Skip to content
03.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar – “Norm”dan ŞİKAYƏT+MÖVQE
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar – “Norm”dan ŞİKAYƏT+MÖVQE

admin 06.05.2026
1778039504_1

Azərbaycanın inşaat materialları bazarında aparıcı mövqeyə malik olan “Norm” sement zavodunun fəaliyyəti daim ictimaiyyətin və aidiyyəti şəxslərin diqqət mərkəzindədir. Yazın gəlişi ilə inşaat mövsümünün başlaması diqqətin artmasına səbəb olub.

AFN.az xəbər verir ki, sosial şəbəkələrdə və şəxsi söhbətlərdə məhz inşaat mövsümünün başlaması ərəfəsinə təsadüf edən qiymət artımları və keyfiyyətə dair iradlar səslənməkdədir. İnşaat sektorunda fəaliyyət göstərən həmsöhbətimiz bildirir ki, yanvar ayında 7.60 – 8.00 AZN civarında olan “Norm 300” (B Klass) məhsulu aprel ayında 8.20 AZN-ə, “Norm 500” (C Klass) markalı sement isə 8.60 AZN-dən 9.00 AZN-ə qədər bahalaşıb.

Fərdi tikinti ilə məşğul olan istifadəçilər bu artımı “süni bahalaşma” və “mövsümi manipulyasiya” kimi xarakterizə edirlər. İstehlakçıların əsas tənqidi ondan ibarətdir ki, xammal yerli resurslar (daş və klinker) hesabına təmin olunmasına baxmayaraq, qiymətlər mütəmadi olaraq xarici amillər bəhanə gətirilməklə artırılır. İstifadəçilər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini bazarda mümkün “kartel sövdələşmələri”ni araşdırmağa çağırırlar.

Şikayətçiləri dinləyərkən, “Norm”un yalnız qiyməti ilə bağlı deyil, həm də texniki göstəriciləri ilə bağlı narazılıqların olduğu üzə çıxır. Belə ki, bazar iştirakçıları arasında bu istiqamətdə də etiraz edənlər var. Bəzi partiyalarda sementin “gec donması” və bərkimə prosesindən sonra səthdə yaranan çatlarla bağlı şikayətlər yer alır. İddialara görə, kağız üzərindəki marka göstəriciləri (M-400 və ya M-500) ilə real tətbiqdəki möhkəmlik göstəriciləri arasında uyğunsuzluqlar müşahidə olunur. Bu da tikintidə keyfiyyət fərqinə səbəb olur. “Nəticədə bizim işimiz etibarsızlaşır, müştərilərimizlə üz-göz oluruq” – deyə inşaatçı həmsöhbətimiz bildirir.

Şikayətlər bununla da bitmir. Ustalar regional satış nöqtələrində və distribütor şəbəkəsindən də narazıdırlar. Onların ən çox şikayətçi olduğu məqam kisələrin çəkisi ilə bağlıdır. Bəzi istifadəçilər sement kisələrinin tam 50 kq olmadığını, daşınma zamanı qablaşdırmanın tez cırıldığını bildirirlər: “Adətən bir işi 0-dan götürür tam hazır təhvil veririk. Bu o deməkdir ki, bir çox hallarda məhsulların alınmasını, daşınmasını biz həyata keçiririk. Bu tip qablaşdırma problemləri bizim üçün həm maddi itki, həm də iş prosesinin ləngiməsi deməkdir. Yenə burada da müştərilərlə problem yaşayırıq. Bəzən bir daşıma zamanı bir neçə kisə cırılır və sement itkiyə gedir. Eyni zamanda da bizə əlavə xərc yaranır”.

Səsləndirilən bu ciddi iddialarla bağlı “Norm” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığımız sorğuya rəsmi cavab verilib. Şirkətdən qiymət artımı ilə bağlı bildirilib ki, qeyd olunan sement markaları Avropa standartına uyğun istehsal edilir və bazara Klass B, Klass A400, Klass C500 kimi təqdim olunur: “Məhsullarımızın qiymətləri bir sıra daxili və xarici amillərinin təsiri ilə formalaşır. Bu amillər arasında inflyasiya, xammal və enerji resurslarının dəyərinin dəyişməsi, logistika və daşınma xərcləri, eləcə də istehsalat prosesində tələb olunan texniki və əməliyyat xərcləri mühüm rol oynayır. Şirkətimizin qiymət siyasəti sərbəst bazar prinsiplərinə əsaslanaraq müəyyən edilir. Burada bazardakı tələb və təklif nisbəti əsas meyar kimi çıxış edir. Eyni zamanda qiymətlər, mövcud bazar şəraiti və xərclərdə baş verən dəyişikliklər nəzərə alınmaqla tənzimlənir. Keyfiyyətli məhsulun istehlakçılara davamlı şəkildə təchiz edilməsi üçün istehsal və logistika sahələrində ardıcıl investisiyaların həyata keçirilməsi zəruridir. Bu isə qiymətlərin formalaşmasına birbaşa təsir göstərir. Şirkətimizdə satış prosesi tam şəffaf şəkildə təşkil olunmuşdur.”

İstifadəçilərin çəki ilə bağlı narazılığına cavab olaraq zavoddan verilən cavabda qeyd olunur ki, qablaşdırma prosesində Almaniya şirkətinin müasir elektron tərəziləri istifadə olunur: “Norm” sement zavodunun qablaşdırıcı qurğuları bu sahədə dünya liderlərindən biri olan Haver&Boecker (Almaniya) şirkətinindir. Elektron tərəzilərlə təchiz edilmiş bu qurğular kisələrin düzgün və dəqiq çəkisini təmin edir. Çəkisi tələblərə cavab verməyən kisə avtomatik olaraq xətdən çıxarılır. Kisələrin üzərində məhsulun dəqiq çəkisi və ±2% məlumatı qeyd olunur. Kisələr bu sahədə ən peşəkar qlobal təchizatçılardan təmin edilir və ISO və EN standartlarının tələblərinə cavab verir”.

Sementin bərkimə müddəti və çatlarla bağlı şikayətlərə gəldikdə isə “Norm”dan istehsalın robot texnologiyaları və fasiləsiz laboratoriya nəzarəti altında olduğu bildirilir: “Zavodumuzda istehsal zamanı məhsulların keyfiyyət göstəricilərinə daim nəzarət edilir və istehsal prosesində avtomatik nümunələr götürülür. Bunun üçün robot texnologiyalarından istifadə edilir və keyfiyyətə nəzarət prosesi fasiləsiz olaraq yerinə yetirilir. Laboratoriyada sementin AZS və EN standartlarına uyğunluğu üzrə fiziki-mexaniki sınaqlar aparılır və bu imkanlar təsadüfi səhvlərə yol verilməməsinə, dəqiq nəticələrin əldə edilməsinə və yüksək keyfiyyətli məhsul istehsalına zəmanət verir.

Bununla yanaşı, “Norm” şirkətinin satış strategiyasına uyğun olaraq, müştərilərə satışdan əvvəl və sonra texniki dəstək göstərilir. Bu çərçivədə sementin keyfiyyəti ilə bağlı bizə hər hansı müraciət daxil olursa, texniki dəstək şöbəmiz tərəfindən yerində nümunələr götürülür və müştəriyə, yaxud ustaya nəticələr, tövsiyələr, eləcə də müvafiq dəstək təqdim edilir. Məlumat üçün qeyd edək ki, çatların yaranması hər zaman məhsulun keyfiyyəti ilə əlaqəli olmaya da bilər. Burada hava şəraiti, məhlulda digər məhsulların istifadəsi, tətbiq zamanı qaydalara riayət olunması da əhəmiyyətlidir. Məsələn, küləkli havalar betonda çata yaxud soyuq havalar betonda bərkimənin gecikməsinə səbəb ola bilər. Həmçinin hörgü-suvaq məhlulunun hazırlanması zamanı qum-sement nisbətinə düzgün riayət edilməzsə, eləcə də tətbiqdən sonrakı suvağa qulluq işləri düzgün aparılmazsa, problemlər yarana bilər. İstifadə olunan təbii qumun keyfiyyəti (əsasən, narınlığı və çirkliliyi) də nəticəyə ikiqat təsir göstərən amildir. Bütün sadalananlarla yanaşı mart və aprel aylarında həddindən artıq yağışlı günlər müşahidə edildi, istifadəçilər belə havalarda sement kisələrinin düzgün saxlanılmasını təmin edə bilmədikdə və kisələr islandıqda bu faktor da sementin tərkibinə öz mənfi təsirini göstərmiş olur”.

Səbuhi QAFAROV

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə-VİDEO
Next: Mövlud Çavuşoğlunun qardaşı güllələnib

OXŞAR MÖVZULAR

8bb0677f-34cc-45ab-a704-bc1364a3be10
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rauf Umud – ömrünü işığa, sənətə və yaddaşa həsr edən fotoqraf

admin 02.07.2026
17829731353131021904
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

admin 02.07.2026
1782974147_1782912174_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Gəncə Dövlət Universiteti “tilsimə düşüb”: rektora DUR deyən yoxdur -PREZİDENTƏ MÜRACİƏT

admin 02.07.2026

XƏBƏR LENTİ

Polşa və Ukrayna XİN başçıları Varşavada görüşəcək qhhuds6nz3or33intodf3qbpf5l7n51kqlbecxnt_1200
  • DÜNYA

Polşa və Ukrayna XİN başçıları Varşavada görüşəcək

admin 02.07.2026
İyulun 3-də Varşavada Polşa xarici işlər naziri Radoslav Sikorski ilə ukraynalı həmkarı arasında görüş keçiriləcək. “Sabah mən...
DAVAMI Read more about Polşa və Ukrayna XİN başçıları Varşavada görüşəcək
Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi – Video Arzum_atası
  • ARAŞDIRMA
  • VİDEO

Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi – Video

admin 02.07.2026
Xəbər verdiyimiz kimi, bu gün tiktoker İlduzə Hacıyevaya (Arzum) hökm oxunub. O, ölümlə nəticələnən yol qəzası törətməkdə...
DAVAMI Read more about Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi – Video
Bu klinika təzminat ödəyəcək – Burun düzəldəndə gözü zədələyib esas
  • CƏMİYYƏT

Bu klinika təzminat ödəyəcək – Burun düzəldəndə gözü zədələyib

admin 02.07.2026
Sumqayıt şəhərində yerləşən “Liman Klinikası” qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə belə qərar...
DAVAMI Read more about Bu klinika təzminat ödəyəcək – Burun düzəldəndə gözü zədələyib
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur – 4 ildə 44 milyon manat… 1782995026_screenshot-2026-07-02-162244
  • CƏMİYYƏT

Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur – 4 ildə 44 milyon manat…

admin 02.07.2026
Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Texno Lyuks M” MMC...
DAVAMI Read more about Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur – 4 ildə 44 milyon manat…
İlqar Bayramlı Fatma Çandırovanı yola saldı – Emin yeni direktor ola biləcəkmi? 1782990157_eminnn_fatya
  • CƏMİYYƏT
  • ÖLKƏ

İlqar Bayramlı Fatma Çandırovanı yola saldı – Emin yeni direktor ola biləcəkmi?

admin 02.07.2026
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandırova təqaüdə göndərilib.  Bizimesr.com bildirir...
DAVAMI Read more about İlqar Bayramlı Fatma Çandırovanı yola saldı – Emin yeni direktor ola biləcəkmi?

Bütün yazılar

qhhuds6nz3or33intodf3qbpf5l7n51kqlbecxnt_1200
  • DÜNYA

Polşa və Ukrayna XİN başçıları Varşavada görüşəcək

admin 02.07.2026
Arzum_atası
  • ARAŞDIRMA
  • VİDEO

Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi – Video

admin 02.07.2026
esas
  • CƏMİYYƏT

Bu klinika təzminat ödəyəcək – Burun düzəldəndə gözü zədələyib

admin 02.07.2026
1782995026_screenshot-2026-07-02-162244
  • CƏMİYYƏT

Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur – 4 ildə 44 milyon manat…

admin 02.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.