalarda izləyici sayı çoxdursa, artıq müəyyən bir nüfuz əldə etməyə çalışır.

Amma həqiqi təhsil eksperti odur ki, təhsillə bağlı hər hansı bir mövzu olduğu təqdirdə həmin mövzu istiqamətində müəyyən analiz etmə qabiliyyətinə malik olsun. Analiz edə bilsin, təhlil edə bilsin, problemlə bağlı çıxış yollarını təklif etsin və yaxud problemə həll yolu göstərsin. Yəni təhsil eksperti təhsil ictimaiyyəti, mətbuat tərəfindən tanınmalıdır, mətbuat tərəfindən mütəmadi olaraq təhsillə bağlı məlumatların təqdim olunmasında fikir bildirməlidir. Beynəlxalq təcrübəyə baxdıqda, təhsil ekspertlərinin fikirləri, münasibətləri dövlət qurumları tərəfindən müsbət qarşılanır. Yəni dövlət qurumları təhsil ekspertləri ilə görüşlər keçirir, fikirlərini alır, təkliflərini alır. Amma çox təəssüf olsun ki, bizdə hal-hazırda DİM-in hər hansı bir layihəsi ilə və yaxud da qəbul imtahanı ilə bağlı müəyyən təklifləri və yaxud da fikir mübadiləsi, müzakirələri təhsil ekspertləri ilə aparılmır”.

R.Nurəliyev qardaş ölkə Türkiyədən də nümunələr verdi.

“Hər hansı bir məsələ gündəmə gəldiyi təqdirdə təhsil ekspertləri ilə dövlət qurumları arasında əməkdaşlıq həyata keçirilir, görüşlər keçirilir, fikir mübadiləsi aparılır, müzakirələr həyata keçirilir və müvafiq olaraq sağlam qərar verilir. Çünki sən bunu dinləməlisən. Sən bir qurumsan, imtahan keçirirsən. Bu keçirdiyin imtahanda hər hansı bir nöqsan var və yaxud hər hansı bir problem varsa, o problemi dilə gətirirlər. Yəni bu problemi dilə gətirdikləri təqdirdə demək ki, hər hansı bir problem var, dilə gətirirlər. Yaxud da bu problem olmaması üçün öncədən sən təhsil mütəxəssisləri ilə görüş həyata keçirməlisən. Təhsil adamları ilə görüşlər keçirilsə, daha yaxşı olar. Çünki onlardan yaxşı qəbul prosesini analiz edə biləcək şəxslər yoxdur, azdır. Hesab edirəm ki, bu istiqamətdə DİM də təhsil ekspertlərinin təkliflərinə, fikirlərinə, iradlarına, tənqidlərinə qulaq asmalıdır, fikir verməlidir. Tənqid nəyi ortaya çıxarır? Düzgün və problemsiz sistemi”, – deyə o yekunlaşdırdı.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı – TƏFƏRRÜAT
Next: “Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə

OXŞAR MÖVZULAR

ba2bab49a5689c580bb6b5468db46f6e
  • CƏMİYYƏT

Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO

admin 30.06.2026
1782819734_kemaleddin6563
  • CƏMİYYƏT

Nazir onu idarə rəisi təyin etdi

admin 30.06.2026
1782822801_xelil-goyushov9
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş – Xankəndidə söküntü həyata keçiriəcək

admin 30.06.2026

XƏBƏR LENTİ

“Zirə” bu gün Türkiyə klubu ilə qarşılaşacaq a51d4d4e-3ace-459c-83fb-0a6a8b084b94
  • İDMAN

“Zirə” bu gün Türkiyə klubu ilə qarşılaşacaq

admin 30.06.2026
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq. Görüş Bakı vaxtı...
DAVAMI Read more about “Zirə” bu gün Türkiyə klubu ilə qarşılaşacaq
Azərbaycan millisinin iki futbolçusu məşqçiliyə başladı affa-loqo
  • İDMAN

Azərbaycan millisinin iki futbolçusu məşqçiliyə başladı

admin 30.06.2026
Azərbaycanın qadınlardan ibarət əsas millisinin futbolçuları Manə Mollayeva və Günay İsmayılova məşqçiliyə başlayıblar. AFFA-nın qərarına əsasən, əsas...
DAVAMI Read more about Azərbaycan millisinin iki futbolçusu məşqçiliyə başladı
İran nümayəndə heyəti Dohaya səfər edə bilər 1750237972_iran
  • DÜNYA

İran nümayəndə heyəti Dohaya səfər edə bilər

admin 30.06.2026
İran nümayəndə heyəti dondurulmuş aktivlərin blokdan çıxarılması məsələsini müzakirə etmək üçün iyulun 1-də Qətərin paytaxtı Dohaya səfər...
DAVAMI Read more about İran nümayəndə heyəti Dohaya səfər edə bilər
Putin və Tokayev arasında telefon danışığı oldu 5050869033611234265
  • DÜNYA

Putin və Tokayev arasında telefon danışığı oldu

admin 30.06.2026
Bu gün Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub. Bildirilib ki,...
DAVAMI Read more about Putin və Tokayev arasında telefon danışığı oldu
Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO ba2bab49a5689c580bb6b5468db46f6e
  • CƏMİYYƏT

Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO

admin 30.06.2026
“Arzum” ləqəbi ilə tanınan tiktokerin səhhətində problem yarandığı bildirilib. Musavat.com xəbər verir ki, onun rəfiqəsi sosial şəbəkə...
DAVAMI Read more about Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO

Bütün yazılar

a51d4d4e-3ace-459c-83fb-0a6a8b084b94
  • İDMAN

“Zirə” bu gün Türkiyə klubu ilə qarşılaşacaq

admin 30.06.2026
affa-loqo
  • İDMAN

Azərbaycan millisinin iki futbolçusu məşqçiliyə başladı

admin 30.06.2026
1750237972_iran
  • DÜNYA

İran nümayəndə heyəti Dohaya səfər edə bilər

admin 30.06.2026
5050869033611234265
  • DÜNYA

Putin və Tokayev arasında telefon danışığı oldu

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.